Yardımlı rayon Keçələkəran kənd ümumi orta məktəb

Yardımlı rayon Keçələkəran kənd ümumi orta məktəb Yardımlı rayon Keçələkəran kənd ümumi orta məktəb

2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü göstərmişdir. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribat...
21/06/2025

2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü göstərmişdir. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.
Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

"Türkiyə bu sənədlə bir daha Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə etmiş, bu cür təhdidlərə qa...
14/06/2025

"Türkiyə bu sənədlə bir daha Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə etmiş, bu cür təhdidlərə qarşı birmənalı mövqeyini ortaya qoymuşdur. Bu, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli addımdır. Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əməkdaşlıq yeni institusional çərçivədə davam etdirilməkdədir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində aparılan fəaliyyətlər ölkələrimiz arasında strateji məsələlərin operativ və effektiv həllinə xidmət edir. Həmçinin, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyalı fəaliyyət gələcəkdə qarşıya çıxacaq çağırışların birgə aradan qaldırılmasına imkan verir.
Şuşa Bəyannaməsinin imzalanmasının ildönümləri hər il xüsusi tədbirlərlə qeyd edilir. 2022-ci ildə "Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans, 2023-cü ildə isə "Heydər Əliyev İli" çərçivəsində "Qurtuluşdan Zəfərə" adlı tədbir təşkil olunmuşdur. 2024-cü ildə isə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirlər sənədin yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda da strateji əhəmiyyət daşıdığını sübut edir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə çatdığını nümayiş etdirən siyasi və strateji sənəddir. Bu bəyannamə qardaşlıq əlaqələrinin hüquqi əsasını təşkil etməklə yanaşı, gələcək nəsillərə bir yol xəritəsi təqdim edir. Regionun sabitliyi, inteqrasiyası və inkişafı baxımından bu sənədin əhəmiyyəti getdikcə daha da artır. Azərbaycanın və Türkiyənin müttəfiqliyi artıq yalnız iki ölkənin məsələsi deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının sabitliyi üçün mühüm bir amilə çevrilmişdir".
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi ilə yanaşı, Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların və təhlükəsizlik arxitekturasının siyasi-hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması bu sənədin tarixi və mənəvi-siyasi önəmini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əsas dönüş nöqtəsinin yaşandığı məkanda müttəfiqlik münasibətlərinin ifadə olunması ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir.
Bu sənədin hüquqi məzmunu Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və beləliklə, beynəlxalq hüquq müstəvisində qarşılıqlı hərbi-siyasi dəstəyin əsaslarını yaratmışdır. Müttəfiqlik anlayışının bu kontekstdə tətbiqi yalnız müdafiə məsələlərində deyil, eyni zamanda diplomatik koordinasiya, informasiya siyasəti, müdafiə sənayesi, enerji təhlükəsizliyi, regional nəqliyyat və mədəni-humanitar əlaqələrin bütün istiqamətlərində ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını şərtləndirmişdir.

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyy...
10/06/2025

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Aqiyə Naxçıvanlı qeyd edib ki, Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələrin fəaliyyətini tez bir zamanda aradan qaldıran Ulu Öndər, eyni zamanda, cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.
“Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin vaxtında və düşünülmüş şəkildə atdığı addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün etdi.

Bu il Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildö...
02/06/2025

Bu il Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Gəlin keçmişə nəzər salaraq bütün bunların necə başlandığını və hansı uğurlara nail olduğumuzu xatırlayaq. “Caspian Oil and Gas” sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində təsis edilib və “Caspian Oil and Gas” sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi.
Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı. Sərginin iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən “BP”, “OMV”, “Conoco Phillips”, “Statoil”, “Total”, “Petkim”, “TPAO”, “RWE” və bir sıra digər şirkətlər var. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açmışdır.
Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə Azərbaycanın Respublikasının rəhbərinə öz salamlama məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər.
Sərgini müşayiət edən işgüzar proqramın mühüm tərkib hissəsini isə hər il dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi “Caspian Oil and Gas” konfransı təşkil edir. Bu 25 il ərzində sözügedən konfrans Azərbaycanın zəngin neft-qaz və tranzit potensialının, o cümlədən ölkənin xarici investorlar üçün cəlbedici olmasının və işgüzar əməkdaşlıq imkanlarının müzakirə edildiyi əsas tribunaya çevrilmişdir. İlk Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi keçirilən zaman infrastruktur hələ inkişaf etməmişdi və bütün sərgi avadanlıqları xaricdən gətirilirdi. İnternet demək olar ki, yox idi, mobil rabitə yenicə yaranırdı, müştərilərlə əlaqə isə faks vasitəsi ilə həyata keçirilirdi. İlk sərgilərin planları kağız üzərində çəkilirdi, amma indi isə bunu təsəvvür etmək sadəcə qeyri-mümkündür. Lakin Azərbaycan bazarı sürətlə inkişaf edirdi və onunla birlikdə sərgi də sürətlə böyüyürdü. Belə ki, ötən illər ərzində sərgi regionda neft-qaz sənayesinin əsas tədbiri kimi formalaşmışdır və indi burada neft-qaz bazarının əsas oyunçuları iştirak edirlər.

