Kəlbəcər Rayon 83 saylı tam orta məktəb

Kəlbəcər Rayon 83 saylı tam orta məktəb Tərtər Rayon Seydimli kənd 2 nömrəli tam orta məktəb...

Hörmətlə, böyük ehtiramla anırıq.
12/12/2025

Hörmətlə, böyük ehtiramla anırıq.

Bu gün məktəbimizdə payız tətilindən sonra IX–XI sinif şagirdlərinin valideynləri və müəllimlərin iştirakı ilə görüş keç...
26/11/2025

Bu gün məktəbimizdə payız tətilindən sonra IX–XI sinif şagirdlərinin valideynləri və müəllimlərin iştirakı ilə görüş keçirilmişdir. Görüş məktəbin direktoru İ. Təhməzov və təlim-tərbiyə işləri üzrə direktor müavini Raciv Məmmədovun təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə şagirdlərin tədris nailiyyətləri, davamiyyəti, imtahanlara hazırlıq prosesi və qarşıdakı dövr üçün planlar haqqında ətraflı məlumat verilmiş, valideynlərin sualları fənn müəllimləri tərəfindən cavablandırılmışdır.

21/11/2025
7.11.2025 - ci il tarixdə Kəlbəcər rayon 83 nömrəli tam orta məktəbində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçi...
07/11/2025

7.11.2025 - ci il tarixdə Kəlbəcər rayon 83 nömrəli tam orta məktəbində
8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Məktəbin direktoru İman Təhməzov, tarix müəllimi Ramin Qaraşov və sinif müəllimi İmarət Səlimova Zəfər Günü ilə bağlı şagirdlərə geniş məlumat verdilər.Qeyd etdilər ki , 8 Noyabr günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu gün vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçən qəhrəman oğul və qızlarımızın şərəf günüdür..
2020-ci ilin payızında, 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazandı. Bu qələbə sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Şuşada, Laçında və digər işğal altında olan bütün ərazilərimizdə dalğalandırıldı.. Zəfər Günü yalnız bir qələbə tarixi deyil - bu xalqımızın birliyinin, iradəsinin və mərdliyinin təntənəsidir. Azad olunmuş torpaqlarda geniş quruculuq - abadlıq işləri aparılır, böyük qayıdış başlayıb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Kəlbəcər rayon 83 nömrəli tam orta  məktəbində 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin əziz xatirəsinə həsr olun...
27/09/2025

Kəlbəcər rayon 83 nömrəli tam orta məktəbində 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin qəhrəmanlığını yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq idi.
Bu tədbir həm də uşaqlara tariximizi unutmamağı, şəhidlərimizin xatirəsini daim yaşatmağın nə qədər vacib oldugunu bir daha xatırlatdı. Bu torpaq, bu azadlıq, bu sülh asan əldə olunmayıb və hər birimizin borcudur ki, onu qoruyub saxlayaq.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

15 sentyabr 2025-cü il tarixdə Bilik Günü münasibəti ilə Kəlbəcər rayon 83 saylı tam orta məktəbdə tədbir keçirildi. Təd...
15/09/2025

15 sentyabr 2025-cü il tarixdə Bilik Günü münasibəti ilə Kəlbəcər rayon 83 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirlərdə məktəbin müəllim və şagird kollektivləri, valideynlər iştirak edirdilər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru İ. Təhməzov və təlim-tərbiyə işləri üzrə direktor müavini R. Mamedov yeni dərs ili münasibətilə bütün müəllimləri və şagirdləri təbrik edib, yeni tədris ilində onlara uğurar arzuladı.
“Bilik Günü” münasibətilə şagirdləri, müəllimləri və valideynləri, xüsusilə də bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək onlara hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etmişdir. Bu gün də təhsil sahəsi Prezident İlham Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
Bütün bunlar Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonda məktəbin şagirdləri və birincilər tərəfinfən şeirlər söylənildi.
“İLK ZƏNG”in səslənməsi ilə yeni dərs ili başlandı.

14.06.2025-ci il tarixdə Kəlbəcər rayon 83 nömrəli tam orta məktəbində ənənəvi "Son zəng" tədbiri keçirildi.Tədbirdə I v...
14/06/2025

14.06.2025-ci il tarixdə Kəlbəcər rayon 83 nömrəli tam orta məktəbində ənənəvi "Son zəng" tədbiri keçirildi.
Tədbirdə I və XI sinif şagirdlər, müəllimlər və valideynlər iştirak etdi.
Məzunlara uğurlar arzulayırıq.

"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Balaca ürəkləri sevindirmək bizim ən böyük borcumuzdur."
30/05/2025

"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Balaca ürəkləri sevindirmək bizim ən böyük borcumuzdur."

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür!Dərin ehtiramla yad edirik!
10/05/2025

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür!
Dərin ehtiramla yad edirik!

Zaman, dövlətlər və millətlər arası münasibətlər hətta bəzi dəyərlər də dəyişə bilər, amma yaşanmış tarıx yaddaşlardan s...
09/05/2025

Zaman, dövlətlər və millətlər arası münasibətlər hətta bəzi dəyərlər də dəyişə bilər, amma yaşanmış tarıx yaddaşlardan silinməz.
9 May – Faşizm üzərində Qələbə Günü

05.05.2025-ci il tarixdə Kəlbəcər rayon Polis şöbəsinin  təşkilatçılığı və təşəbbüsü ilə məktəbimizdə muəllim-şagird kol...
08/05/2025

05.05.2025-ci il tarixdə Kəlbəcər rayon Polis şöbəsinin təşkilatçılığı və təşəbbüsü ilə məktəbimizdə muəllim-şagird kollektivinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” ,“ağ ölümün” törətdiyi fəsadlar, “narkotik vasitələrə aludəçiliyin acı nəticələri” mövzusunda tədbir keçirildi.
Tədbirdə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, məktəb direktoru və müəllimlər iştirak etdilər.
Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşı çıxış edərək bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, Və narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır.
Məktəbin direktor ölkəmizdə huquq-muhafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mubarizənin əhəmiyyətindən danışdı və yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyuk əhəmiyyət kəsb etdiyini vurğulayaraq ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdı.
Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.

Kitablarda yazılan tarix başqa, qətlə yetirilmiş insanların qanıyla yazılan tarix başqa. 1918-də bizi tarixdən silmək is...
31/03/2025

Kitablarda yazılan tarix başqa, qətlə yetirilmiş insanların qanıyla yazılan tarix başqa. 1918-də bizi tarixdən silmək istədilər, amma bilmədilər ki, qanla yazılan tarix pozulmaz. 31 mart o qanlı səhifələrdən biridir. Allah şəhidlərimizə rəhmət eləsin!

Address

Tərtər Rayon Seydimli Kənd 2 Nömrəli Tam Orta Məktəb
Terter
2223

Telephone

+994702385805

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər Rayon 83 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kəlbəcər Rayon 83 saylı tam orta məktəb:

Shortcuts

Share

Category