Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi layihəsi

  • Home
  • Azerbaijan
  • Xaçmaz
  • Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi layihəsi

Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi layihəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi layihəsi, Education Website, Xaçmaz şəhəri, Xaçmaz.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi”nin qalibi olmuş “Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi” layihəsinin rəsmi "Facebook" səhifəsi

21/06/2025

Skaut olmaq – təbiətlə dostluq, komanda ilə güc, öyrənməklə inkişafdır.
3 gün, bir ömür boyu unudulmayacaq xatirələr! 🌿🔥💚

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin Sonuncu Günü də Uğurla Nəticələ...
21/06/2025

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin Sonuncu Günü də Uğurla Nəticələndi

Xaçmaz rayonunda məktəblilər üçün həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində təşkil olunan yay düşərgəsinin üçüncü və sonuncu günü də uğurla başa çatıb.

Düşərgə Azərbaycanın unikal təbiətə sahib guşələrindən biri olan Samur–Yalama Milli Parkında keçirilib.

Son günün proqramında Samur-Yalama Milli Parkının əməkdaşı Əsədli Amil Atakişi oğlu tərəfindən “Ekoturizm nədir? Milli parklar nə üçün yaradılıb?” mövzusunda maarifləndirici təlim təqdim olunub. Təlimdə uşaqlara ekoturizmin mahiyyəti, milli parkların əhəmiyyəti və təbiətin qorunmasında cəmiyyətin rolu barədə ətraflı məlumat verilib.

Düşərgə proqramı komanda ruhunu gücləndirən oyunlar, ərazidə həyata keçirilən təmizlik aksiyası, əyləncəli fəaliyyətlər və "Rəsm çəkmək bacarığımız" adlı yaradıcı məşğələ ilə davam edib.
Bu fəaliyyətlər iştirakçıların həm sosial, həm də yaradıcı bacarıqlarının inkişafına töhfə verib.
Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil metodları ilə yeni bilik və bacarıqlar aşılamaq, onları daha fəal, təşəbbüskar və ekoloji şüura malik vətəndaşlar kimi formalaşdırmaqdır.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayonunun Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən uğurla həyata keçirilir.

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin İkinci Günü də Uğurla Nəticələn...
20/06/2025

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin İkinci Günü də Uğurla Nəticələndi

Xaçmaz rayonunda məktəblilər üçün təşkil olunan “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində yay düşərgəsinin ikinci günü də uğurla başa çatıb. Düşərgə Azərbaycanın nadir təbii incilərindən biri olan Samur–Yalama Milli Parkının füsunkar təbiətində keçirilib.

İkinci günün proqramında Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz üzrə dəstə lideri Təranə Fərzəliyeva məktəblilərə iki praktiki təlim təqdim
edib:

🔹 “Təbii materiallardan sığınacaq qurmaq” – bu təlimdə iştirakçılar meşə mühitində əlçatan resurslarla sığınacaq hazırlamağın yollarını öyrəniblər.

🔹 “Oddan qorxma, onu tanı” – bu məşğələdə isə müxtəlif ocaq növləri, onların quruluşu, istifadə məqsədləri və düzgün yandırılma üsulları haqqında biliklər əldə ediblər.

Düşərgə proqramı həmçinin komanda ruhunu gücləndirən maraqlı oyunlar, Xəzər dənizi sahilinə təşkil olunan haykinq yürüşü və əyləncəli fəaliyyətlərlə davam edib. Bu tədbirlər uşaqların həm fiziki hazırlığını, həm də sosial bacarıqlarını inkişaf etdirməyə xidmət edib.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayonunun Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil metodları ilə yeni bilik və bacarıqlar aşılamaq, onları daha fəal, təşəbbüskar və ekoloji şüura malik vətəndaşlar kimi yetişdirməkdir.

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin İlk Günü Uğurla Başa ÇatdıXaçma...
18/06/2025

Xaçmazda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” Düşərgəsinin İlk Günü Uğurla Başa Çatdı

Xaçmaz rayonunda məktəblilər üçün təşkil olunan “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində yay düşərgəsinin ilk günü uğurla keçirilib. Düşərgə ölkəmizin nadir təbii incilərindən biri olan Samur-Yalama Milli Parkının füsunkar təbiət qoynunda baş tutub.

İştirakçılar düşərgə ərazisinə toplaşdıqdan sonra rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirə dəvət olunmuş qonaqlar və skaut liderləri məktəblilərə xoş arzularını çatdıraraq çıxış ediblər.

Düşərgənin ilk günündə iştirakçılara Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz üzrə müvəkkili Aygün Rəşidova tərəfindən “Duyğuların buz dağı” mövzusunda emosional zəkanın inkişafına dair təlim, həmçinin "DIY – Tullantılara İkinci Həyat" adlı praktiki məşğələ təqdim olunub. Bu təlimlər məktəblilərdə liderlik, məsuliyyət və ətraf mühitə hörmət kimi dəyərlərin formalaşmasına, eyni zamanda onların bilik və bacarıqlarının inkişafına xidmət edib.

