BMU - İNHA İkili Diplom Proqramı

BMU - İNHA İkili Diplom Proqramı Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İNHA Universiteti arasında İkili Diplom Proqramı

Beynəlxalq uğur qazanan BMU-İNHAtələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər🔹 BMU-İNHA İDP tələbələri avqustun...
14/08/2026

Beynəlxalq uğur qazanan BMU-İNHAtələbələri nazirin gənclərlə görüşündə iştirak ediblər

🔹 BMU-İNHA İDP tələbələri avqustun 11-də gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərə qatılmış və uğurlar qazanmış gənclərlə görüşündə iştirak ediblər.

🔹 Görüş zamanı nazir gəncləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onların iştirak etdikləri beynəlxalq tədbirlər, qazandıqları təcrübələr və əldə etdikləri nəticələr barədə fikir mübadiləsi aparıb.

🔹 Görüşdə BMU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektronika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Tahirə Bəylərova çıxış edib. O, BMU-nun eyni ixtisas üzrə tələbəsi Ülkər Rəhimli ilə birlikdə Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında iştirakı və qazandıqları uğur barədə təəssüratlarını bölüşüb.

🔹 Bildirilib ki, Tahirə Bəylərova 18 komandanın iştirak etdiyi “Labirint” kateqoriyasında tapşırığı 4,11 saniyəyə tamamlayaraq I yerə layiq görülüb. Ülkər Rəhimli isə 14 komandanın mübarizə apardığı “Robosoccer” kateqoriyasında uğurlu çıxış edərək I yeri tutub.

🔹 Tahirə Bəylərova beynəlxalq yarışlarda iştirakın tələbələr üçün yaratdığı imkanlardan, bu cür tədbirlərin onların bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmalarına, o cümlədən yeni əlaqələr qurmasına verdiyi töhfələrdən də danışıb.

🔹 Görüşdə Qazaxıstan, Macarıstan, İsveçrə, Malayziya, İtaliya, Böyük Britaniya, ABŞ, Finlandiya, Özbəkistan və Çində keçirilən beynəlxalq əhəmiyyətli tədbir və yarışlarda iştirak etmiş gənclərin fikir və təklifləri dinlənilib.

🔹 Nazir Fərid Qayıbov gənclərin əldə etdikləri nəticələri yüksək qiymətləndirib, onların uğurlarının davamlı olmasını arzulayıb.

Ətraflı məlumat: https://shorturl.at/0G5aO

BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyaya 1 illik təhsil üçün yola düşən 117 tələbədən ibarət 1-ci qrupun 57 nəfəri artı...
13/08/2026

BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyaya 1 illik təhsil üçün yola düşən 117 tələbədən ibarət 1-ci qrupun 57 nəfəri artıq Koreyaya çatıb 🇦🇿 🇰🇷

🔹 İnçon Beynəlxalq Hava Limanında tələbələri İNHA Universitetinin nümayəndə heyəti qarşılayıb.

🔹 Proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat təhsillərini 3+1 modeli üzrə həyata keçirirlər. Onlar “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə 3 akademik ili BMU-da, sonuncu – IV kursu isə İNHA Universitetində oxuyurlar.

🔹 Tədris ilini uğurla tamamlayan məzunlar hər iki universitetin diplomunu əldə etmək imkanı qazanacaqlar.

🔹 BMU-İNHA İDP, “2019–2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

BMU-İNHA İDP məzunundan beynəlxalq akademik uğur🔹BMU-İNHA İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının məzunu Riad Əli...
13/08/2026

BMU-İNHA İDP məzunundan beynəlxalq akademik uğur

🔹BMU-İNHA İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli beynəlxalq təhsil proqramlarından biri olan Erasmus Mundus təqaüd proqramının TOP 25-liyinə daxil olub.

🔹Erasmus Mundus proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində akademik fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.

