Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey

Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 №li təbiət fənləri təmayüllü liseyin rəsmi səhifəsidir. Məktəbimizin simasında da bunu aydın görmək olar.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində 1999-cu ildən başlayan təhsil islahatları və respublika prezidenti İlham Əliyevin təhsilə böyük diqqəti və qayğısı nəticəsində təhsilimizi uğurlu inkişaf yoluna çıxarmışdır. Görkəmli, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın adını daşıyan Xaçmaz şəhər 8 nömrəli məktəb 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən inşa edilmiş və istifadəyə verilmişdir. Məktəb 3 mərtəbədən, 3 korpusdan, müasir standartlara cavab verən, Akademik Z. Əliyeva adına muzeydən, akt zalından , geniş idman zalından və işıqlı sinif otaqlarından ibarətdir. Məktəbin açılışı geniş şəkildə qeyd olunmuşdur. Açılışda rayonun icra başçısı – Şəmsəddin Xanbabayev, Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bir informatika kabineti 12 komputerlə təchiz olunmuş, 1 sinif otağı karporotiv şəbəkəyə və internet şəbəkəsinə ADSL “son mil” port vasitəsi ilə çıxışı təmin olunmuşdur. 25 şagirddən ibarət olan IVb sinfinə hər şagirdə bir ədəd netbook paylanılmışdır. Məktəb iki növbəlidir. 1337 şagird təhsil alır. Tədris Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin tərbiyyəsi ilə 115 müəllim məşğul olur. Yeni kurikulumların öyrənilməsi və yeniliklərin müəllimlərə çatdırılması istiqamətində mütəmadi olaraq elmi metodiki yeniliklərlə, qabaqcıl təcrübə ilə müəllimləri tanış etmək məqsədi ilə hər ayın sonunda fənn birləşmə iclasları keçirilir. Qabaqcıl müəllimlərdən Respublika Təhsil şurasının üzvü tarix müəllimi Səxavət Məmmədovanı, Əməkdaringilis dili müəllimi Ellada Kərimovanı, Tərəqqi medalına layiq görülmüş azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnisə Ağasiyevanı göstərmək olar. I sinif müəlllimi Rəhilə Xasməmmədova “Oxuyuruq.biz” saytı İbtidai sinif müəllimi Rəhilə Xasməmmədova Ana dili, riyaziyyat, informatika və həyat bilgisi dərslərində Oxuyuruq. biz saytından istifadə edərək ordan əldə etdiyi məlumatları şagirdlərə çatdırır.


2008-2009–cu tədris ilində TN-nin əmrinə əsasən məktəbdə təbiət lisey siniflər açıldı. Sevindirici haldır ki, 2009-2010-cu tədris ilində məzunların 3 nəfəri Hacıbalayeva Gülşən Elçin qızı, Nağıyeva Fəxriyyə Məzahir qızı, Şahverdiyeva Nuranə Qabil qızı yüksək balla Azərbaycan Tibb Universitetinə, 3 məzun Abdullayeva Fatimə Qabil qızı, Sultanova Səidə Davud qızı, Orucova Nərmin Baloğlan qızı müxtəlif ali təhsil ocaqlarının biologiya fakultəsinə , Məmmədov Araz Nizami oğlu BDU-nun kimya fakultəsinə qəbul olmuşlar.

