13/05/2026
Təhsil müəssisəmizdə şagirdlər arasında sağlam psixoloji mühitin formalaşdırılması, zorakılıq və bullinq hallarının qarşısının alınması məqsədilə “Zorakılığa və bullinqə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı şagirdlərə zorakılıq və bullinqin mənfi təsirləri barədə məlumat verilmiş, qarşılıqlı hörmət, tolerantlıq və düzgün ünsiyyətin əhəmiyyəti vurğulanmışdır. Şagirdlərlə fikir mübadiləsi aparılmış, onları narahat edən məsələlər dinlənilmiş və düzgün davranış qaydaları izah olunmuşdur.
Tədbirin əsas məqsədi şagirdlər arasında mehriban münasibətlərin gücləndirilməsi və təhlükəsiz məktəb mühitinin təşviq olunması olmuşdur.