Bakı şəhəri Q. Qəhrəmanov adına 65 nömrəli tam orta məktəb

Bakı şəhəri Q. Qəhrəmanov adına 65 nömrəli tam orta məktəb "Təhsil millətin gələcəyidir"
Heydər Əliyev

05/05/2026

Azərbaycan və Ermənistan arasında sülh- yeni mərhələ

İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ermənistan artıq doqquz aydır sülh şəraitində yaşayır və tərəflər bu yeni reallığa uyğunlaşma prosesindədir. Bu bəyanat region üçün uzun illər davam edən qarşıdurmanın arxada qaldığını və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Dövlət başçısının sözlərinə görə, Ermənistanın Azərbaycanın təşəbbüslərini dəstəkləməsi sülhün formal bəyanatdan real prosesə çevrildiyini təsdiqləyir. Xüsusilə beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirilməsi tərəflər arasında etimadın tədricən formalaşdığını göstərən mühüm siqnaldır. Bu, yalnız siyasi ritorika deyil, praktiki əməkdaşlıq elementlərinin də ortaya çıxdığını göstərir.
Sülh şəraitində yaşamağın “öyrənilməsi” ifadəsi isə diqqətçəkən məqamlardan biridir. Bu, o deməkdir ki, tərəflər uzun illər davam edən gərginlikdən sonra yeni münasibətlər modelini tədricən formalaşdırır, qarşılıqlı əlaqələrin qaydalarını yenidən müəyyən edir və riskləri minimuma endirməyə çalışırlar. Bu mərhələdə kiçik addımlar belə böyük əhəmiyyət daşıyır.
Ekspertlərin fikrincə, hazırkı mərhələ keçid dövrü kimi xarakterizə oluna bilər. Bu dövrdə əldə olunan nailiyyətlərin davamlı olması üçün siyasi iradə ilə yanaşı, iqtisadi və humanitar əməkdaşlığın da genişləndirilməsi vacibdir. Ticarət əlaqələrinin qurulması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı təmasların artması sülhün möhkəmlənməsində əsas rol oynaya bilər.
Eyni zamanda, bu proses regionda sabitliyin güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Cənubi Qafqaz uzun illər qeyri-sabitlik zonası kimi tanınıb. İndi isə yaranan yeni şərait regionu əməkdaşlıq və inkişaf məkanına çevirmək potensialı yaradır. Bu isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə daha geniş coğrafiya üçün müsbət nəticələr vəd edir.
Bununla belə, sülh prosesinin həssas olduğu da unudulmamalıdır. Müxtəlif xarici və daxili faktorlar bu prosesi ləngidə və ya çətinləşdirə bilər. Məhz buna görə də tərəflərin konstruktiv mövqeyi, dialoqu davam etdirmək istəyi və əldə olunan razılaşmalara sadiqliyi həlledici rol oynayır.
Nəticə etibarilə, Azərbaycan və Ermənistan arasında formalaşan yeni münasibətlər sistemi region üçün tarixi fürsət yaradır. Bu fürsətin düzgün dəyərləndirilməsi uzunmüddətli sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoya bilər.

Kazımov Mürsəl
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

29/04/2026

Ən son xəbərləri, yenilikləri və xüsusi təklifləri birbaşa poçt qutunuzdan əldə etmək üçün abunəçilərimiz siyahısına qoşulun

Nurlu  ömrün izi Məktəbin fəaliyyət planına uyğun olaraq aperlin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Ə...
28/04/2026

Nurlu ömrün izi


Məktəbin fəaliyyət planına uyğun olaraq aperlin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-ci ildönümünə həsr olunan ədəbi-bədii tədbir keçirilib.Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Natəvan Məmmədovanın rəhbərliyi ilə hazırlanan tədbirdə 9B sinif şagirdləri Zərifə xanımin həyat və fəaliyyəti haqqında danışıb,xatirəsinə həsr olunmuş poeziya nümunələri səsləndiriblər.Tədbirin sonunda məktəbin direktoru Mürsəl Kazımov çıxış edərək Zərifə xanımın həkimlik fəaliyyətindən bəzi məqamları diqqətə çatdırıb və görkəmli alimin həyat yolunun bir örnək olduğunu qeyd edib.