2010-2011-ci tədris ilində Məmmədova Sona Akif qızı, Balabəyov Vasif Vaqif oğlu, Aslanova Günay Afir qızı, Əhmədova Fəridə Cavanşir qızı Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsinə qəbul olmuşlar. Respublikanın xüsusi təyinatlı ali təhsil müəsissəsi olan Heydər Əliyev adına Hərbi Akademiyaya yüksək balla Dadaşov Tural Teymur oğlu, Yıldırım Bəyazid Universitetinin Tibb fakültəsinə isə Şeydayev Nurəddin İbrahim oğlu yüksək balla qəbul olmuşdur. Məktəbimizin şagirdləri yüksək göstəricilər ilə ali məktəblərə qəbul olmuşlar. Onlardan Vahabova Şəfiqə 500 balla İnşaat və Memarlıq universitetinə, Balabəyov Ağasif 503 balla İqtisad Universitetinə, Həsənov Mübariz 560 balla İqtisad universitetinə, Əhmədova Fəridə 565 balla Azərbaycan Tibb universitetinə, Hacımirzəyeva Səhərnaz 600 balla Qafqaz universitetinə, Məmmədova Sona 641 balla Tibb universitetinə, Balabəyov Vasif 641 balla Tibb universitetinə, Aslanova Günay 629 balla Tibb universitetinə qəbul olmuşdur. Respublika fənn olimpiadalarında 2009-cu il Riyaziyyat fənni üzrə IV yer , 2010- cu il Riyaziyyat IV yer, 2011 –ci il Riyaziyyat III yer Həsənov Mübariz Nizami oğlu, 2010-2011- ci illərdə ardıcıl olaraq Azərbaycan dili və ədəbiyyatdan Mehtiyeva Ülkər Nemət qızı IV yerin sahibi olmuşdur. 2011-2012-ci tədris ilində X sinif şagirdi Musayev Cavidan Mayis oğlu Azərbaycan və ədəbiyyat fənnindən IV yer tutmuşdur. Müstəqil Azərbaycanın 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011- ci ildə məzunlar qızıl və gümüş medallarla təltif olunmuş. Onların sırasında məktəb liseyin məzunu Mehtiyeva Ülkər Nemət qızı da vardır. Məktəbimizin şagirdləri Təhsil Nazirliyi tərəfindən keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Gələcək nəsillərlə üz-üzə” və “Mİrzə İbrahimovun 100iliyi”nə həsr olunmuş respublika inşa müsabiqələrində, respublika idman yarışlarında fəal iştirak edərək mükafatlarla təltif olunmuşlar. Məktəbdə hərbi vətənpərvəlik tərbiyəsinə ciddi fikir verilir. Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, görkəmli şəxsiyyətlərin onların keçdikləri şərəfli ömür yolu və vətən qarşısındakı xidmətləri şagirdlərə çatdırılır. Məktəbdə müasir tələblərə cavab verən Gənclərin Çağırışaqədərki hazırlıq kabineti yaradılmışdır. Məktəbdə sinifdən xaric işlərə geniş yer verilir. Öz istedadı və bacarığı ilə seçilən uşağlar müxtəlif dərnəklərə cəlb ediliblər.

2010-cu ilin statistik məlumatına görə son illər Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb – lisey respublika üzrə yaxşı məktəblərin sırasında olduğuna görə Rayon Təhsil Şöbəsi kollektivə təbrik məktubu ünvanlamışdır. Bizi sevindirən hallardan biri də məktəbimizə tez tez fəxri qonaqların gəlməsidir. Belə qonaqlar sırasında Azərbaycan Milli Dram teatrının sevimli artisləri gəlişi, Azərbaycan –Ukrayna dostluq əlaqələrinin nümunəsi olaraq Xaçmaz və Yalta qardaşlaşmış şəhərlərinin nümayələrinin məktəbdəki görüşü buna misal ola bilər.

21 may 2011-ci il tarixdə “Müasir dövrdə təhsilin davamı, inkişafı: reallıqlar və perspektivlər” mövzusunda təşkil olunmuş zona elmi-praktik konfrans hörmətli nazirimiz Misir Mərdanovun iştirakı ilə məktəbimizdə keçirilmişdir. Nazirimiz məktəblə ətraflı tanış olmuş, özü şəxsən açıq dərslərdə iştirak etmişdir. Məktəbdən ayrılarkən cənab nazir xoş sözlər söyləmişdir.

