Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəb

Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəb, School, Tərtər, Tərtər.

06.02.2026-cı il tarixdə məktəb rəhbərliyi tərəfindən 08.02.2026-cı il tarixdə keçiriləcək məktəblilərarası fənn müsabiq...
06/02/2026

06.02.2026-cı il tarixdə məktəb rəhbərliyi tərəfindən 08.02.2026-cı il tarixdə keçiriləcək məktəblilərarası fənn müsabiqələri və Lütfi-Zadə adına riyaziyyat-məntiq olimpiadasında iştirak edəcək şagirdlərlə görüş keçirildi.

Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir.Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-...
06/02/2026

Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir.

Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, ilk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir.

Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.

Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.

Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.

Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irə

03.02.2026- cı il tarixdə məktəb rəhbərliyi tərəfindən vətəndaş müraciətləri dinlənildi.
03/02/2026

03.02.2026- cı il tarixdə məktəb rəhbərliyi tərəfindən vətəndaş müraciətləri dinlənildi.

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I...
02/02/2026

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti.“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
Ulu Öndər Heydər Əliyev (8 dekabr 2002-ci il)

Ulu Öndər tərəfindən hələ 1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama (https://e-qanun.az/framework/53392) əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb;

1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib;

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi;

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini,

31/01/2026
31/01/2026
30.01.2026-cı il tarixdə Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta ümumtəhsil məktəbində  2025–2026-cı...
30/01/2026

30.01.2026-cı il tarixdə Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin I yarımilinin yekunu ilə bağlı pedaqoji şura iclası keçirildi.
Pedaqoji şura iclasında aşağıdakı məsələlər müzakirə olundu:
1.2025–2026-cı tədris ilinin I yarımilinin yekunu haqqında.
2.Rəhbər vəzifə daşıyan işçilərin yarımillik hesabatları.
3.Sinif rəhbərlərinin I yarımil üzrə fəaliyyəti və hesabatları.
4.Şagirdlərin I yarımil üzrə akademik nailiyyətlərinin təhlili.
5.Şagirdlərin davamiyyəti və intizam vəziyyəti.
6.Zəif nəticə göstərən şagirdlərlə aparılan işlər.
7.Dərnək rəhbərlərinin I yarımil üzrə hesabatları.
8.İkinci yarımil üçün qarşıda duran vəzifələr və tövsiyələr.

"Qış məktəbi" nin sonuncu günü.
30/01/2026

"Qış məktəbi" nin sonuncu günü.

"Qış məktəbi" davam edir.
29/01/2026

"Qış məktəbi" davam edir.

"Qış məktəbi" davam edir.28.01.2026- cı il tarixdə Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta ümummtəhs...
28/01/2026

"Qış məktəbi" davam edir.

28.01.2026- cı il tarixdə Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta ümummtəhsil məktəbinin lV və Vl siniflərində Azərbaycan dili və Riyaziyyat fənlərindən KSQ və BSQ nəticələrinə əsasən zəif nəticə göstərən şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə ,,Qış məktəbi,, təşkil olunub.

Address

Tərtər
Tərtər

Telephone

+994555203959

Website

Alerts

Be the first to know and let us send you an email when Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəb:

Shortcuts

Share