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə...
30/05/2025

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir. Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Biz qayıtmalıydıq və qayıtmışıq. İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir.
Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Azərbaycan tarixinin  şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin bəhrəsi sayılan və müasir dövlət...
26/05/2025

Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin bəhrəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, özünün demokratik islahatları ilə böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı. Dövlətçilik tariximizin əsasları daha da zənginləşdi, dərinləşdi.
Prezident cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”, “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir” fikirlərini söyləmişdir. Xalqın milli mənlik şüurunu, milli dövlətçilik ənənələrini özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində bir- birinin ardınca demokratik islahatlar keçirir, idarəetmə prinsiplərinə görə, Qərb ölkələrini geridə qoyur, müsəlman dünyasının mühafizəkarlığı haqqındakı fikirləri alt- üst edirdi. Belə ki, mövcud olduğu üç fəaliyyət (Tiflis, Gəncə, Bakı) dövründə beş hökumət dəyişikliyi etmiş, 230-a yaxın qanun qəbul etmişdir. İlk dövlət bayrağını qəbul etmişdi. 1918-ci ilin 24 iyun tarixində üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq AXC-nin ilk dövlət bayrağı kimi təsdiq olunmuşdu. 1918-ci ilin noyabrın 9-da AXC-nin bayrağı göy, qırmızı və yaşıl zolaqlardan, ağ aypara və səkkizguşəli ulduz təsviri olan bayraqla əvəz olundu. Tanrıya şükürlər olsun ki, bu gün bütöv və müstəqil Azərbaycanın səmalarında bu üçrəngli bayraq vüqarla dalğalanır. Ulu Öndər Heydər Əliyevin bütün qəlbi ilə bağlı olduğu xalqı üçün milli özünüdərk, özünəqayıdış yolunda atdığı addımlardan biri də məhz 1990-cı ilin noyabırın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi təşəbbüsünü irəli sürməsi olubdur. Cənab prezident İlham Əliyev bu barədə deyir: “Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdı ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyin əsaslarının gücləndirilməsi üçün, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edilmişdir ki, bunlara da misal olaraq göstərə bilərik:
1.1918-ci il iyunun 26-da Milli Ordu yaradıldı.
2.1918-ci il iyunun 27-də Türk (Azərbaycan) dili dövlət dili elan olundu.
3.1918-ci il noyabrın 9-da üçrəngli Dövlət bayrağı təsis edildi.
4.1918-ci il dekabrın 7-də AXC-nin Parlamenti fəaliyyətə başladı.
5.1919-cu ilin avqustun 11-də parlamentdə “Vətəndaşlar haqqında” qanun qəbul edildi.
6.1919 –cu ildə Bakıda Hərbi məktəb yaradıldı.
7. 1919-cu ortalarında Xəzər Dəniz Donanması yaradıldı və s.
Digər yandan, uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını sürətləndirirdi. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. İlk uğurlu addımı 1918-ci il iyunun 4-də Batumda müstəqil dövlətin tarixində ilk dəfə xarici dövlətlə Azərbaycan xalqının ümid yeri hesab etdiyi Osmanlı dövləti ilə “ Sülh və dostluq haqqında” müqavilə imzalaması oldu.