Əlbəttə ki bu uğurlar bir daha əzmlə çalışmağa , yeni uğurlar qazanmağa sövq edir. 2009-2010-cu tədris ilindən etibarən Rusiya səfirliyinin informasiya mərkəzi ilə sıx əlaqəlar yaradılmış, “Azərbaycan Respublikasında Gənc müəllimlər məktəbi” layihəsi altında Rusiyanın “Xalqlar Dostluğu” universitetinin müəllimləri tərəfindən rus dili müəllimləri üçün zona seminarı keçirilmişdir və bu adət-ənənə hər il davam etdirilir. 2010-cu ildə Rusiya səfirliyi tərəfindən rus dili və ədəbiyyatının tədrisinə görə “İlin məktəbi” diplomuna layiq görülmüşdür. Fərqlənmiş şagirdlər 2009-2010-cu ildə Niftəliyev Emil Mübariz oğlu, Eyvazov Asim Əhmədağa oğlu Rusiya Səfirliyi xətti ilə Rostov Dövlət İqtisad Universitetinə, 2010-2011-ci ildə Kiçibəyova Fəridə Yusif qızı Moskva Dövlət İdarəetmə Universitetinin İqtisadiyyat fakultəsinə təhsil almağa göndərilmişlər. Sülh Korpusunun Konüllüsü 2010-cu ildən Caş Exrenrayx ingilis dili muəllimləri ilə oz təcrübəsilə boluşur. Yeni fənn kurikulum tətbiqi ilə müəllimlərimiz xüsusi ilə ibtidai sinif müəllimləri Təhsil Nazirliyi tərəfindən keçirilən - MƏDƏD təşkilatının həyata keçirdiyi İntel “Gələcək üçün təhsil” və İKT layihəsində iştirak etmişlər.

“ Meşələri qoruyağ “ devizi altında gənc meşəçilər Respublika müsabiqəsində 3-cü yer tutmuş 10-cu sinif şagirdi Kamil Niftəliyev Ətraf Mühit Muhafizəsi Beynalxalg layihə VI olimpiadasında iştirak etmişdir. Quba rayonu 3 saylı Ərazi vergilər idarəsinin layihəsi olan “Vergi dostların”da məktəbin müəllimləri yaxından iştirak edirlər. Arzu edirik ki, vətənimiz Azərbaycanın bayrağını dalğalandıran qalib övladları arasında Akademik Zərifə Əliyeva adına məktəbin şagirdlərinin də öz yeri olsun. Daha ətraflı: http://mekteb8.edu.az/mekteb_haqqinda/

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

13/06/2026

🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!

🎓🔔 Son zəng – yeni başlanğıclara açılan qapı…Bu gün liseyimizdə 2025–2026-cı tədris ilinin məzunları üçün unudulmaz “Son...
13/06/2026

🎓🔔 Son zəng – yeni başlanğıclara açılan qapı…

Bu gün liseyimizdə 2025–2026-cı tədris ilinin məzunları üçün unudulmaz “Son zəng” tədbiri keçirildi. 11 illik məktəb həyatının şirin və kövrək xatirələrini özləri ilə aparan şagirdlərimiz son dəfə məktəbin zəng sədaları altında meydana daxil oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Bayrağımızın meydana gətirilməsi ilə tədbir daha da qürurverici anlarla davam etdi.

Liseyimizin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nəzakət Mahmudova, Xaçmaz Təhsil Sektorunun aparıcı məsləhətçisi Tərlan müəllim və şəhidimiz Pirseyidov Elnurun həyat yoldaşı Gülnar Pirseyidova çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyat yollarında uğurlar arzuladılar.

Qürurverici məqamlarından biri də şəhid Pirseyidov Elnurun qızı Nərgiz Pirseyidovanın liseyimizdə birinci sinfi uğurla başa vuraraq bu əlamətdar gündə iştirak etməsi oldu.

Tədbirin ən duyğulu anlarından biri bilik açarının məzunlar tərəfindən birinci sinif şagirdlərinə təhvil verilməsi oldu. Bununla yanaşı, şagirdlərimizin hazırladığı vətənpərvərlik ruhlu rəqslər və çıxışlar tədbirə xüsusi rəng qatdı.

Və nəhayət… sonuncu dəfə məktəb zəngi çalındı. Bir dövr başa çatdı, yeni arzulara və böyük hədəflərə doğru ilk addım atıldı.

