Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta ümumtəhsil

  • Home
  • Azerbaijan
  • Tovuz
  • Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta ümumtəhsil

Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta ümumtəhsil Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta ümumtəhsil məktəbi

Uşaqlar dünyanın ən saf sevgisi, ən gözəl gülüşü və sabahımıza açılan ümid qapısıdır. Hər bir uşağın sevgi, qayğı, təhsi...
01/06/2026

Uşaqlar dünyanın ən saf sevgisi, ən gözəl gülüşü və sabahımıza açılan ümid qapısıdır. Hər bir uşağın sevgi, qayğı, təhsil və xoşbəxt bir gələcək içində böyüməsi ən böyük arzumuzdur.
Bu əlamətdar gündə bütün uşaqları təbrik edir, onlara sağlam, qayğısız, sevinc dolu və uğurlu bir ömür arzulayırıq. Qoy onların üzündən təbəssüm, qəlbindən sevinc heç zaman əskik olmasın! 👧🧒✨
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək! 🎉

🇦🇿 Bu gün məktəbimizin şəhid məzunu Nurlan Yaşar oğlu Sultanovun doğum günüdür.Doğum günü münasibətilə məktəbimizin müəl...
31/05/2026

🇦🇿 Bu gün məktəbimizin şəhid məzunu Nurlan Yaşar oğlu Sultanovun doğum günüdür.
Doğum günü münasibətilə məktəbimizin müəllim və şagird kollektivi şəhidimizin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etmişdir.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🇦🇿

🎓🌸 Balaca fidanlarımız üçün daha bir uğurlu tədris ili başa çatdı! 🌸🎓4 yaşlı icma əsaslı qrupumuz bu gün tədris ilini se...
30/05/2026

🎓🌸 Balaca fidanlarımız üçün daha bir uğurlu tədris ili başa çatdı! 🌸🎓
4 yaşlı icma əsaslı qrupumuz bu gün tədris ilini sevinc, xoş təəssüratlar və gözəl xatirələrlə yekunlaşdırdı. İl ərzində öyrənən, inkişaf edən və yeni bacarıqlar qazanan balacalarımız ilk təhsil pilləsində mühüm addımlar ataraq uğurla irəlilədilər.
Bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də daim diqqət və qayğı ilə uşaqlarımızın yanında olan rəhbərliyə təşəkkürümüzü bildiririk.
Tərbiyəçi müəllim Əsgərova Elnarə göstərdiyi sevgi, səbir və fədakar əməyə görə dərin minnətdarlığımızı ifadə edirik.
Balaca fidanlarımıza gələcək təhsil həyatlarında uğurlar, sağlamlıq, xoşbəxtlik və parlaq gələcək arzulayırıq. Qoy burada qazandıqları bilik və dəyərlər onların gələcək nailiyyətlərinin möhkəm təməli olsun!
🌟📚🎈

🇦🇿 28 May – Respublika Günü münasibətilə məktəbimizdə maarifləndirici dərs təşkil olundu.Dərs zamanı şagirdlərə Azərbayc...
26/05/2026

🇦🇿 28 May – Respublika Günü münasibətilə məktəbimizdə maarifləndirici dərs təşkil olundu.
Dərs zamanı şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və dövlətçilik ənənələrimiz haqqında məlumat verildi.

🇦🇿

25/05/2026

📢 Hörmətli vətəndaşlar!

Hər həftənin 2-ci günü saat 14:30–16:30 aralığında vətəndaş qəbulu keçiriləcəkdir.
Müraciət etmək istəyən şəxslər qeyd olunan vaxtda qəbulda iştirak edə bilərlər.

25/05/2026
📚 Məktəbimizdə bu gün maraqlı və yaddaqalan açıq dərs keçirildi.4 “a” sinfində İngilis dili fənni üzrə “Mother’s Day” mö...
21/05/2026

📚 Məktəbimizdə bu gün maraqlı və yaddaqalan açıq dərs keçirildi.
4 “a” sinfində İngilis dili fənni üzrə “Mother’s Day” mövzusunda təşkil olunan dərs şagirdlərin fəallığı və yaradıcı çıxışları ilə yadda qaldı. 🌸🇬🇧
Şagirdlər analara həsr olunmuş şeirlər söyləyib, maraqlı təqdimatlar etdilər və ingilis dilində öz bacarıqlarını nümayiş etdirdilər. 💐📖
Açıq dərsin təşkilinə görə müəllim Sədayə Sadıqovaya təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq. 👏✨

🎼 Bu gün məktəbimizdə musiqi fənni üzrə maraqlı və yaddaqalan açıq dərs təşkil olundu. 👩‍🏫 7b sinfində keçirilən dərsin ...
21/05/2026

🎼 Bu gün məktəbimizdə musiqi fənni üzrə maraqlı və yaddaqalan açıq dərs təşkil olundu.
👩‍🏫 7b sinfində keçirilən dərsin mövzusu görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov haqqında idi. 🎹 Şagirdlər bəstəkarın həyat və yaradıcılığı ilə tanış oldular, onun zəngin musiqi irsi barədə məlumat əldə etdilər və əsərlərini dinlədilər.
🎵 Dərs musiqi müəllimi Elnurə Əliyeva tərəfindən yüksək peşəkarlıqla təşkil edildi. 👏 Şagirdlərin fəallığı və musiqiyə olan marağı dərsin daha da maraqlı keçməsinə səbəb oldu.
📚 Açıq dərs iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və şagirdlərin həm nəzəri biliklərinin, həm də musiqi zövqlərinin inkişafına töhfə verdi.

📚 Məktəbimizdə 7-B sinfində bu günün mövzusu "Tanınmış Şəxsiyyətlər" oldu. Dərs zamanı şagirdlərə görkəmli Azərbaycan şa...
21/05/2026

📚 Məktəbimizdə 7-B sinfində bu günün mövzusu "Tanınmış Şəxsiyyətlər" oldu. Dərs zamanı şagirdlərə görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Şagirdlər onun ədəbiyyatımıza olan böyük töhfələri, "Vaqif", "Xanlar" kimi əsərləri ilə yaxından tanış oldular. Belə dərslər gənc nəsildə vətənpərvərlik ruhunu və ədəbiyyata sevgini daha da gücləndirir. 🇦🇿

📚 Bu gün məktəbimizdə 8a sinfində ədəbiyyat fənni üzrə açıq dərs keçirildi.👩‍🏫 Müəllim Nağıyeva Arəstənin təşkil etdiyi ...
12/05/2026

📚 Bu gün məktəbimizdə 8a sinfində ədəbiyyat fənni üzrə açıq dərs keçirildi.
👩‍🏫 Müəllim Nağıyeva Arəstənin təşkil etdiyi dərsdə Ə. Haqverdiyevin “Bomba” əsərinin təhlili aparıldı.
Şagirdlər əsərin ideyası, obrazları və müəllifin vermək istədiyi əsas mesajlar haqqında maraqlı müzakirələr etdilər, öz fikirlərini sərbəst şəkildə ifadə etdilər. Açıq dərs interaktiv üsullarla təşkil olunaraq şagirdlərin dərsə marağını daha da artırdı.
📖 Dərs iştirakçılar tərəfindən maraqla izlənildi və yüksək qiymətləndirildi.

Address

Tovuz Rayonu Dönük Qırıqlı Kəndi
Tovuz

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta ümumtəhsil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category