Prezident İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirmək yox, həm də  Türk Dövlətləri Təşkila...
21/05/2025

Prezident İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirmək yox, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olub. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Macarıstan COP29-da istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.
Müsbət haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Həmin gün Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.
Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: "İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib".

Azərbaycan və Vyetnamın beynəlxalq səviyyədəki mövqeləri də əməkdaşlığın daha da genişlənməsinə kömək edir. Hər iki ölkə...
08/05/2025

Azərbaycan və Vyetnamın beynəlxalq səviyyədəki mövqeləri də əməkdaşlığın daha da genişlənməsinə kömək edir. Hər iki ölkə BMT və digər beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Bu, onların regional və qlobal məsələlərdə daha təsirli olmasına imkan yaradır. Həmçinin, Azərbaycanın Vyetnama təqdim etdiyi enerji layihələri, xüsusilə də bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı fayda təmin edir. Vyetnamın iqtisadiyyatı sürətlə böyüdükcə Azərbaycan bu inkişafdan faydalanmağa davam edəcək. Həmçinin, Azərbaycanın iş dünyası və investisiya mühiti Vyetnamlı investorlar üçün çox cəlbedicidir. Bu isə ölkələr arasında ticarət əlaqələrinin daha da genişlənməsinə və yeni iş birliyi sahələrinin yaranmasına şərait yaradacaq.
Beləliklə, Azərbaycan və Vyetnam arasındakı münasibətlər gələcəkdə daha da güclənəcək və müxtəlif sahələrdə əməkdaşlıq daha geniş miqyasda həyata keçiriləcək. 2020-ci ildən sonra imzalanan müxtəlif ticarət müqavilələri və strateji əməkdaşlıq protokolları, qarşılıqlı faydalı əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu, həm iqtisadiyyat, həm də mədəniyyət sahələrində uzunmüddətli tərəfdaşlığın formalaşmasına zəmin yaradacaq. Azərbaycanın Vyetnamla olan əlaqələri, xüsusilə də gənclər və təhsil sahəsindəki mübadilə ilə, gələcək nəsillər üçün daha da möhkəmlənəcək və genişlənəcək.
Vyetnamın dövlət başçısı Helen To Lamın 7 may 2025-ci ildə Bakıya etdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verdi. Prezident İlham Əliyev ilə görüşdə, iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Xüsusilə, neft və qaz sahəsində birgə layihələrin həyata keçirilməsi üçün hüquqi çərçivələrin yaradılması vurğulandı. Həmçinin, təhsil sahəsində əməkdaşlığın artırılması, tələbə mübadilələrinin təşviq edilməsi və birbaşa aviareyslərin açılması məsələləri də gündəmə gəldi. Görüşün sonunda, iki ölkə arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra sazişlər imzalandı. Bu səfər, Azərbaycan və Vyetnam arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım oldu". Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.
Səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üç...
29/04/2025

Regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq”. Heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Azərbaycan ilə İran arasında imzalanmış sənədlər
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatı verilən ilk kitablardan biri m...
23/04/2025

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatı verilən ilk kitablardan biri məhz 1974-cü ildə çap edilmiş “Müasir Azərbaycan dili” dərsliyidir. Bu, adi fakt deyildir. O dövrdə uzun illər Azərbaycan dilinin tədqiqi ilə məşğul olan Ə.Dəmirçizadəyə, S.Səfərova, M.Hüseynzadəyə, Ə.Abdullayevə, Y.Seyidova və A.Həsənova dövlət mükafatı verildi. Azərbaycan dilinə, dilçiliyinə, azərbaycandilli təhsilə sovet dövründə dövlət qayğısı göstərmək asan məsələ deyildi. Dilşünas-alim Yusif Seyidov sonralar haqlı olaraq yazırdı ki, “Müasir Azərbaycan dili” dərsliyinin belə yüksək səviyyədə qiymətləndirilməsi, əslində, rus şovinizminə meydan oxumaq idi.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Lakin həmin illərdə, başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz hərc-mərcliyə yol verilirdi. Belə ki, yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum “tədbirlər” görülməsinə başlandı ki, həmin “tədbirlər” nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrildi və ana dili bütövlükdə təhlükə altında qoyuldu.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə – müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.

Address

Keçələkəran Kənd
Yardımlı
6500

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayon Keçələkəran kənd ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category