🔹Riad Əlizadə proqram çərçivəsində Fransa, Finlandiya və Litvada yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib:

- Jan-Monnet Universiteti
- Şərqi Finlandiya Universiteti
- Paris-Est Kretey Universiteti
- Vilnüs Universiteti

🔹BMU-İNHA İDP məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

🔹Riad Əlizadənin ABŞ və Niderlandın digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar:

- Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - Elektrik və kompüter mühəndisliyi
- Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - Robototexnika
- Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - Elektrik və kompüter mühəndisliyi
- Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - Elektrik və kompüter mühəndisliyi
- Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - Təsvirləmə mühəndisliyi

🔹Riad Əlizadənin Erasmus Mundus təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu uğurlar, eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir.

🔹Riad Əlizadənin əldə etdiyi nəticə BMU-İNHA İDP məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir.

Ətraflı məlumat: https://shorturl.at/IKjUD

Rektor IWISE dünya finalının qalibi olan BMU-İNHA İDP tələbələri ilə görüşüb🔹Bakı Mühəndislik Universitetinin (BMU) rekt...
11/08/2026

Rektor IWISE dünya finalının qalibi olan BMU-İNHA İDP tələbələri ilə görüşüb

🔹Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında qalib olan tələbələrlə görüşüb.

🔹Görüşdə BMU-nun İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli iştirak ediblər.

🔹Rektor Yaqub Piriyev tələbələrin nüfuzlu beynəlxalq yarışmada qazandıqları uğuru yüksək qiymətləndirərək, əldə olunan nəticənin qürurverici olduğunu bildirib. Qeyd edib ki, tələbələrin beynəlxalq arenada göstərdiyi yüksək nəticələr onların BMU-da mühəndislik, robototexnika və innovasiya sahələrində qazandıqları nəzəri bilikləri praktik bacarıqlarla uğurla inteqrasiya etdiklərini göstərir. Yaqub Piriyev universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsinin, onların praktiki və tədqiqat yönümlü bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də nüfuzlu müsabiqə və layihələrdə iştirak imkanlarının genişləndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb. Eyni zamanda tələbələrə gələcək karyera və təhsil istiqamətləri ilə bağlı tövsiyələrini verib, universitetin onların gələcək fəaliyyətinə daim dəstək göstərməyə hazır olduğunu bildirib.

🔹Tahirə Bəylərova və Ülkər Rəhimli də görüş zamanı IWISE yarışmasında iştirakı və əldə etdikləri nəticələr barədə təəssüratlarını bölüşüblər. Tələbələr 25 ölkədən (ABŞ, Çin, Türkiyə, Sinqapur və s,) iştirakçıların təmsil olunduğu yarışmada rəqabət aparmağın onlar üçün dəyərli təcrübə olduğunu bildiriblər. Onlar, həmçinin göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

🔹Qeyd edək ki, Tahirə Bəylərova 18 komandanın iştirak etdiyi “Labirint” kateqoriyasında tapşırığı 4,11 saniyəyə tamamlayaraq I yerə, Ülkər Rəhimli isə 14 komandanın iştirak etdiyi “Robosoccer” kateqoriyasında I yerə layiq görülüb.

🔹2–7 avqust tarixlərində London şəhərində keçirilən IWISE yarışması gənclərin yaradıcılıq, elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platforma rolunu oynayır. Yarışmada Azərbaycan nümayəndə heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.

Ətraflı məlumat: https://shorturl.at/vPflI

BMU-İNHA İDP tələbələrindən Böyük Britaniyada keçirilən yarışmada möhtəşəm uğur: iki I yer🔹BMU-İNHA İDP-nin tələbələri B...
10/08/2026

BMU-İNHA İDP tələbələrindən Böyük Britaniyada keçirilən yarışmada möhtəşəm uğur: iki I yer

🔹BMU-İNHA İDP-nin tələbələri Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında yüksək nəticə göstərərək iki kateqoriya üzrə I yerə layiq görülüblər.

🔹Yarışda BMU-nun INHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektronika mühəndisliyi” ixtisasının IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli uğurla çıxış ediblər.

🔹Tahirə Bəylərova “Labirint” kateqoriyasında 18 komandanın iştirak etdiyi mübarizədə tapşırığı 4,11 saniyəlik nəticə ilə tamamlayaraq I yeri tutub.