Əziz məzunlarımız, yolunuz açıq, gələcəyiniz uğurlu olsun!

🔔🎓🇦🇿

Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə qardaşlığının yeni zirvəsi2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Şuşa Bəyan...
12/06/2026

Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə qardaşlığının yeni zirvəsi

2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəddir. Bu Bəyannamə iki dövlətin siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığını daha da gücləndirərək regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verir.

Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkənin münasibətlərini deyil, həm də bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji sənəddir. Sənədin əsas mahiyyəti “Bir millət, iki dövlət” prinsipinin müasir dövrün tələblərinə uyğun şəkildə daha da möhkəmləndirilməsidir. Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq platformalarda birgə fəaliyyətini genişləndirir, regional layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradır və hər iki dövlətin beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Məhz bu səbəbdən Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi simvolu, gələcək nəsillərə ünvanlanmış strateji yol xəritəsi kimi tariximizdə xüsusi yer tutur.

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və yüksəlişinin başlanğıcı1993-cü ilin iyun ayında Azərbaycan öz t...
12/06/2026

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və yüksəlişinin başlanğıcı

1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin ən ağır və mürəkkəb dövrlərindən birini yaşayırdı. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, vətəndaş qarşıdurması təhlükəsi hökm sürür, dövlət müstəqilliyi ciddi təhdidlərlə üz-üzə qalırdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində yeni bir mərhələnin başlanğıcı oldu. Məhz bu tarixdən etibarən dövlətçiliyimizin qorunması, sabitliyin bərpası, qanunçuluğun təmin edilməsi və inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Milli Qurtuluş Günü təkcə bir siyasi hadisə deyil, Azərbaycan xalqının dövlətçilik iradəsinin, birlik və həmrəyliyinin təntənəsidir. Bu gün müstəqil, güclü və inkişaf edən Azərbaycanın təməl daşlarının qoyulduğu tarix kimi yaddaşlarda yaşayır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu, sabit inkişaf yoluna qədəm qoydu və beynəlxalq aləmdə öz layiqli yerini tutdu.

Bu gün Milli Qurtuluş Gününü qeyd edərkən dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi naminə göstərilən misilsiz xidmətləri dərin ehtiramla yad edir, Azərbaycanın gələcəyinə inamla baxırıq.

🇦🇿 15 İyun – Milli Qurtuluş Günümüz mübarək!

Bu gün liseyimizin rus bölməsi üzrə IV siniflərindən biri ibtidai təhsil pilləsi ilə vidalaşdı. Növbəti tədris ilindən V...
10/06/2026

Bu gün liseyimizin rus bölməsi üzrə IV siniflərindən biri ibtidai təhsil pilləsi ilə vidalaşdı. Növbəti tədris ilindən V sinfə qədəm qoyacaq şagirdlərimiz sinif rəhbərləri Məmmədova Alida müəllimin rəhbərliyi ilə yaddaqalan tədbir təqdim etdilər.

Tədbir zamanı şagirdlərimiz dörd il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər, vətənpərvərlik ruhunda hazırladıqları maraqlı çıxışlarla iştirakçıların rəğbətini qazandılar.

Şagirdlərimizin təlim-tərbiyəsində əməyi olan Məmmədova Alida müəlliməyə təşəkkürümüzü bildirir, məzun olan balaca yetirmələrimizə gələcək təhsil həyatlarında uğurlar arzulayırıq. Onların V sinifdə də yeni nailiyyətlər qazanacaqlarına inanırıq.

Liseyimizin 1D sinif şagirdləri sinif rəhbəri Zenfira Yaqubova müəllimənin rəhbərliyi ilə ilboyu qazandıqları bilik və b...
10/06/2026

Liseyimizin 1D sinif şagirdləri sinif rəhbəri Zenfira Yaqubova müəllimənin rəhbərliyi ilə ilboyu qazandıqları bilik və bacarıqları nümayiş etdirdikləri yekun tədbirdə çıxış etdilər.

