02/06/2025
“IGCSE: Xarici dil müəllimlərinin Cambridge IGCSE kursuna əlçatanlığının təmin edilməsi” layihəsinin yekun videoçarxı ilə tanış ola bilərsiniz!
Xatırladırıq ki, “IGCSE: Xarici dil müəllimlərinin Cambridge IGCSE kursuna əlçatanlığının təmin edilməsi” qrant layihəsi Ləman Şirinova tərəfindən Tərtər şəhər S.Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbində icra olunur. Layihə çərçivəsində müəllimlərin Cambridge IGCSE kursundan istifadəyə cəlb olunaraq dil bacarıqlarını artırılması, onların dil səviyyələrini beynəlxalq kurslar vasitəsilə inkişaf etdirməsinə töhfə verilməsi, dərs materiallarını tamamladıqdan sonra imtahanda iştirak edib beynəlxalq sertifikat əldə etməsi, sertifikat almış müəllimlərlə birgə məktəbdə tədris ili ərzində danışıq klubu təşkil olunması, klub çərçivəsində həftədə 1 dəfə olmaqla 2 saatlıq dərslərin təşkili və şagirdlərin ingilis dilində danışıq bacarıqları inkişaf etdirilməsi nəzərdə tutulub.