🔹Ülkər Rəhimli isə “Robosoccer” kateqoriyasında 14 komandanın iştirak etdiyi yarışda yüksək nəticə nümayiş etdirərək I yerə layiq görülüb.

🔹Dünya finalında ümumilikdə 25 ölkədən tələbələr iştirak ediblər. IWISE yarışmasında Azərbaycan heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.

🔹BMU-İNHA İDP tələbələrinin əldə etdikləri nəticələr onların mühəndislik, robototexnika və innovativ texnologiyalar sahəsində nəzəri biliklərini praktik bacarıqlarla uğurla əlaqələndirdiklərini nümayiş etdirir. Beynəlxalq səviyyəli innovasiya və robototexnika yarışmasında qazanılan belə uğurlar, eyni zamanda universitetdə müasir mühəndislik təhsilinin, innovativ düşüncənin və tələbə layihələrinin inkişafına göstərilən diqqətin nəticəsidir.

🔹Qeyd edək ki, IWISE gənclərin elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahəsində bilik və bacarıqlarını nümayiş etdirdikləri beynəlxalq platformadır. Yarış müxtəlif mərhələlərdən ibarət olmaqla, iştirakçılara öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və müxtəlif ölkələrdən olan gənc innovatorlarla rəqabət aparmaq imkanı yaradır.

Ətraflı məlumat: https://shorturl.at/vPflI

🎓 BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu🏫 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respubl...
07/08/2026

🎓 BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu

🏫 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU–İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.

📋 Proqrama qəbul üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib, onlardan 363 nəfər daxili qəbul imtahanında iştirak edib. 4 avqust 2026-cı il tarixində İNHA Universiteti tərəfindən riyaziyyat, fizika və ingilis dili fənləri üzrə keçirilən yazılı daxili imtahanın nəticələrinə əsasən, 104 nəfər tələbə proqrama qəbul olunub. Hər biri üzrə 26 nəfər olmaqla “İnformasiya texnologiyaları”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarına qəbul aparılıb. Bununla da BMU-İNHA İDP üzrə ayrılmış qəbul planı 100 faiz dolub.

📈 Qəbul olunan tələbələrin akademik göstəriciləri proqramın yüksək rəqabət mühitinə malik olduğunu və proqrama seçilən tələbələrin güclü akademik hazırlıq səviyyəsi ilə fərqləndiyini aydın şəkildə nümayiş etdirir. Belə ki, qəbul olunan 104 tələbənin 28,8 faizi 600-dən yuxarı, 57,7 faizi isə 500-dən yuxarı qəbul balı toplayıb.

🏆 Ən yüksək nəticəni 676,2 balla “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)” ixtisasına qəbul olunan Cavad Cavadzadə göstərib. Digər ixtisaslar üzrə ən yüksək ballar isə “Data analitikası” ixtisası üzrə Kənan Balakişiyevə (655,9), “İnformasiya texnologiyaları” ixtisası üzrə Yadulla Nəsirova (648,3) və “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə Səid Qafarova (628,1) məxsusdur.

📝 Daxili imtahandan uğur qazanan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim olunub və onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avtomatik qeydiyyata alınıblar. Bu səbəbdən həmin namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində ayrıca iştirak etmələrinə ehtiyac qalmayıb.

📜 BMU-İNHA İDP Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

🌏 3+1 təhsil modeli əsasında icra olunan proqram çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son 1 ilini isə İNHA Universitetində davam etdirirlər. Təhsili uğurla başa vuran məzunlara hər iki universitet tərəfindən bakalavr diplomu təqdim olunur.

🎓 Qeyd edək ki, 6 ildir həyata keçirilən BMU-İNHA İDP üzrə indiyədək 256 nəfər məzun olub.

BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb🔹Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublika...
06/08/2026

BMU-da beynəlxalq iqlim hakatonunun qalibləri mükafatlandırılıb

🔹Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində keçirilən hakatonun iştirakçıları ilə görüş keçirilib.

