20/04/2026
20aprel 2026cı il tarixdə Göyçay şəhərində təşkil olunmuş “Zəkaların Mübarizəsi2”olimpiyadasının regional mərhələsi çərçivəsində şahmat yarışı keçirilmişdir.
Yarışda ümumilikdə 7rayonun komandaları iştirak etmiş və yüksək rəqabət şəraitində baş tutmuşdur.
Qeyd edək ki,yarışda 9,10,11 ci sinif şagirdləri iştirak etmiş,iştirakçılar yüksək səviyyəli şahmat bacarıqları nümayiş etdirmişlər.
Yarışın yekun nəticələrinə əsasən Ucar rayonu komandası bütün rəqiblərini geridə qoyaraq 1ci yerə layiq görülmüşdür.
Əldə olunan bu uğurlu nəticə sayəsində Ucar rayonunu təmsil edən komanda 2026cı ilin may ayında Bakı şəhərində ,Heydər Əliyev Mərkəzində keçiriləcək respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Bu münasibətlə qalib komandanın üzvlərini ürəkdən təbrik edir,onlara final mərhələsində uğurlar arzulayırıq.
Komandamızın üzvləri:
1.Xəlilov Musa 11ci sinif-Ucar şəhər 3nömrəli tam orta ümumtəhsil məktəbi
2.Qəhrəmanov Vaqif 11ci sinif-Ucar şəhər 6nömrəli tam orta ümumtəhsil məktəbi
3.Qəhrəmanova Zəhra 10cu sinif-Ucar şəhər 6nömrəli tam orta ümumtəhsil məktəbi
4.Sərdərli Ayşən-Ucar şəhər 7nömrəli tam orta ümumtəhsil məktəbi.