Yardımlı rayon Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbi

Yardımlı rayon Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbi Məktəb

İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsinin millətimiz üçün əhəmiyyətindən bəhs etdi. O bildirdi ki: "- Alınma...
21/12/2023

İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsinin millətimiz üçün əhəmiyyətindən bəhs etdi. O bildirdi ki: "- Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər." Müzəffər Ali Baş Komandan şəhəırin azad edilməsinin müharibənin taleyini həll etdiyini vurğuladı: " Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".
Cənab Prezident 44 günlük müharibədəuöurlu olmağımızın səbəblərinə də toxundu. O Azərbaycan gəncliyində yüksək vətənpərvərliyin olduğunu, ölkəmizin güclü iqtisadiyyatının, ordumuzun maddi-texniki və fiziki hazırlıq cəhətdən yüksək formada olduğunu, xalqımızın birliyinin, dövlətin düzgün siyasəti nəticəsində yaranmış daxili sabitliyin müharibədəki uğurumuzun açarı olduğunu nitqində aydın şəkildə bəyan etdi.
Müzəffər Ali Baş Komandan I Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərinə aydınlıq gətirərkən: " Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.
İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zam

09/12/2023
12/05/2023

16 04 2023-cü il tarixdə buraxılış imtahanı verən şagirdlərimizin nəticələri açıqlandı.
1.Nəhmətli Aysel - 204 bal
2.Bağırzadə Zəhra -179 bal
3.Nəhmətli Aynur-176 bal
4.Sarızadə Vüqar -161 bal
5.Qənbərli Xavər -155 bal
6.Abizadə Davud -150 bal
7.Ağazadə Nərmin -138 bal
8.Abizadə İsa -138 bal
9.Əsbətli Leyla -135 bal
10.Adışlı Fidan - 123 bal
11.Bəgalizadə Nərgiz -120 bal
12.Əlizadə Gülnar -99 bal
13.Ağazadə Zöhrə -95 bal
14.Məmmədli Hüseyn -88 bal

08/05/2023

Respublika Fənn Müsabiqələri rayon mərhələsindən keçən Qabaqdibi kənd E.B.Adişov adına tam orta məktəbin şagirdləri
1.Ağazadə Altay Sərdar kimya 77.5 bal
2.Abizadə Sadiq Zamik kimya 70 bal
3.Əsbətli Fazil Alim kimya 67.5 bal
4.Fərmanlı Cəmil Rauf kimya 65.5 bal
Bütün şagirdlərimizi təbrik edirəm.Uğurlarınız bol olsun.

KTMT üzvü olan Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan kimi ölkələrin NATO ilə əməkdaşlığı genişləndirməsi,...
16/09/2022

KTMT üzvü olan Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan kimi ölkələrin NATO ilə əməkdaşlığı genişləndirməsi, liberal dəyərlərin həyat qabiliyyəti üçün də əhəmiyyətli olacaq. Nəticə Cənubi Qafqaz kimi onsuz da çətin bölgələr üçün böyük əhəmiyyət kəsb edəcək.
Əslində, bu fakt bir daha Ermənistanın forpost dövlət olduğunu, başqa bir milli dövlətdən asılı vəziyyətdə qaldığını təsdiqləyir. Məlum olduğu kimi, Ermənistanın iqtisadiyyatı da Rusiyadan birbaşa asılıdr. Belə ki, işğalçı ölkədəki əsas iqtisadi infrastrukturlar, müəssisələr Rusiyaya satılıb. Belə olan təqdirdə isə işğalçı ölkə müstəqil şəkildə iqtisadi siyasət yürütməkdən məhrumdur.
Eləcə də, Ermənistanın Avrasiya İttifaqına qoşulması da işğalçı ölkənin Rusiyadan asılılığının bariz göstəricisidir. Çünki digər beynəlxalq qurumlarda olduğu kimi, Avrasiya İttifaqında da işğalçı dövlət hər hansı rol oynayacaq potensiala sahib deyil. Bu ittifaqı yaradan dövlətlərlə müqayisədə Ermənistan həm coğrafi, həm də geosiyasi baxımdan əhəmiyyətsiz ölkədir. Təbii ki, Rusiya, Qazaxıstan və Belarus kimi ölkələrlə müqayisədə Ermənistanın hansısa potensialından danışmaq sadəlövhlük olardı. Nəzərə alsaq ki, Ermənistanın həmin ölkələrlə coğrafi əlaqələri də yoxdur, onda işğalçı dövlətin bu təşkilatdakı əhəmiyyətsizliyi bir daha ortaya çıxır. Sadəcə, əmrə tabe olan Sarkisyan rejiminin başqa yolu yoxdur. Bu mənada bəzi ekspertlərin də vurğuladıqları kimi, birgə ordunun yaradılması da Ermənistanın nəinki xeyrinə deyil, onu daha da asılı vəziyyətə salacaq. Bununla da Sarkisyan hakimiyyəti bir daha beynəlxalq miqyasda Ermənistanın oyuncaq bir dövlət olduğunu nümayiş etdirəcək.
Həm Ümumilli Liderimizin, həm də onun siyasi varisi, Prezident İlham Əliyevin tez-tez qürurla dilə gətirdikləri – “Biz tam müstəqil siyasət yürüdən və heç kəsdən asılı olmayan bir dövlətik” cümləsinin altında yatan səbəblər bunlardır. Bizi bu günlərə - müzəffər, inkişaf edən, müasir və qüdrətli Azərbaycana gətirən proseslərin, 10 Noyabr 2021-ci il, Qarabağ zəfərinə gətirən yolun başlanğıc, istinad nöqtəsi məhz 1993-cü il iyun ayının 15-də atılıb. Ona görə də, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü – deyərdim ki, hətta əsl, həqiqi, real müstəqilliyinin təməlinin qoyulduğu günüdür. Nə qədər ki, Heydər Əliyev siyasi kursu, həmçinin bu kursu addım-addım, zərgər dəqiqliyi ilə, ardıcıl olaraq davam etdirən İlham Əliyev kimi müdrik sərkərdəmiz var, dövlətimiz daima müstəqil, müzəffər və mürəffəh olaraq mövcudiyyətini qoruyacaq.
Alim Əsbətov Qabaqdibi kənd tam orta məktəbin direktoru