🔹Görüşdə bildirilib ki, keçən il sazişə əsasən ilk hakaton təşkil olunub. Layihənin ötənilki mərhələsində qaliblər sırasında yer alan BMU tələbəsi cari ilin may ayında Cənubi Koreyaya səfər edərək ekoloji təlimlərdə iştirak edib.

🔹Bu il keçirilən hakatonda isə koreyalı və azərbaycanlı tələbələrdən ibarət 4 komanda formalaşdırılıb. Hər komanda üç nəfərdən - 1 koreyalı tələbə, 1 BMU tələbəsi və 1 Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsindən ibarət olub. Komandalar iqlim dəyişikliyi ilə bağlı birgə layihələr hazırlayıblar. Sonda layihələrin təqdimatı keçirilib. İNHA Universiteti və ADU-nun professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihələr müəyyənləşdirilib.

🔹Yarışmada iştirak edən müəllimləri və tələbələri BMU-nun rektoru adından salamlayan universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül BMU ilə İNHA Universiteti arasında 6 ildir uğurla davam edən əməkdaşlığın və ikili diplom proqramının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, proqramın uğurlu nəticələri nəzərə alınaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə onun icra müddəti 2030-cu ilədək uzadılıb.

🔹İqlim dəyişikliyinin bəşəriyyət qarşısında duran ən aktual qlobal problemlərdən biri olduğunu önə çəkən Ətrabə Gül bildirib ki, bu sahədə elmi biliklərin, innovativ texnologiyaların və beynəlxalq əməkdaşlığın rolu getdikcə artır. O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə gənc tədqiqatçıların və gələcəyin mühəndislərinin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Prorektor qeyd edib ki, bu kimi beynəlxalq layihələr və akademik mübadilə proqramları tələbələrdə elmi-tədqiqat potensialının, innovativ düşüncə tərzinin, multidissiplinar əməkdaşlıq bacarıqlarının və sosial məsuliyyət hissinin formalaşmasına, həmçinin onların müxtəlif ölkələrin akademik mühiti ilə yaxından tanış olmasına mühüm töhfə verir.

🔹Sonda Ətrabə Gül İNHA Universitetinin nümayəndələrinə, layihənin təşkilatçılarına və hakaton iştirakçılarına təşəkkürünü bildirib.

🔹Tədbirdə çıxış edən koreyalı müəllimlər yenidən BMU-da olmaqdan məmnunluqlarını ifadə ediblər, Azərbaycan və universitet haqqında xoş təəssüratlarını bölüşüblər.

🔹Daha sonra hakatonun nəticələri açıqlanıb, qalib komandaların üzvlərinə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində I və II yerə layiq görülən komandaların hər bir üzvünə pul mükafatları verilib.

Ətraflı məlumat: https://shorturl.at/4eyin

🎓 BMU-İNHA ikili diplom proqramına qəbul imtahanları keçirilib🇦🇿🇰🇷 Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikası...
04/08/2026

🎓 BMU-İNHA ikili diplom proqramına qəbul imtahanları keçirilib

🇦🇿🇰🇷 Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul məqsədilə daxili imtahanlar keçirilib.

📝 BMU və İNHA Universitetinin birgə təşkil etdiyi qəbul imtahanları 2 mərhələdən ibarət olub. İlk mərhələdə abituriyentlərin riyaziyyat və fizika üzrə bilikləri, ikinci mərhələdə isə ingilis dili (dinləmə komponenti daxil olmaqla) qiymətləndirilib.

✅ İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri təşkilati və texniki tədbirlər görülüb. Prosesə İNHA Universitetinin 9 nəfərlik nümayəndə heyəti və BMU-nun 10-a yaxın əməkdaşı cəlb olunub.

🏛️ BMU-nun rektoru Yaqub Piriyev və universitet rəhbərliyi imtahan prosesini yerində izləyib. Rektor bildirib ki, BMU-İNHA ikili diplom proqramına maraq ildən-ilə artır və yüksək bal toplayan abituriyentlərin bu proqramı seçməsi onun nüfuzunun və keyfiyyətinin göstəricisidir.

