Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi

  • Home
  • Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi

Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi LAÇIN RAYON 2 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİ

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

28/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

10/05/2026

Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq.

Heydar Aliyev - 103. The bright and cherished memories about this great personality will always live in our hearts. We remember, love and respect.

Гейдар Алиев – 103. Светлая, добрая память о великой личности навсегда сохранится в наших сердцах. Помним, любим, чтим.

01/05/2026

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.
Yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir.
Mərkəzləşdirilmiş imtahanlarda 8600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq.
İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq.
Tətbiq edilən bu yenilik incəsənət təhsilində keyfiyyət standartlarının yüksəldilməsinə, qiymətləndirmə sisteminin daha müasir və effektiv əsaslarla qurulmasına xidmət edir.

YAP Laçın rayon təşkilatı müsabiqə qaliblərini mükafatlandırıb“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər...
30/04/2026

YAP Laçın rayon təşkilatı müsabiqə qaliblərini mükafatlandırıb

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon üzrə təhsil sektoru və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəliyinin iştirakı ilə şagirdlər arasında inşa yazı, bədii qiraət, mahnı və rəsm nominasiyaları üzrə ümumrayon müsabiqəsi keçirilib. Müsabiqdə Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri I,II,III yerlərin qalibləri olublar.
I yer Quliyev Ceyhun Vüqar oğlu
II yer Cabbarzadə Məhəmməd Əfsun oğlu
III yer İbrahimov ìlkin Vüsal oğlu
Sonda müsabiqə qaliblərinə YAP Laçın rayon təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim olunub.

06/04/2026

Azərbaycan Respublikasında mədəni siyasətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin

Novruz bayramına həsr olunmuş tədbir keçirildi19 mart 2026-cı il tarixində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin...
20/03/2026

Novruz bayramına həsr olunmuş tədbir keçirildi

19 mart 2026-cı il tarixində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbi, Aşağı Fərəcan Kənd Klubu və Mığıdərə kənd Klubunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Yurdumuza Bahar gəlir" adlı tədbir keçirilib. İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirib. Sonra məktəbin müəllim və şagird kollektivi eyni zamanda kənd Klubunun fəalları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Heydərov, baş məsləhətçi Şəhriyar Rzayev və digər qonaqlar iştirak ediblər. Aşağı sinif şagirdlərinin hazırladığı rəqslər tamaşaçılarda xüsusi xoş əhval ruhiyyə yaradıb. Tədbirin sonunda Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Babək Heydərov çıxış edərək, tədbir iştirakçılarının və tamaşaçıların bayramını təbrik edib, məktəb rəhbərliyinə və klub rəhbərlərinə işlərində uğurlar arzulayaraq təşəkkürünü bildirib.
Sonda məktəb rəhbərliyi tərəfindən azyaşlı övladı olan müəllimlərə bayram sovqatı paylanılıb.

06 mart 2026-cı il tarixində Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə...
08/03/2026

06 mart 2026-cı il tarixində Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə ilə məktəbin qadın müəllimləri, Aşağı Fərəcan kənd Klubunun və Mığıdərə kənd Klubunun işçiləri rəhbərlik tərəfindən gül dəstələri ilə təbrik edildi.
Məktəbin direktoru Cəmil Heydərov çıxış edərək kollektivin xanım müəllimlərinin və Klub işçilərinin bayramlarını təbrik etdi, işlərində uğurlar arzuladı.

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.25 fevral 2026-cı il tarixində Şərqi Zəngəzur Regional ...
26/02/2026

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

25 fevral 2026-cı il tarixində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbi, Aşağı Fərəcan kənd Klubu və Mığıdərə kənd Klubunun birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 34- cü il dönümünə həsr olunmuş "Xocalını unutmadıq" adlı tədbir keçirildi.
İlk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət Himni səsləndirildi.Tədbir iştirakçıları Xocalı faciəsi haqqında geniş məlumatlarla çıxışlar etdilər. Bildirildi ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırım törətdi. Soyqırım zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla amansızcasına qətlə yetirildi, o günlər xalqımızın qan yaddaşından heç bir vaxt silinməyəcək və hər zaman dərin hüzünlə yad ediləcəkdir.
Tədbirdə şagirdlər faciə qurbanlarına həsr olunmuş "Xocalı", "Lay-lay Xocalım lay-lay", "Hər gecə Xocalıda", "Xocalını unutmadıq", "Qanlı yaddaş", "Xocalı müsübəti" şeirlərini səsləndirdilər. Sonra məktəbin xor kollektivi "Ulu Vətən" mahnısını ilə çıxış etdi. Sonda faciə qurbanlarının və vətənin müdafiəsi üçün canında keçən şəhidlərimizin əziz xatirəsinə "Qərənfil" mahnısı səsləndirildi.

20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib 19 yanvar 2026-cı il tarixində Şərqi Zəngəzur Regional Mədə...
19/01/2026

20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

19 yanvar 2026-cı il tarixində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbi, Aşağı Fərəcan kənd Klubu və Mığıdərə kənd Klubunun birgə təşkilatçılığı ilə 20 yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin xor kollektivinin ifasında "Şəhidlər xiyabanı" mahnısı ifa edildi. Sonra şagirdlər faciə qurbanlarına həsr olunmuş "20 yanvarda öldürülən Larisa", "Qanlı Yanvar", "Qanlı tarix", "Şəhid anası" şeirlərini səsləndirdilər. Tədbirin sonunda 20 yanvar hadisələrindən bəhs edən film nümayiş etdirildi.
Daha sonra müəssisə rəhbərləri və işçiləri Xırdalan şəhərində yerləşən 20 yanvar şəhidlərinin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər
Allah rəhmət etsin 🥀🥀

Yeni il və "Dunya Azərbaycanlıların Həmrəylik Günü" ilə əlaqədar tədbir keçirildi 30 dekabr 2025-ci il tarixində Şərqi Z...
31/12/2025

Yeni il və "Dunya Azərbaycanlıların Həmrəylik Günü" ilə əlaqədar tədbir keçirildi

30 dekabr 2025-ci il tarixində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni İl bayramı ilə əlaqədar tədbir keçirilib. İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.
Tədbir məktəbin şagirdi və müəllim kollektivinin rəngarəng çıxışları ilə davam etdi. Sonda xatirə şəkli çəkdirildi.

Address


Alerts

Be the first to know and let us send you an email when Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share