Şagirdlərin hazırladıqları rəngarəng çıxışlar, şeirlər, mahnılar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Vətənpərvərlik ruhunda təşkil olunan bu tədbir hər kəsdə xoş təəssürat yaratdı və uzun müddət yadda qalacaq gözəl anlarla yadda qaldı.

Şagirdlərimizi və Zenfira müəlliməni uğurlu fəaliyyətlərinə görə təbrik edir, gələcək təhsil həyatlarında onlara yeni nailiyyətlər arzulayırıq!

Liseyimizdə gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Vətən müharibəsi iştirakçısı Əşrəf Rəhimov tərəfindən şag...
09/06/2026

Liseyimizdə gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Vətən müharibəsi iştirakçısı Əşrəf Rəhimov tərəfindən şagirdlərlə səfərbərlik və ilkin hərbi xidmətə qeydiyyat prosesi ilə bağlı maarifləndirici görüş keçirildi.

Görüş zamanı şagirdlərə yeni elektron sistem üzərindən qeydiyyat qaydaları, MyGov platformasında hərbi çağırışla bağlı müraciətlərin edilməsi, tələb olunan sənədlərin sistemə yüklənməsi, ərizələrin təqdim olunması və digər vacib məsələlər ətraflı izah edildi. Şagirdlərin sualları cavablandırıldı və qeydiyyat prosesini vaxtında tamamlamalarının əhəmiyyəti vurğulandı.

Gənclərimizin hərbi və vətəndaşlıq məsuliyyətinin artırılmasına xidmət edən bu cür maarifləndirici tədbirlərin keçirilməsi gələcək fəaliyyətimizdə də davam etdiriləcəkdir.

Bu gün liseyimizin rus bölməsi üzrə təhsil alan daha bir IV sinif şagirdləri ibtidai təhsilə əlvida dedilər.Şagirdlərimi...
08/06/2026

Bu gün liseyimizin rus bölməsi üzrə təhsil alan daha bir IV sinif şagirdləri ibtidai təhsilə əlvida dedilər.

Şagirdlərimiz son bir il ərzində sinif rəhbərləri Mustafayeva Marina müəllimə ilə birlikdə maraqlı, yaddaqalan və xoş xatirələrlə dolu bir tədris yolu keçiblər. Onlar müəllimələri ilə səmimi münasibət quraraq bu ili yüksək əhval-ruhiyyə ilə başa vurub, tədbirdə ona öz minnətdarlıqlarını və təşəkkürlərini ifadə ediblər.

İndi isə məzunlarımızı yeni bir mərhələ gözləyir. Onlar artıq yuxarı sinif şagirdləri kimi təhsil yollarında ilk addımlarını atırlar.

Şagirdlərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək təhsil həyatlarında onlara uğurlar arzulayırıq. Mustafayeva Marina müəlliməyə isə şagirdlərin təlim-tərbiyəsində göstərdiyi zəhmətə görə təşəkkürümüzü bildiririk.

🏀 Böyük uğurla qayıtdıq! 🏆Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrin...
05/06/2026

🏀 Böyük uğurla qayıtdıq! 🏆

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən basketbol üzrə region birinciliyində liseyimizin komandaları möhtəşəm nəticə əldə etmişdir.

🥇 Oğlanlardan ibarət komandamız region birinciliyində I yerə layiq görülmüşdür.

🥇 Qızlardan ibarət komandamız da yarışlarda yüksək nəticə göstərərək I yerin sahibi olmuşdur.

Şagirdlərimizi və onların məşqçi-müəllimləri Atakişiyev Rəşad və Məmmədov Anarı bu böyük uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq. Bu qələbə komandalarımızın əzmkarlığının, birliyinin və gərgin əməyinin bariz nümunəsidir.

Liseyimizin adını layiqincə təmsil edən bütün şagirdlərimizlə fəxr edirik!

Address

Xaçmaz şəhər H. Z. Tağıyev Küç 78
Xaçmaz
AZ2700

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey:

Shortcuts

Share

Category