🌍 Yaqub Piriyev qeyd edib ki, proqram tələbələrə beynəlxalq səviyyədə keyfiyyətli təhsil, müasir bilik və bacarıqlar, eləcə də uğurlu karyera imkanları təqdim edir. Artıq 6 ildir uğurla həyata keçirilən proqramın məzunlarının böyük əksəriyyəti nüfuzlu yerli və beynəlxalq şirkətlərdə çalışır.

📊 2026/2027-ci tədris ili üzrə tam dövlət hesabına proqram çərçivəsində ümumilikdə 104 nəfərin (hər ixtisas üzrə 26 nəfər) qəbulu nəzərdə tutulub.

📌 Daxili qəbul imtahanında iştirak üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib. Onlardan 363 nəfər imtahanda iştirak edib.

🏅 İştirak edənlərdən 199 nəfər DİM imtahanlarında 500-dən yuxarı bal toplayan namizəd olub. Onların:
🔹 45 nəfəri 600–700 bal,
🔹 154 nəfəri isə 500–600 bal intervalında nəticə göstərib.

Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-inha-ikili-diplom-proqramna-qbul-imtahanlar-kecirilib

BMU-İNHA İDP daxili imtahanTarix: 4 avqust 2026-cı ilİmtahan məkanı: Bakı şahari Yasamalrayonu C.Cabbarlı adına 161 nömr...
03/08/2026

BMU-İNHA İDP daxili imtahan

Tarix: 4 avqust 2026-cı il
İmtahan məkanı: Bakı şahari Yasamal
rayonu C.Cabbarlı adına 161 nömrali tam
orta məktəb

Ünvan: Yasamal yaşayış kompleksi
(MİDA) Bakı şəh., Azərbaycan

11:00~12:00 - məktəbin önündə olmalısınız!!

BM-İNHA İDP tələbəsi: Məqsədim Azərbaycanın texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir🔹Bakı Mühəndislik Univers...
01/08/2026

BM-İNHA İDP tələbəsi: Məqsədim Azərbaycanın texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir

🔹Bakı Mühəndislik Universitetinin (BMU) Elektronika mühəndisliyi ixtisasına 675 bal ilə qəbul alan və hal-hazırda III kurs tələbəsi olan Hakim Musazadə BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək. O, “Robotex Azerbaijan-Eurasia Championship 2025” yarışında “Line Following Robot” kateqoriyası üzrə II yerə layiq görülüb. Bu nəticə tələbəyə Danimarkada keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazandırıb. O, həmçinin AIRO 2025 yarışının “Fast Line Following Robot” kateqoriyası üzrə I yerin sahibi olub. Hakim Musazadə AZƏRTAC-a müsahibəsində ikili diplom proqramını seçmə səbəbləri, Koreyada təhsillə bağlı gözləntiləri və gələcək planları barədə danışıb.

🔹BMU-İNHA ikili diplom proqramına qoşulmağa qərar verərkən hansı amillər sizin üçün həlledici oldu?

- Mənim üçün proqramın ən böyük üstünlüklərindən biri zaman amilidir. Dörd il ərzində iki universitetin diplomunu əldə etmək mühəndislik təhsili alan tələbələr üçün mühüm fürsətdir. Zaman insanın ən dəyərli resursudur və bu proqram həmin resursdan daha səmərəli istifadə etməyə imkan yaradır. Digər vacib məqam isə həm Azərbaycan, həm də Koreya universitetinin məzunu olmaqdır. Bu, karyera baxımından istər yerli, istərsə də beynəlxalq əmək bazarında əlavə üstünlüklər yaradır. Eyni zamanda, Koreyada keçirəcəyimiz bir il ərzində yeni biliklər qazanmaq, beynəlxalq əlaqələr qurmaq və fərqli iş mühitini yaxından öyrənmək imkanımız olacaq.

🔹Proqrama qəbul və hazırlıq mərhələsi sizin üçün necə keçdi?

