Yardımlı rayonu Peştəsər kənd ümumi orta ümumtəhsil məktəbi

Yardımlı rayonu Peştəsər kənd ümumi orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yardımlı rayonu Peştəsər kənd ümumi orta ümumtəhsil məktəbi, Education Website, Yardımlı.

Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və qəbul edilən qərarlar bir daha təsdiqləyir ki, Naxçıvan özünün yeni...
14/08/2026

Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və qəbul edilən qərarlar bir daha təsdiqləyir ki, Naxçıvan özünün yeni inkişaf mərhələsində yalnız Azərbaycanın deyil, bütün regionun parlaq gələcəyinə, iqtisadi inteqrasiyasına və təhlükəsizliyinə xidmət edən mühüm mərkəzə çevrilir. Bu səfər bir daha nümayiş etdirdi ki, Naxçıvan özünün keyfiyyətcə yeni inkişaf mərhələsində qlobal və regional miqyaslı layihələrin aparıcı hərəkətverici qüvvəsinə çevrilməkdədir. Muxtar respublikada formalaşdırılan müasir ordu strukturu, sürətlə modernləşdirilən mülki və sosial infrastrukturlar, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya addımları bölgədə tamamilə yeni reallıqlar yaradır. Bu gün Naxçıvan geniş regional coğrafiyanın gələcək xəritəsini müəyyən edən strateji qovşaq rolunu oynayır. Reallaşdırılan irimiqyaslı infrastrukturlar, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan qətiyyətli addımlar, “yaşıl enerji” potensialının tam gücü ilə işə salınması və Azad İqtisadi Zonanın formalaşdırılması Naxçıvanın geoiqtisadi çəkisini misilsiz dərəcədə artırır. Bütün bunlar göstərir ki, Naxçıvan yalnız ölkəmizin daxili sosial-iqtisadi tərəqqisinə deyil, bütövlükdə regionun dayanıqlı təhlükəsizliyinə, iqtisadi inteqrasiyasına və işıqlı gələcəyinə xidmət edən həlledici mərkəzə çevrilir.
Prezident İlham Əliyevin avqustun 11-də 2026-cı Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekununda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi diqqəti cəlb edir. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər təkcə həmin gün Naxçıvanda görülən işlərin qiymətləndirilməsi ilə məhdudlaşmır. Müsahibədə muxtar respublikanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları, sənayeləşmə, sosial rifah və tarixi-mədəni irsin qorunması ilə bağlı uzunmüddətli strateji baxış öz əksini tapıb.
Dövlət başçısı İlham Əliyevin prezident kimi muxtar respublikaya 17-ci səfəri zamanı verdiyi müsahibədə xüsusi vurğuladı ki, hər səfərin öz mənası və nəticəsi var. Əslində, 11 avqust səfərinin proqramına nəzər saldıqda bunun təsadüfi fikir olmadığı aydın görünür. Həmin gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu, sosial evlər kompleksinin əsası qoyuldu, “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimi keçirildi, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” təqdim olundu, Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq keçirildi, Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu və hərbi hissələrə döyüş bayraqları təqdim edildi. Bütün bunlar bir-birindən ayrı layihələr təsiri bağışlasa da, əslində vahid məqsədə – Naxçıvanın hərtərəfli və davamlı inkişafına xidmət edən böyük strategiyanın ayrı-ayrı istiqamətləridir.
Prezident İlham Əliyevin müsahibəsində ilk diqqət çəkən məqamlardan biri Naxçıvanın təhlükəsizliyi məsələsidir. Dövlət başçısı qeyd etdi ki, illər ərzində muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biri olub. Bu yanaşmanın özündə mühüm siyasi məntiq var. Naxçıvan Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısı olmayan xüsusi coğrafi mövqeyə malikdir. Bu səbəbdən onun təhlükəsizliyi və müdafiə qabiliyyəti Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi əhəmiyyət daşıyır. Naxçıvanda Əlahiddə Ordunun yaradılması da məhz bu reallığın nəticəsidir. Prezidentin müsahibəsində vurğuladığı kimi, Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir.

08/08/2026

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başladı

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başladı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nü...
31/07/2026

Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirir. Sənəddə əksini tapan müddəalar siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və humanitar əlaqələrin inkişafına xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün möhkəm əsas yaradır.
Dövlət Başçımız qeyd edir ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür. Biz, həmçinin çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan tərəfindən inşa edilib. “Bakı” hoteli qonaqları qəbul etməyə hazırdır və şadam ki, biz bu böyük turizm mərkəzinin açılışında birlikdə iştirak edəcəyik.
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.
Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.
Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb. Qırğızıstan xəbər agentlikləri, televiziya kanalları, qəzetlər və onlayn nəşrlər Azərbaycan dövlətinin liderinin gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən danışıqlar, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər. Media Prezident İlham Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlı bəyanatına, Qırğızıstanın sosial-iqtisadi uğurlarını yüksək qiymətləndirməsinə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi və geoiqtisadi bölgəyə çevrilməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirib.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən...
31/07/2026

