Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Tovuz
  • Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi

Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi

Dövlət İmtahan Mərkəzinin keçirdiyi 9cu sinif buraxılış imtahanının cvbları açıqlandı. Tovuz r. H.Ələkbərov adına Aşağı ...
27/05/2026

Dövlət İmtahan Mərkəzinin keçirdiyi 9cu sinif buraxılış imtahanının cvbları açıqlandı. Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi üzrə 4 nəfər şagirdimiz 200+ , 7nəfər şagirdimiz isə 150+ bal toplamışdır.
Bütün şagirdlərimizi təbrik edir,uğurlar arzu edirik

28 MAY Azərbaycan Respublikasının Müstəqilliyinin 108-ci il dönümünə həsr olunmuş Əməkdaşlıq Layihəsinə Çərçivəsində 5 m...
23/05/2026

28 MAY Azərbaycan Respublikasının Müstəqilliyinin 108-ci il dönümünə həsr olunmuş Əməkdaşlıq Layihəsinə Çərçivəsində 5 məktəb arasında 9-cu və 10-cu siniflər təşkil olunmuş İntelektual oyun təşkil olundu. Oyun 3 mərhələdən ibarət idi. Sonda isə oyuna maraq qatan Qara Qutu mərhələsi keçirildi.
Oyunda 1ci yeri Firudin Qasımov adına Xatınlı kənd tam orta ümumtəhsil məktəbi 🥇
2-ci yeri Cavanşir Sadıqov adına Qədirli kənd tam orta ümumtəhsil məktəbi 🥈
3-cü yeri Elşad Tağıyev adına Cəlilli kənd tam orta ümumtəhsil məktəbinin🥉 şagirdləri tutdu.
Oyuna ev sahibliyini Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil etmişdir.
Bütün qalibləri təbrik edirik və uğurlar arzu edirik 🙏🙏🙏

"28 May Müstəqillik Günü" ilə əlaqədar olaraq bacarıqlı əllər müsabiqəsi keçirilmişdir.Müsabiqədə l yer Habil Ələkbərov ...
20/05/2026

"28 May Müstəqillik Günü" ilə əlaqədar olaraq bacarıqlı əllər müsabiqəsi keçirilmişdir.Müsabiqədə l yer Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbinin, II yer Firudin Qasımov adına Xatınlı kənd tam orta ümumtəhsil məktəbinin ,III yer isə Elşad Tağıyev adına Cəlilli kənd tam orta ümumtəhsil məktəbinin olmuşdur.Tədbirə ev sahibliyini Firudin Qasımov adına Xatınlı kənd tam orta ümumtəhsil məktəbi etmişdir

12/05/2026

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər Fariz Ələkbərov küçəsi" Ərazi Partiya Təşkilatının sədri
Aysel Quliyeva
Rəsmi Bakı növbəti dəfə beynəlxalq münasibətlər sistemində sülhə sadiqlik məsələsində prinsipial mövqe nümunəsi göstərib. Paytaxt Bakıdan elə siyasi mesajlar səsləndirilib ki, beynəlxalq ictimaiyyət onları görməzdən gələ bilməz. Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib. Təkcə sözügedən fakt özü-özlüyündə təlatümlü və müxtəlif münaqişələr ilə zəngin olan müasir dünya üçün nümunəvi sülh örnəyidir. Əlbəttə ki, bu tarixi unutmaq olmaz və bu tarix təkcə milli diplomatiyamızın yox, həmçinin yeni Azərbaycan-Ermənistan münasibətlərinin əlamətdar hadisəsidir.
Şübhəsiz ki, bu cür fakt və mənzərələrə şahidlik edən zaman uzun onilliklər ərzində vasitəçilik manipulyasiyaları ilə məşğul olan, həqiqətdə isə sadəcə münaqişənin dondurulmasına xidmət edən bəzi dövlətlərin “beyin təzyiqləri” təhlükəli səviyyəyə qədər artmışdır. Ermənistanda təşkil olunan adı çəkilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirak etməsi faktı münaqişədən sonrakı sülh ilə bağlı bütün qərəzli şərhlərə son qoydu, beynəlxalq ictimaiyyət isə buna şahidlik etdi.
Prezidentin “zərgər” dəqiqliyi ilə müəyyən olunan diplomatiya strategiyası sayəsində “təzyiq” və “manipulyasiya” aləti növbəti dəfə bəzi dövlətlərin əlindən alındı. Çıxış zamanı Prezident İlham Əliyev səsləndirdiyi sözlər məhz həmin qüvvələrə ünvanlanmış açıq mesajdır: “Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.” Odur ki, qeyd olunan fakt mütləq olaraq milli diplomatiya təqvimimizə qırmızı rəqəmlə daxil olmalıdır.

Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhs...
09/05/2026

Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi də ardıcıl olaraq silsilə tədbirlər həyata keçirilmişdir.
9-cu siniflər arasında dəyirmi masa təşkil olunmuş,liderin keçdiyi həyat yolu haqqında məlumat verilmişdir.
8-ci sinif şagirdlərimizi isə Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri ehtiram çərçivəsində Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyumuşdur. Şagirdlər böyük liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini dərin hörmət və minnətdarlıq hissi ilə yad etmişlər.

09/05/2026

“Bu gün də Heydər Əliyevin adı xalqımızın qəlbində böyük sevgi və ehtiramla yaşayır. Onun uzaqgörən siyasəti, Vətənə bağlılığı və Azərbaycan naminə gördüyü misilsiz işlər gələcək nəsillər üçün əsl örnəkdir. Ulu Öndərin əziz xatirəsi daim hörmətlə anılır, qoyduğu yol isə inamla davam etdirilir.

09/05/2026

“Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yalnız qəlblərdə deyil, gələcəyin kiçik əllərində də yaşayır. Sevgi, ehtiram və böyük qürurla hazırlanan hər bir iş, onun Azərbaycan üçün qoyduğu işıqlı yolun davam etdiyini göstərir. Çünki böyük liderlər zaman keçsə də unudulmur, daim yaşayırlar...
Məktəbin 6a sinif şagirdi Quliyeva Nərmin

Tovuzda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilibTovuz Rayon İcra Hakimiyyəti, Yeni Azər...
05/05/2026

Tovuzda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib
Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilmişdir.
Yarış Tovuz rayon Nizami adına Mədəniyyət Evində baş tutmuşdur.
Tədbirdən əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra yarışın açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yarışda ümumilikdə 21 komanda üzrə 105 nəfər müəllim iştirak etmişdir. İlk raundda iştirakçılara 20 sual ünvanlanmış, nəticələrə əsasən 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanmış, yarımfinal mərhələsinin yekununda isə 4 komanda finala yüksəlmişdir.
Final mərhələsi “Xəmsə” televiziya oyununun formatına uyğun şəkildə təşkil olunmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən I yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin “Alpaqut” komandası, II yerə Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin “Flaqman” komandası, III yerə isə Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülmüşdür.
Təltiflərdən sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək qalibləri təbrik etmiş, təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirmişdir.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif edilmiş, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

Bu gün keçirilən valideyn iclasının iştirakçıları məktəbin 11ci sinifinin valideynləri oldu. İclasda müzakirə olunan möv...
01/05/2026

Bu gün keçirilən valideyn iclasının iştirakçıları məktəbin 11ci sinifinin valideynləri oldu. İclasda müzakirə olunan mövzu "Son Zəng" tədbirinin qaydaları,şagirdlərin məktəbli formasında olması,və etik davranış qaydalarını riayət olunması ilə bağlı idi.

Şagird-valideyn əməkdaşlığı çərçivəsində təşkil olunan yarış iştirakçılara həm biliklərini nümayiş etdirmək, həm də birl...
27/04/2026

Şagird-valideyn əməkdaşlığı çərçivəsində təşkil olunan yarış iştirakçılara həm biliklərini nümayiş etdirmək, həm də birlikdə əyləncəli vaxt keçirmək imkanı yaratdı. Yarış boyunca valideynlər və şagirdlər böyük həvəslə iştirak edərək əməkdaşlığın, qarşılıqlı dəstəyin və komanda ruhunun gözəl nümunəsini göstərdilər. Səmimi və sevinc dolu anlarla yadda qalan bu fəaliyyət bir daha sübut etdi ki, məktəb və ailə birliyi uşaqların inkişafında mühüm rol oynayır

Address

Tovuz Rayonu
Tovuz
AZ6014

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz r. H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category