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə də...
02/06/2022

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Məsələn, ötən il Naxçıvanda keçirilmiş türkdilli dövlət başçılarının zirvə görüşü və bu görüşün nəticələri dünyanın diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Çünki artıq beynəlxalq aləmdə bəllidir ki, türk dünyasının daha sıx birliyi, onların gücü yüksək səviyyədə artacaq. O da bəllidir ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.
Möhtərəm Prezidentimiz İlham Əliyev də iki qardaş ölkənin sarsılmaz birliyinin türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini yüksək qiymətləndirərək demişdir: "Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir".
Qeyd etdiyimiz kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib və bu gün də tutduğu yola sadiqdir. Qardaş ölkənin Baş naziri bir daha vurğuladı ki, Dağlıq Qarabağ mövzusu, işğal altında olan ərazilər, ümumiyyətlə, Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmayınca, Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Onun sözlərinə görə, Türkiyə tərəfi bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinə də bəyan edib.
Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".
Alim Əsbətov Qabaqdibi kənd tam orta məktəbin direktoru

Qırğızstan Prezidenti ikə görüşdə cənab Prezident vurğulamışdır: "Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr ...
22/04/2022

Qırğızstan Prezidenti ikə görüşdə cənab Prezident vurğulamışdır: "Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla təkbətək görüşü zamanı deyib.
Dövlət başçısı vurğulayıb: "Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq".
Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.
Alim Əsbətov Qabaqdibi kənd tam orta məktəbin direktoru

Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə Avropa İtti...
15/04/2022

Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə Avropa İttifaqının oynaya biləcəyi rolu şərh edərkən deyib.
“Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım ayırdığını qeyd edən Prezident İlham Əliyev deyib: “Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.
Alim Əsbətov Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbin direktoru

2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İq...
04/04/2022

2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən ötən müddətdə Ermənistanın sülh və sabitliyə maneə yaradan davranışlarını ifşa edən Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq təşkilatların, mühüm toplantıların tribunasından diplomatik məharətlə yararlanıb. Dövlət başçısının Avropaya son səfəri, Brüsseldə keçirdiyi çoxsaylı görüşlər, səsləndirdiyi fikirlər bu baxımdan səmərəli olub. Ötən bir ildə Ermənistan diplomatiyası və diasporunun Avropa ölkələrinə fəal təsirlərini neytrallaşdırmağa nail olmuş Prezident İlham Əliyev qlobal beynəlxalq tədbirlərdə məhz bu auditoriyaya obyektiv informasiya və mesajlar ötürməyə çalışır. Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər və NATO baş katibi ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər postmünaqişə mərhələsi ilə bağlı obyektiv mənzərənin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana dəfələrlə müraciət etdiyini bir daha xatırladıb. Dövlət başçısının bu konstruktiv fikirləri ölkəmizin regionda sülh, sabitlik tərəfdarı kimi münaqişə və qarşıdurma səhifəsinin bağlanmasında, ədavət mühitinin aradan qaldırılmasında maraqlı olduğunun, bu istiqamətdə ciddi siyasi iradə nümayişinin təcəssümüdür: “Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.
Alim Əsbətov Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbin direktoru

YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlə...
05/03/2022

YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. İnnovativ inkişaf və kreativlik: Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir. Elmilik: Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir. Müasirlik: Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.
Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz inkişafını tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Əsbətov Alim Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbin direktoru

Address

Qabaqdibi Kəndi
Yardımlı
65

Telephone

+994518728184

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayon Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yardımlı rayon Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbi:

Shortcuts

Share

Category