Yardımlı şəhəri M.F.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Yardımlı şəhəri M.F.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yardımlı şəhəri M.F.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Elementary School, Yardımlı, Yardımlı.

20/08/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

10 iyuldan etibarən başlamış 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə start verilir. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

🔔 Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

19/08/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri, kitabxanaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-makinaçı, laborant) işə qəbul üzrə müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ Qeydiyyat
2️⃣ Test imtahanı

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 19 avqust 2026-cı il tarixindən 26 avqust 2026-cı il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayonlar (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- təhsil haqqında sənədin surəti (attestat, diplom);
- əmək kitabçasının surəti (olduğu halda);
- şəhid ailəsi üzvü olduqda müvafiq vəsiqənin surəti;
- hərbi biletin surəti (GÇHR vəzifəsi üzrə müraciət etdikdə).

Təqdim olunmuş sənədlər əsasında namizədlərin müvafiq tələblərə uyğunluğu yoxlanıldıqdan sonra, test imtahanında iştirakı təsdiq edilmiş namizədlərin qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrəsinə müsabiqənin keçiriləcəyi tarix və yer barədə məlumat göndəriləcək.

Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla və qanunvericiliyin tələbləri gözlənilməklə müsabiqədənkənar qaydada həyata keçirilir.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:
🔗 https://shorturl.at/vEXRr
İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

🔗 Müvafiq vəzifələrin tutulmasına dair tələblər və müsabiqə proqramı ilə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz: https://shorturl.at/sxvDE

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:
✔️ 10 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 10 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 40 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və səhv cavablar düzgün cavablara təsir göstərmir. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab edilir. İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malik olurlar. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun azalan sıra ilə davam etdirilir.

Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
1) müharibə iştirakçıları və onların ailə üzvləri;
2) təhsil səviyyəsi daha yüksək olan şəxslər;
3) iş stajı daha çox olan şəxslər;
4) müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir. Müsabiqədən keçmiş namizədlər müvafiq təhsil müəssisəsində mövcud olan vakansiyaya təyin edilməzdən əvvəl namizədin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşdirmə həyata keçiriləcək.

Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

📌 Qeyd:
- Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.
- Təqdim edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır.
- Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

08/08/2026
Müasir dövrdə medianın, təhsil müəssisələrinin, elmi mərkəzlərin, mədəniyyət ocaqlarının, dövlət qurumlarının və vətənda...
31/07/2026

Müasir dövrdə medianın, təhsil müəssisələrinin, elmi mərkəzlərin, mədəniyyət ocaqlarının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri Azərbaycan dilinin normalarına ciddi riayət olunmasını təmin etmək, gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyəsini gücləndirmək və dövlət dilinin nüfuzunu daha da artırmaqdır. Bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə tarixi hadisələrin xatırlanması deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyət hissinin ifadəsidir. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini, milli kimliyini və dövlətçiliyini qoruyur.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl dil siyasəti göstərir ki, ana dilimizin qorunması və inkişaf etdirilməsi dövlətin strateji prioritetlərindən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli dil siyasəti nəticəsində Azərbaycan dili müstəqil dövlətimizin gücünü, milli birliyimizi və mənəvi dəyərlərimizi əks etdirən ən mühüm sütunlardan biri kimi inkişafını davam etdirir. Azərbaycan dili keçmişimizin mirası, bu günümüzün qüruru və gələcəyimizin etibarlı təminatıdır. Onun saflığını qorumaq, zənginliyini inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcu, dövlətçilik məsuliyyəti və milli vəzifəsidir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. “Azərbaycan dilinin Orfoqrafiya Normaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Şuşa Forumunda Dövlət Başçımız İlham Əliyev vurğuladı ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər Tramp A...
16/07/2026

Şuşa Forumunda Dövlət Başçımız İlham Əliyev vurğuladı ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.
Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir. Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam.
Orta güclə bağlı ikinci sualınıza gəldikdə, bəli, mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir.
Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək.
Bizim İordaniyanın Əlahəzrət Kral ilə qardaşlıq münasibətlərimiz var və ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Yəqin bilirsiniz ki, bir neçə gün öncə mən İordaniyanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul etdim. O, öz həmkarı ilə ətraflı danışıqlar apardı, daha sonra isə mənimlə görüşdə əlaqələrimizin gələcək inkişafı, regional təhlükəsizlik və regional çağırışlarla bağlı fikir mübadiləmiz oldu. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb.

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyas...
16/07/2026

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradıb. Müstəqil dövlətimizin milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin təməli daha da möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin dərinləşdirilməsi və yeni strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edib, sənədlər imzalayıb. Bu isə dövlətlərarası əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verib.
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan dinamik inkişafının növbəti təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə olunub, dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib, mətbuata birgə bəyanatlar verilib.
Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və yol tikintisi ilə yanaşı, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edirlər. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi və tikinti sahələrində əməkdaşlığın genişləndirilməsində xüsusi maraq göstərir. Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsidir. Dost və tərəfdaş ölkələr də bu prosesə öz töhfələrini verirlər.
Prezident İlham Əliyev bu barədə bildirib: "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm." Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq.
Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu baxımdan iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər bir daha təsdiqlədi ki, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir.

Address

Yardımlı
Yardımlı
6500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994515216029

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı şəhəri M.F.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share