01/02/2025
Elm və Təhsil Nazirliyin təşkil etdiyi Təhsildə inkişaf və innovasiya üzrə Vlll qrant layihəsi qalibi olan" Məktəbli arxeoloqlar -tarixi abidələrin izində" adlı layihə 4 aylıq təlimin sonuna gəldi.Təlim Yardımlı rayonu Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbinin Vll-Vlll siniflərinin şagirdlərindən təşkil olundu.Təlim iki qrup,hər qrupda 10 şagird olmaqla ümumilikdə 20 şagirdi əhatə etdi.Layihədə məqsəd şagirdlərin tarix fənninə həvəsini artırmaq və onlarda tədqiqatçılıq ruhunu formalaşdırmaq idi.Layihə çərçivəsində şagirdlərlə ölkəmizin cənub və şərq bölgəsində yerləşən 8 tarixi abidəyə -Bakıda Qız qalası, Mərdəkan qalası, Qobustan tarixi məkanı, Şirvanşahlar sarayı, Lənkəranda Böyük Bazar Məscidi, Zindan qalası, Cəlilabad Göytəpə kilsəsi və Yardımlı Abidərdə türbəsinə ekskursiya təşkil edildi.Şagirdlər bu abidələr haqqında müxtəlif məlumatlar əldə edib öz biliklərini zənginləşdirdilər.
31 yanvar 2025 -ci il tarixində layihənin bağlanış tədbiri keçirildi.Tədbir Yardımlı təhsil sektorunun əməkdaşı , Yardımlı İcra hakimiyyətinin nümayəndəsi, əməkdaşliq etdiyimiz Gavran kənd tam orta məktəbindən nümayəndələr eyni zamanda Sırıq kənd tam orta məktəbinin müəllim heyəti və layihə iştirakçısı olan şagirdlərin iştirakı ilə keçirildi Şagirdlər öz çıxışlarında öyrəndikləri abidələr haqqında maraqlı məlumatlar verdilər.Əl işləri nümayiş olundu.