Ucar rayon Ş.Həsənov adına Alpout kənd 2 N-li tam orta məktəb

Ucar rayon Ş.Həsənov adına Alpout kənd 2 N-li tam orta məktəb Ucar rayon Şirvan Həsənov adına Alpout kənd 2N-li tam orta mekteb

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol  oynayıb   Azərbaycan Respublikasının ...
27/07/2023

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.
İlk öncə, Azərbaycana xoş gəlmisiniz. Gəldiyinizə və ölkəmizə diqqət yetirdiyinizə görə sağ olun. Çox şadam ki, siz Azərbaycanda bir neçə gün olacaqsınız və bu, ölkəmizi və xalqımızı daha yaxından tanımaq üçün yaxşı fürsət olacaqdır. Tamamilə haqlısınız ki, biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, biz ölkəmizi müasirləşdiririk. Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun. Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub. Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Əslində, Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi.Sıravi insanlarla görüşlər isə onun təbiəti ilə bağlı idi. O, burada - Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır. Xüsusilə Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.Xüsusilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, o, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən bəlkə də yeganə şəxs idi. O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan böyük ölkə deyil. O vaxt artıq Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi və biz nəhəng iqtisadi çətinliklərlə üzləşmişdik. İnflyasiya 1000 faizdən artıq idi. İşsizlik və yoxsulluq hökm sürürdü. Ordu demək olar ki, mövcud deyildi. Belə bir vəziyyətdə ölkəni parçalanmaqdan qorumağa, onu inkişaf yoluna çıxarmağa və bugünkü səviyyəyə çatdırmağa müvəffəq olmağı yalnız böyük şəxsiyyət edə bilərdi.Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.Beləliklə, təkcə 100 illiyini qeyd etdiyimiz üçün deyil, ümumiyyətlə, müasir Azərbaycan haqqında danışarkən faktdır ki, təməl Heydər Əliyev tərəfindən qoyulub və 1990-cı illərin mürəkkəb dövründə onun liderliyi olmasaydı, bugünkü Azərbaycan başqa vəziyyətdə olacaqdı. Hansı problem və çətinliklərlə üzləşəcəyini heç təsəvvür etmək belə olmazdı. Mən yalnız uğurlar arzulayıram. Əminəm ki, oyunlar mümkün ən yüksək səviyyədə təşkil olunacaq. Çində idman tədbirlərinin necə təşkil edildiyinə bələdəm. Mən Pekində keçirilmiş Olimpiya Oyunlarında oldum, 2008-ci ildə gözəl ölkənizdə bir neçə gün keçirdim. Yəqin bilirsiniz, biz Asiya Oyunlarında iştirak etmirik, lakin Dünya Universitet Oyunlarında 150-dən artıq atletlə böyük komanda ilə iştirak edəcəyik. Onların sayı heç zaman olmadığı qədər bir neçə dəfə çox olacaq. İdmançılara qələbə, təşkilatçılara uğurlar, Çin xalqına bu oyunlarda sevinc arzu edirəm.

Ucar rayon Alpout kənd 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi - Gülnar Qəhrəmanova

İnformasiya müharibəsində önəmli amil. ​Arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəz...
25/07/2023

İnformasiya müharibəsində önəmli amil.

​Arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəzifə məhz medianın üzərinə düşüb və bunu biz həm də media diplomatiyası adlandıra bilərik. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni dördüncü sənaye inqilabının astanasındadır. Adına texnoloji inkişaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur.
​Dördüncü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən strategiya axtarışındadırlar. Yeni şərtlər qaydasız, təxminən meydanda oyun şərtlərini bilmədən, imkanlara tam bələd olmadan oynamağa oxşayır. Günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır və bu gün cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarında yeni məhsullardır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə durur. Yeni media şərtlərinin ciddi ziddiyyətlər gətirdiyi sahə isə heç şübhəsiz qlobal təhlükəsizlik sistemidir.
​Bu ziddiyyətlərlə mübarizə üçün beynəlxalq münasibətlər sahəsində yeni şərtlərə uyğun fəaliyyət göstərməklə formalaşan regional və qlobal şəbəkələr həm də risklərə qarşı immunitetləri formalaşdırmaqdadırlar. Heç şübhəsiz ki, bu immunitetlər qlobal təhlükəsizliyə bir töhfədir. Bu qədər geniş və faydalı məlumatlı keçən iki günlük Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın 50 ölkəsindən 150 media subyekti və 200-dən çox aparıcı ekspertlərın iştirakını Forumdan sonra platforma formatında fəaliyyət göstərməsi kimi regionlararası və qlobal təhlükəsizlikdə mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bir imkan kimi dəyərləndirmək lazımdır.
​Forum çərçivəsində dünyanın əlli ölkəsindən media və televiziya idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gündür media haqqında danışsaq da hər sözün, hər fikrin qayəsi Azərbaycan, Qarabağ oldu. Şübhəsiz ki, forumun kulminasiyası Azərbaycan Prezidentinin çıxışı idi. Prezident İlham Əliyevin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı, ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi.
Ucar rayonu Şirvan Həsənov adına Alpout kənd 2 nömrəli tam orta məktəbin Biologiya müəllimi
Şəhla Hüseynova

19/07/2023
Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.         Möhtərəm Prezi...
13/07/2023

Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə hesabat dövründə əldə edilən iqtisadi uğurlara geniş yer verilib. Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir.
Müşavirədə ölkə başçısı ekoloji tarazlıqla bağlı məsələlərə toxunub. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”.
Qeyd edilib ki, Ermənistan bu gün də bu siyasətdən əl çəkməyib, sərhədlərimizin lap yaxınlığında ekologiyaya ciddi ziyan verə bilən sənaye müəssisəsi tikir. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Cənab prezidentin bildirdiyi kimi, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Ölkəmiz bu məsələləri qanun, beynəlxalq konvensiyalar və diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıdır.
Prezident çıxışında bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”. Bildirilib ki, prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Araşdırmaların nəticələri barədə bir həftə ərzində həm ölkə başçısına, həm də ictimaiyyətə məlumat veriləcəkdir. Həmçinin cənab Prezident bildirib ki, “burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq”.
Müşavirədə xüsusilə vurğulanan məqamlardan biri Ermənistanla olan münasibətlər olub. Qeyd edilib ki, ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Aparılan danışıqlar və yüksək səviyyəli təmaslar hər iki dövləti sülh anlaşmasına daha da yaxınlaşdırır.
Möhtərəm cənab Prezidentin qeyd etdiyi kimi: “Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Ucar rayonu Şirvan Həsənov adına Alpout kənd 2 nömrəli tam orta məktəbin Biologiya müəllimi
Şəhla Hüseynova

12/07/2023
11/07/2023
Prinsipial mövqe.          Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: me...
10/07/2023

Prinsipial mövqe.

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. 30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri qeyd edərək onu da əlavə etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 minlərlə kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.
Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hazırda hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. «Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir» söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da əlavə etdi ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
Qeyd edilməlidir ki, dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu.
Dövlət başçısı cənab İlham Əliyev nazirlər görüşündə yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi. BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamları qeyd etdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan həmçinin neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Bu gün böyük əminliklə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşilikləri ilə üzləşib, oralar tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. Bu gün erməni vandalizminin göstəricisi olan həmin dağıntılar, evlərin yandırılması, yaşıllıqların məhvi, ekologiyaya vurulan ziyan Ermənistanın beynəlxalq hüquq çərçivəsində dəymiş ziyanı ödəməsi tələbini yerinə yetirməyə məcbur edəcək.
Bu fakt da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.
Ucar rayonu Şirvan Həsənov adına Alpout kənd 2 nömrəli tam orta məktəbin Biologiya müəllimi
Şəhla Hüseynova

06/07/2023

Address

Alpout Kend 2 Nomreli Tam Orta Mekteb
Udzhary
6112

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar rayon Ş.Həsənov adına Alpout kənd 2 N-li tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ucar rayon Ş.Həsənov adına Alpout kənd 2 N-li tam orta məktəb:

Shortcuts

Share

Category