Proqrama eyni zamanda komanda ruhunu gücləndirən oyunlar və əyləncəli fəaliyyətlər də daxil edilib. Bu fəaliyyətlər məktəblilərin həm fiziki, həm də sosial inkişafına önəmli töhfələr verib.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayonunun Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlar aşılamaq, onları daha fəal, təşəbbüskar və ekoloji şüura malik vətəndaşlar kimi yetişdirməkdir.

Xaçmazda Skaut Məktəblilərinə “Təbii Mühitdə Sağqalmaq” Təlimi Keçirilib. Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-...
11/05/2025

Xaçmazda Skaut Məktəblilərinə “Təbii Mühitdə Sağqalmaq” Təlimi Keçirilib.

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün “Təbii mühitdə sağ qalmaq” mövzusunda təlim təşkil olunub.

Təlim Xaçmaz rayon 2 nömrəli tam orta məktəbində baş tutub və Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz skautlarında fəaliyyət göstərən “Bozqurdlar” dəstəsinin lideri Təranə Fərzəliyeva tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılara təbiətdə sağ qalmaq üsulları, istifadəsi vacib olan simvollar və bu simvolların mənaları barədə ətraflı məlumat verilib.

Təlimin əsas məqsədi məktəblilərə təbii mühitdə qarşılaşa biləcəkləri çətinliklərə hazır olmaq, təhlükəsizlik vərdişlərini mənimsəmək və komanda işi bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaqdır.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni bilik və bacarıqlar qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüura malik vətəndaşlar kimi yetişdirməkdir.

Xaçmazda Skaut Məktəblilərinə “İlkin yardım” Təlimi KeçirilibXaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsil...
10/05/2025

Xaçmazda Skaut Məktəblilərinə “İlkin yardım” Təlimi Keçirilib

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində "İlkin yardım” təlimi təşkil olunub.

Təlim Xaçmaz rayon 2 nömrəli tam orta məktəbində keçirilib və iştirakçılara Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz skautları arasında fəaliyyət göstərən “Bozqurdlar” dəstəsinin lideri Təranə Fərzəliyeva tərəfindən təqdim edilib.

Təlimin əsas məqsədi iştirakçılara fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsi qaydalarını öyrətmək, onların həyati vacib bacarıqlara yiyələnməsini təmin etmək və çətin vəziyyətlərdə adekvat reaksiya vermək bacarığını inkişaf etdirmək olub.

Xatırladaq ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra edilir. Layihənin məqsədi məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni biliklər qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu vətəndaşlar kimi yetişdirməkdir.

Xaçmazda Skaut Məktəbliləri üçün “Skaut Oyunları ilə Komanda Ruhunu Artırmaq” Təlimi KeçirilibXaçmaz rayonunda həyata ke...
06/03/2025

Xaçmazda Skaut Məktəbliləri üçün “Skaut Oyunları ilə Komanda Ruhunu Artırmaq” Təlimi Keçirilib

Xaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində “Skaut oyunları ilə komanda ruhunu artırmaq” mövzusunda təlim təşkil olunub.

Xaçmaz rayon 1 nömrəli tam orta məktəbində baş tutan təlim Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz skautları arasında fəaliyyət göstərən “Bozqurdlar” dəstəsinin lideri Təranə Fərzəliyeva tərəfindən keçirilib. O, yeni yaradılan “Çıraq” skaut dəstəsinə skaut oyunlarının əhəmiyyəti və onların komanda ruhunun formalaşmasındakı rolu barədə ətraflı məlumat verib.

Təlim zamanı iştirakçılar "Liderim deyir", "Molekul" və digər maraqlı skaut oyunlarında iştirak edərək birlik, koordinasiya və liderlik bacarıqlarını inkişaf etdiriblər.

🔹 Təlimin əsas məqsədi skaut məktəblilərinin komanda ruhunu artırmaq, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək, eləcə də skaut dəyərlərini əyləncəli və interaktiv üsullarla aşılamaqdır.

📌 Xatırladaq ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra edilir. Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni biliklər qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu vətəndaşlar kimi yetişdirməkdir.

Xaçmazda “Quş Yuvalarının Hazırlanması” Mövzusunda Görüş KeçirilibXaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərin...
26/02/2025

Xaçmazda “Quş Yuvalarının Hazırlanması” Mövzusunda Görüş Keçirilib

Xaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində “Quş yuvalarının hazırlanması” mövzusunda görüş təşkil edilib.

Xaçmaz rayon 2 nömrəli tam orta məktəbində baş tutan görüş zamanı layihə rəhbəri Vəfa Musayeva tərəfindən “Çıraq” skaut dəstəsinə mövzu haqqında ətraflı məlumat verilib. İştirakçılar müxtəlif əşyalardan və tullantı materiallarından istifadə edərək quş yuvaları hazırlayıblar. Daha sonra hazırlanan yuvalar məktəb həyətindəki ağaclara asılıb.