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.
Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrini...
23/07/2026

Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrinin marağını daha da artırır. Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzu daha da artıb. Ölkəmiz siyasi vəziyyətdən asılı olmayaraq bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirməklə etibarlı tərəfdaş imicini möhkəmləndirib.
Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunaraq vurğuladığı kimi, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıq da tərəflərin bu istiqamətdə konkret fəaliyyətə üstünlük verdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məl...
21/07/2026

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Bu gün Azərbaycan mediası məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış informasiyanı cəmiyyətə təqdim etməkdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu.
İşğaldan azad edilən torpaqlara mütəmadi media nümayəndələri dəvət edilir. Şuşa təkcə mədəniyyət paytaxtımız deyil, həm də beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Forumda sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika və informasiya təhlükəsizliyi kimi aktual məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal iştirak etdiyini təsdiqləyir.
Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, yubiley medalının təsis edilməsi, jurnalist əməyinə verilən yüksək qiymət, həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları hər zaman üstün tutmaq, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaq, gənc nəslin media savadlılığını artırmaq, dezinformasiyaya qarşı prinsipial mövqe nümayiş etdirmək və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə daha güclü çatdırmaqdır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, operatorları, fotojurnalistləri və bu məsuliyyətli peşəyə ömrünü həsr edən hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektivlik, prinsipiallıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

IV Şuşa Qlobal Media Forumu müasir qlobal informasiya mühitində strateji kommunikasiyanın dövlət idarəçiliyinin ayrılmaz...
15/07/2026

IV Şuşa Qlobal Media Forumu müasir qlobal informasiya mühitində strateji kommunikasiyanın dövlət idarəçiliyinin ayrılmaz komponentinə çevrildiyini bir daha nümayiş etdirir. Əgər əvvəlki dövrlərdə geosiyasi üstünlük əsasən hərbi, iqtisadi və demoqrafik göstəricilərlə müəyyən edilirdisə, müasir mərhələdə informasiya idarəçiliyi strateji kommunikasiya və institusional etimad dövlətlərin beynəlxalq mövqeyini formalaşdıran fundamental amillərdən birinə çevrilib. Onun sözlərinə görə, bu baxımdan IV Şuşa Qlobal Media Forumu yalnız media sahəsinə həsr edilmiş beynəlxalq tədbir deyil, qlobal informasiya idarəçiliyi şəraitində dövlətlərin kommunikasiya potensialının nümayiş etdirildiyi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırıldığı institusional platforma kimi qiymətləndirilməlidir.
üasir siyasi kommunikasiya nəzəriyyəsində dövlətin beynəlxalq legitimliyi yalnız qəbul etdiyi qərarların məzmunu ilə deyil, həmin qərarların müxtəlif auditoriyalar qarşısında necə əsaslandırılması, hansı kommunikasiya kanalları vasitəsilə təqdim edilməsi və ictimai etimadın necə idarə olunması ilə ölçülür. Bu baxımdan Şuşa Qlobal Media Forumu klassik konfrans modelindən fərqlənərək dövlət, beynəlxalq media, ekspert icması və analitik mərkəzlər arasında çoxtərəfli kommunikasiya mühitini formalaşdırır. Belə platformalar siyasi qərarların izahını birtərəfli informasiya ötürülməsi çərçivəsindən çıxararaq qarşılıqlı dialoq və institusional qarşılıqlı fəaliyyət modelinə transformasiya edir ki, bu da müasir idarəetmə konsepsiyalarının əsas xüsusiyyətlərindən biri hesab olunur.
Forumun digər mühüm xüsusiyyəti onun dövlətlərin yumşaq güc resurslarının institusionallaşdırılması baxımından yaratdığı imkanlarla bağlıdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində yumşaq güc təkcə mədəni və humanitar potensialla məhdudlaşmır, eyni zamanda, dövlətlərin beynəlxalq ictimaiyyətlə açıq kommunikasiya qurmaq, şəffaf dialoq mühiti yaratmaq və müxtəlif maraqlı tərəfləri vahid müzakirə platformasında bir araya gətirmək bacarığını da ehtiva edir. Bu kontekstdə Şuşa Qlobal Media Forumu kommunikasiya diplomatiyasının funksional elementinə çevrilərək beynəlxalq media institutları ilə davamlı əlaqələrin qurulmasına, peşəkar şəbəkələrin genişlənməsinə və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına xidmət edən institusional vasitə kimi çıxış edir.
lobal informasiya ekosistemində etimad böhranının dərinləşməsi strateji kommunikasiyanın məzmununa yeni tələblər formalaşdırır: “Rəqəmsal platformaların alqoritmik strukturu, süni intellekt texnologiyalarının sürətli inkişafı və informasiya axınlarının intensivliyi dövlətlərin kommunikasiya siyasətini yalnız operativlik deyil, həm də etibarlılıq, hesabatlılıq və institusional davamlılıq prinsipləri üzərində qurmasını zəruri edir. Bu baxımdan Şuşa Qlobal Media Forumu qlobal informasiya idarəçiliyinin yeni çağırışları fonunda müxtəlif aktorlar arasında peşəkar dialoqun təşkili və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm epistemik platforma rolunu oynayır. Forumun əsas dəyəri yalnız konkret mövzuların müzakirəsi deyil, müxtəlif ölkələrdən olan media subyektləri arasında ortaq kommunikasiya standartlarının və qarşılıqlı etimad mühitinin inkişafına töhfə verməsidir.

