Bilnə kənd ümumi orta ümumtəhsil məktəbi

Bilnə kənd ümumi orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bilnə kənd ümumi orta ümumtəhsil məktəbi, Middle School, Yardımlı rayonu Bilnə kənd, Yardımlı.

24/08/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üçün müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ seçim
2️⃣ müsahibə

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
✅ pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
✅ 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
✅ təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
✅ digər təhsil müəssisələri üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

Müraciət etmək istəyən şəxslər 24 avqust 2026-cı il saat 15:00-dan 27 avqust 2026-cı il saat 15:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
☑️ şəxsiyyəti təsdiq edən sənədin surəti;
☑️ ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
☑️ əmək kitabçasının surəti.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

📌 Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Namizədlərin yekun nəticəsi onlara Regional Təhsil İdarəsi tərəfindən mesaj formasında göndəriləcək.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:
🔗 https://shorturl.at/6MZtz

Qeyd edək ki, müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

08/08/2026
08/08/2026

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başladı

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başladı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

21/07/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üzrə məktəb seçiminə başlanılır. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.
📌 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

30 İyun 2026-cı il... Tədris ilinin son günündə kollektivin bir qrup üzvü çay süfrəsində...Hər birinizə xoş istirahətlər...
30/06/2026

30 İyun 2026-cı il... Tədris ilinin son günündə kollektivin bir qrup üzvü çay süfrəsində...Hər birinizə xoş istirahətlər, gözəl tətil, ürəyinizcə olan məzuniyyət keçirməyi arzulayıram, əziz həmkarlar!

25/06/2026

Bu gün daha bir müəllimimiz~Texnologiya müəllimi Elsevər Kərimli sertifikasiya imtahanından 51 bal toplayaraq uğur qazanmışdır.Bu münasibətilə Elsevər müəllimi təbrik edir, işlərində uğurlar arzulayıram!
Ən sevindirici hal odur ki, sertifikasiya imtahanından məktəbimizin bütün müəllimləri uğurlarla keçmişdir!
Bilnə kənd ümumi orta ümumtəhsil məktəbinin bütün pedaqoji, texniki kollektivinə qarşıdakı illərdə də uğurlar, müvəffəqiyyətlər arzulayıram!

Məktəbimizin tarix müəllimi Abdulov Salam sertifikasiya imtahanından 55 bal toplayaraq uğur qazanmışdır! Salam müəllimi ...
24/06/2026

Məktəbimizin tarix müəllimi Abdulov Salam sertifikasiya imtahanından 55 bal toplayaraq uğur qazanmışdır! Salam müəllimi bu uğur münasibətilə bütün kollektiv adından ürəkdən təbrik edir, ona can sağlığı, işlərində daim uğurlar, müvəffəqiyyətlər arzulayıram!

12 iyun 2026-cı il tarixdə Yardımlı rayon Bilnə kənd ümumi orta ümumtəhsil məktəbində "14 iyun--Milli Qurtuluş Günü" ilə...
12/06/2026

12 iyun 2026-cı il tarixdə Yardımlı rayon Bilnə kənd ümumi orta ümumtəhsil məktəbində "14 iyun--Milli Qurtuluş Günü" ilə əlaqədar tədbir keçirildi.Tədbirdə müəllimlər çıxış edərək bu günün tariximizə qızıl hərflərlə yazıldığının qeyd etdilər.Daha sonra uzun illər məktəbdə pedaqoji fəaliyyət göstərən Himayət müəllimin,eləcə də digər müəllimlər: Aqil müəllim, Rahim müəllim, Mirzə müəllim və Bahadır müəllimin müddətli müqavilələrinin başa çatması ilə əlaqədar məktəbdən ayrılmalarını diqqətə çatdıraraq onlara uğurlar və müvəffəqiyyətlər arzulandı.Mirzə müəllimin təşəbbüsü ilə bir qrup şagird informatika fənni üzrə tərifnamə ilə təltif olundu.

Address

Yardımlı Rayonu Bilnə Kənd
Yardımlı
6500

Website

Alerts

Be the first to know and let us send you an email when Bilnə kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category