Görüşün əsas məqsədi skautlara ətraf mühitin qorunmasının və biomüxtəlifliyin mühafizəsinin vacibliyini aşılamaq, onları ekoloji təcrübələrə təşviq etmək və yaradıcı düşüncələrini inkişaf etdirməkdir.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra olunur. Layihə məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni biliklər qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu fərdlər kimi yetişdirmək məqsədini daşıyır.

Xaçmazda “Ekosistem Nədir?” Mövzusunda Təlim KeçirilibXaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-For...
23/02/2025

Xaçmazda “Ekosistem Nədir?” Mövzusunda Təlim Keçirilib

Xaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində “Ekosistem nədir?” adlı təlim təşkil edilib.

Təlim Xaçmaz rayon 2 nömrəli tam orta məktəbində baş tutub və Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz Müvəkkili Aygün Rəşidova tərəfindən “Çıraq” skaut dəstəsinə ekosistem anlayışı, onun əhəmiyyəti və təbiətdəki rolu haqqında ətraflı məlumat verilib.

İştirakçılar qrup işləri vasitəsilə mövzuya daha dərindən yanaşaraq ekosistemə dair praktik tapşırıqlar yerinə yetiriblər. Təlimin sonunda isə "Dixit" kartları vasitəsilə emosional hisslərin inkişafına yönəlmiş oyun oynanılıb.

“Ekosistem nədir?” adlı təlimin əsas məqsədi skautların ekoloji biliklərini artırmaq, ekosistem anlayışını dərindən izah etmək və onların ekoloji şüurunu formalaşdırmaqdır.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra olunur. Layihə məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni biliklər qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu fərdlər kimi yetişdirmək məqsədini daşıyır.

Xaçmazda “Düyünlər və Skaut Simvolları” Görüşü Keçirilib. Xaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri...
21/02/2025

Xaçmazda “Düyünlər və Skaut Simvolları” Görüşü Keçirilib.

Xaçmaz rayonunda həyata keçirilən “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində “Düyünlər və Skaut Simvolları” adlı dəstə görüşü baş tutub.

Görüş Xaçmaz rayon 2 nömrəli tam orta məktəbində keçirilib və layihə rəhbəri Vəfa Musayeva tərəfindən yeni yaradılan “Çıraq” skaut dəstəsinə düyünlər haqqında geniş məlumat verilib. İştirakçılara “çamadan”, “dostluq”, “səkkizlik” və digər düyün növləri öyrədilib.

Bu görüşün əsas məqsədi iştirakçılara düyünlərin düzgün istifadəsini öyrətmək, onların düşərgə həyatında tətbiqi barədə praktiki biliklər qazandırmaqdır.

Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra olunur. Layihə məktəblilərin qeyri-formal təhsil sahəsində biliklərini artırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu vətəndaşlar kimi yetişdirmək məqsədini daşıyır.

Yeni skaut yetişdirmək və cəmiyyətimizə faydalı insan olmaq qürurvericidirVəfa Şakir Musayeva
07/02/2025

Yeni skaut yetişdirmək və cəmiyyətimizə faydalı insan olmaq qürurvericidir
Vəfa Şakir Musayeva

Xaçmazda Skaut Məktəblilərinə “Düşərgə Quruculuğu və Çadırqurma” Təlimi Keçirilib. Xaçmaz rayonunda “Skaut Məktəblilərin...
07/02/2025

Xaçmazda Skaut Məktəblilərinə “Düşərgə Quruculuğu və Çadırqurma” Təlimi Keçirilib.

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində “Düşərgə Quruculuğu və Çadırqurma” təlimi təşkil olunub.

Təlim Xaçmaz rayon 1 nömrəli tam orta məktəbində keçirilib və iştirakçılara Azərbaycan Skautları Assosiasiyasının Xaçmaz skautları arasında fəaliyyət göstərən “Bozqurdlar” dəstəsinin lideri Təranə Fərzəliyeva tərəfindən təqdim edilib. O, yeni yaradılan “Çıraq” skaut dəstəsinə düşərgə quruculuğu və çadırların qurulması mövzusunda ətraflı məlumat verib.

Təlimin əsas məqsədi iştirakçılara düşərgə üçün düzgün və təhlükəsiz məkan seçimi, çadır növləri, onların təyinatı və istifadə qaydaları barədə bilik və bacarıqlar aşılamaqdır. Bununla yanaşı, düşərgədə davranış qaydaları və təhlükəsizlik tədbirləri də müzakirə olunub.

Xatırladaq ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən icra edilir. Layihənin məqsədi məktəblilərə qeyri-formal təhsil vasitəsilə yeni biliklər qazandırmaq, onları daha fəal, məsuliyyətli və ekoloji şüurlu vətəndaşlar kimi yetişdirməkdir.

Address

Xaçmaz şəhəri
Xaçmaz
AZ2700

Alerts

Be the first to know and let us send you an email when Skaut məktəblilərinin qeyri-formal təhsilə əsaslanan yay məktəbi layihəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share