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir. Energetika, iqtisadiyyat, hərbi-texniki əməkdaşlıq və digə...
15/07/2026

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir. Energetika, iqtisadiyyat, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan müzakirələr iki ölkənin münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmadığını göstərir. Xüsusilə enerji təhlükəsizliyinin beynəlxalq gündəmdə prioritet məsələlərdən birinə çevrildiyi dövrdə Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Slovakiya ilə əməkdaşlığın genişlənməsi həm regional sabitliyə, həm də Avropanın enerji şaxələndirməsi siyasətinə töhfə verən mühüm amillərdən biri hesab edilə bilər. Prezident İlham Əliyevin “biz konkret işlərin tərəfdarıyıq” fikri Azərbaycan diplomatiyasının əsas prinsipini əks etdirir. Müasir beynəlxalq münasibətlər sistemində siyasi bəyanatlardan daha çox real layihələrin və praktiki nəticələrin ön plana çıxması məhz bu yanaşmanın uğurlu olduğunu göstərir. Qarşılıqlı investisiyalar, iqtisadi layihələr və humanitar əməkdaşlıq gələcək dövrdə əlaqələrin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Siyasi etimad, strateji tərəfdaşlıq, Qarabağın bərpasına beynəlxalq dəstək və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli iki ölkə arasında əlaqələrin perspektivlərinin geniş olduğunu göstərir. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlığın deyil, həm də Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır və regional sabitliklə iqtisadi inkişafın təşviqinə xidmət edən uğurlu tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər.
Cənab Prezident İlham Əliyev qeyd edir ki, bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.
Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.

Həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, re...
03/07/2026

Həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət etdiyini göstərir. Nəhayət, bütün bu müsbət dinamika, ölkəmizin beynəlxalq münasibətlər sistemində söz sahibi və etibarlı tərəfdaş kimi qəbul olunması Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbələrindən biridir. Bu əməkdaşlıq qarşılıqlı etimadı daha da möhkəmləndirir. Cənubi Qafqazı münaqişə məkanından inkişaf, sabitlik və rifah məkanına aparan sülh gündəliyinin müəllifi də məhz Azərbaycan və onun lideridir. Bu həqiqət Avropa İttifaqının mövqeyində və ölkəmizlə əməkdaşlığın yüksələn dinamikasında da öz aydın ifadəsini tapır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərinin davamı kimi qiymətləndirilə bilər və 27 dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Səfər zamanı Ursula Fon der Lyayenin söylədiyi “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikri münasibətlərin gələcək inkişaf istiqamətini aydın şəkildə ortaya qoydu.
Ən diqqətçəkən məqamlardan biri Ursula Fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş kimi xarakterizə etməsidir. “O, həmçinin bu tərəfdaşlığın real təkana malik olduğunu vurğulayıb. Bu, münasibətlərin artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən geniş strateji gündəliyə malik olduğunu göstərir. Səfər zamanı Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğu, regionda sabitliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb. Ursula Fon der Lyayen çıxışında Azərbaycanın geosiyasi əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Bu qiymətləndirmə Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi mövqeyinin, sülh gündəliyinin təşəbbüskarı və regional əməkdaşlığın əsas təminatçılarından biri olduğunun Avropa İttifaqı tərəfindən də qəbul edildiyini göstərir”, - deyə o diqqətə çatdırıb.
Ursula Fon der Lyayen Prezident İlham Əliyevin liderliyini qeyd etməklə yanaşı, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsində oynadığı rolu da yüksək qiymətləndirib. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun Avropa səviyyəsində qəbul olunduğunu göstərir. Avropa İttifaqı Azərbaycanı mürəkkəb geosiyasi regionda yerləşən, Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzi, güclü nəqliyyat infrastrukturu yaradan və regional sabitliyə töhfə verən dövlət kimi qiymətləndirir.

Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş apar...
25/06/2026

Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Əməliyyat zamanı düşmənin təmas xəttinin dərinliyindəki artilleriya, reaktiv və minaatan batareyalarına atəş zərbələri endirməklə ona böyük itkilər yetirildi. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir" fikirləri məhz bu baxımdan diqqəti çəkir.
Bu günlərdə 108 yaşını qeyd edəcəyimiz ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq. Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanı bir çox hadisələrin, gərgin anların şahidi olub. Zəfər paradı düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi...

Address

Yardımlı

Telephone

+994515422815

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayonu Peştəsər kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yardımlı rayonu Peştəsər kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share