- Qəbul prosesi bir neçə mərhələdən ibarət idi. Dövlət İmtahan Mərkəzinin nəticələri əsas meyarlardan biri olsa da, daha sonra proqramın daxili imtahanında iştirak etdik. İmtahanda fizika, riyaziyyat və ingilis dili üzrə suallar təqdim olunurdu və bütün tapşırıqlar ingilis dilində idi. Hazırlıq zamanı əvvəlki illərin imtahan suallarını araşdırdım, texniki terminologiya və fənn bilikləri üzərində işlədim. Qısa müddətdə həm fənlər, həm də ingilis dilində texniki suallarla işləmək müəyyən çətinlik yaratsa da, sistemli hazırlıq bu mərhələni uğurla keçməyimə kömək etdi.

🔹Koreya Respublikasında təhsil almaq və ölkənin inkişaf etmiş texnologiya mühiti ilə yaxından tanış olmaq barədə gözləntiləriniz nədən ibarətdir?

- Koreya Respublikası elektronika və yüksək texnologiyalar sahəsində dünyanın aparıcı ölkələrindən biridir. “Samsung”, LG, “Hyundai” kimi qlobal şirkətlərin fəaliyyət göstərdiyi bir ölkədə təhsil almaq mühəndis üçün böyük üstünlükdür. Koreyada olacağım müddətdə universitetin laboratoriyalarında çalışmaq, araşdırma layihələrində iştirak etmək və müasir texnologiyalarla yaxından tanış olmaq istəyirəm. Elektronika, robototexnika və quraşdırılmış sistemlər sahəsində fəaliyyət göstərən laboratoriyalarda təcrübə qazanmaq əsas hədəflərimdəndir. Bu təcrübə peşəkar inkişafımda mühüm rol oynayacaq.

🔹Siz Koreyada təhsil aldığınız müddətdə həm Bakı Mühəndislik Universitetini, həm də Azərbaycanı təmsil edəcəksiniz. Bu baxımdan üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?

- Koreyada təhsil alacaq 117 nəfərlik tələbə qrupu olaraq biz təkcə özümüzü deyil, həm də Azərbaycanı təmsil edəcəyik. Bizi orada Azərbaycan gənclərinin nümayəndələri kimi tanıyacaqlar. Bir nəfərin davranışı bütöv bir xalq haqqında təsəvvür formalaşdıra bilər. Bu baxımdan hər bir tələbə öz məsuliyyətini dərk etməli, həm ailəsinin, həm də dövlətinin layiqli təmsilçisi olmalıdır.
Həmçinin yerli mədəniyyətə və davranış normalarına hörmətlə yanaşmaq bizim uğur qazanmağımıza müsbət təsir göstərəcək.
Eyni zamanda, Azərbaycanda hələ Koreyaya getməzdən əvvəl öz üzərində çalışan, müxtəlif yarışlarda, təcrübə proqramlarında iştirak edən, hətta artıq əmək fəaliyyətinə başlayan tələbələr kifayət qədərdir. Onların öz bilik və bacarıqlarını xaricdə nümayiş etdirmələri böyük üstünlükdür. Bu, həm yeni iş imkanları qazanmağa, həm də akademik mühitdə fərqlənərək professor assistenti kimi fəaliyyət göstərməyə şərait yarada bilər.

🔹İNHA Universitetində əldə edəcəyiniz bilik və beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi düşünürsünüz?

-Təhsilimi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərmək istəyirəm. Elektronika mühəndisi kimi robototexnika, quraşdırılmış sistemlər və elektronika sahələrində əldə edəcəyim bilikləri Azərbaycanda tətbiq etməyi planlaşdırıram. Xüsusilə ağıllı sistemlər, yenilənə bilən enerji həlləri və müdafiə sənayesi istiqamətlərində elektronika mühəndislərinin mühüm rol oynadığını düşünürəm. Məqsədim Koreyada qazandığım bilik və təcrübəni ölkəmizdə innovativ layihələrin inkişafına yönəltmək, Azərbaycanın mühəndislik və texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir.

Ətraflı məlumat: https://shorturl.at/APoA7

Address

Hasan Aliyev Str. 120
Xirdalan
AZ0102

Alerts

Be the first to know and let us send you an email when BMU - İNHA İkili Diplom Proqramı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BMU - İNHA İkili Diplom Proqramı:

Shortcuts

Share

Category