SURAXANI GƏMİ MUZEYİNƏ EKSKURSİYAMilli-mənəvi dəyərlər,azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ist...
27/04/2026

SURAXANI GƏMİ MUZEYİNƏ EKSKURSİYA

Milli-mənəvi dəyərlər,azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili istiqamətində Həşimova Həlimənin rəhbərliyi ilə 3C sinif şagirdləri üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və mədəni-maarifləndirici fəaliyyətlərə cəlb olunmasıdır.
Ekskursiyada şagirdlər Azərbaycanda dənizçilik ənənələri, milli gəmiçilik sənayesinin formalaşması və inkişafı, dənizdə neft hasilatının tarixi ilə yaxından tanış olublar.
Uşaqlara “Suraxanı” tankeri, o cümlədən onun dəniz nəqliyyatı sahəsindəki rolu və muzeyə çevrilmə prosesi haqqında ətraflı məlumat verilib.
Ekskursiya iştirakçıları muzeydə nümayiş etdirilən tarixi eksponatlarla tanış olub, müxtəlif vizual və səsli təqdimatlara baxmaq imkanı qazanıblar.




Milli - mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik mövzusunda  tədbir həyata keçirildi.Milli - mənəvi dəyərlər, ...
27/04/2026

Milli - mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik mövzusunda tədbir həyata keçirildi.

Milli - mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda məktəbdə tədbirlər həyata keçirilir. 22.04.2026-ci il tarixdə məktəbin 6C sinfində tədbir keçirildi. Azərbaycan tarixini, millilik, birlik ideyalarını əks etdirən filmin nümayişi olundu.Ana dili və ədədbiyyat müəllimi Səbinə Ağayeva Azərbaycan xalqının zəngin milli - mənəvi irsi, dərin tarixi köklərə və yüksək mədəni dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etdi.Bildirdi ki, milli- mənəvi dəyərlər insanın dünya görünüşünün, milli ideologiyanın, milli şüurun formalaşmasında mühüm rol oynayır.
Sonra "Qaraca qız" filmi nümayiş olundu. Filmdən sonra şagirdlərlə müzakirə keçirildi.




"Tanınmış şəxsiyyətlər təqvimi"layihəsi çərçivəsində növbəti tədbir keçirilibÜmumi təhsil müəssisələrində şagirdlərin az...
24/04/2026

"Tanınmış şəxsiyyətlər təqvimi"layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Ümumi təhsil müəssisələrində şagirdlərin azərbaycan və dünya üzrə tanınmış şəxsiyyətləri daha yaxından tanıması,onların həyat və yardıcılığı ilə tanış olması məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Tanınmış şəxsiyyətlər təqvimi" hazırlanması nəzərdə tutulur.Layihənin tətbiqində əsas məqsəd dərs prosesində,sinifdənkənar tədbirlərdə şagirdlərin bilik dairəsinin genişləndirilməsi,mədəni dünya görüşlərinin formalaşmasına tövhə verməkdir.
Aprelin 22-də məktəbin UBR-i Mahirə Babayeva,kitabxana müdiri İradə Quliyeva,kitabxanaçı Məsmə Atabaleyava Xa sinif şagirdləri ilə dəyirmi masa keçirdilər.Dəyirmi masa xalq şairi B.Vahabzadənin yaradıcılığına həsr olunub.Şagirdlər şairin yaradıcılığından nümunələr səsləndirib,müzakirələr aparılıb.
"Tanınmış şəxsiyyətlər təqvimi"layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Ümumi təhsil müəssisələrində şagirdlərin azərbaycan və dünya üzrə tanınmış şəxsiyyətləri daha yaxından tanıması,onların həyat və yardıcılığı ilə tanış olması məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Tanınmış şəxsiyyətlər təqvimi" hazırlanması nəzərdə tutulur.Layihənin tətbiqində əsas məqsəd dərs prosesində,sinifdənkənar tədbirlərdə şagirdlərin bilik dairəsinin genişləndirilməsi,mədəni dünya görüşlərinin formalaşmasına tövhə verməkdir.
Aprelin 22-də məktəbin UBR-i Mahirə Babayeva,kitabxana müdiri İradə Quliyeva,kitabxanaçı Məsmə Atabaleyava Xa sinif şagirdləri ilə dəyirmi masa keçirdilər.Dəyirmi masa xalq şairi B.Vahabzadənin yaradıcılığına həsr olunub.Şagirdlər şairin yaradıcılığından nümunələr səsləndirib,müzakirələr aparılıb.





Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı- struktur problemlər və yeni inkişaf modelləriAzərbaycan və Latviya arasında iqt...
24/04/2026

Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı- struktur problemlər və yeni inkişaf modelləri

Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlıq məsələləri son görüşdə əsas müzakirə mövzularından biri olmuşdur. Dövlət başçısının bəyanatında qeyd edildiyi kimi, mövcud iqtisadi əlaqələr müəyyən qədər məhdud xarakter daşısa da, bu sahədə ciddi potensial mövcuddur və bu potensialın reallaşdırılması üçün yeni mexanizmlərə ehtiyac vardır. Hazırkı mərhələdə iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olması struktur problemlərlə izah oluna bilər. Bu problemlərə bazarların kifayət qədər tanınmaması, logistik maneələr, biznes mühitinin fərqlilikləri və qarşılıqlı investisiya axınlarının məhdudluğu daxildir. Lakin son illərdə keçirilən biznes-forumlar və hökumətlərarası komissiyaların fəaliyyəti bu problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar hesab olunur.Xüsusilə 2026-cı ildə Bakıda keçirilən Azərbaycan Latviya biznes-forumu iqtisadi əməkdaşlığın inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu forum çərçivəsində sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, yeni investisiya layihələrinin müzakirəsi və birgə istehsal imkanlarının araşdırılması iqtisadi əlaqələrin praktiki müstəviyə keçməsinə şərait yaratmışdır.
Azərbaycanın iqtisadi modeli enerji resurslarına əsaslansa da, son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətə çevrilmişdir. Bu baxımdan Latviya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Latviya innovasiya, texnologiya və xidmət sektoru üzrə inkişaf etmiş ölkələrdən biri kimi Azərbaycan üçün yeni bilik və texnologiyaların transferində mühüm rol oynaya bilər. Digər tərəfdən, Latviya üçün Azərbaycan enerji resursları və tranzit imkanları baxımından strateji tərəfdaşdır. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq perspektivləri genişdir. Bu layihə Avropa ilə Asiya arasında yük daşımalarının diversifikasiyasını təmin edir və hər iki ölkə üçün iqtisadi dividendlər yaradır. İnvestisiya əməkdaşlığının genişləndirilməsi üçün informasiya mübadiləsinin artırılması, hüquqi mühitin təkmilləşdirilməsi və biznes subyektləri arasında əlaqələrin institusionallaşdırılması zəruridir. Dövlət başçısının vurğuladığı kimi, qarşılıqlı məlumatlandırma mexanizmləri bu sahədə əsas alətlərdən biri kimi çıxış edir.
Nəticə etibarilə, Azərbaycan Latviya iqtisadi əməkdaşlığı mövcud problemlərə baxmayaraq, geniş inkişaf perspektivlərinə malikdir. Bu əməkdaşlığın uğuru tərəflərin siyasi iradəsindən və praktiki addımların effektivliyindən asılı olacaqdır.

Kazımov Mürsəl
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir keçirildi"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv...
15/04/2026

Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir keçirildi

"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlərin keçirilməsi cari tədris ilində də davam etdirilir. Bu məqsədlə aprelin 14-də "Zərərli vərdişlər.Alkoqolizm və narkomaniya" mövzusunda biologiya müəllimi Aynurə Əliməmmədova,
UBR Mahirə Babayeva 8"A" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdilər.Tədbirdə çıxış edən şagirdlər hazırladıqları səhnəciklərlə narkomaniyanın insan həyatı üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırdılar.Tədbirdə məktəb rəhəbərliyi də iştirak etdi.




"Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir keçirildi"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reprodukti...
15/04/2026

"Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir keçirildi

"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlərin keçirilməsi cari tədris ilində də davam etdirilir. Bu məqsədlə aprelin 13-də biologiya müəllimi Aynurə Əliməmmədova IX siniflərdə "Yeniyetmələrin sirləri" mövzusunda maarifləndirici seminar keçirdi.Seminarda şagirdlərin təqdimatları dinlənildi.
#65 mekteb



31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş  dəyirmi masa keçirildi.Məktəbin Fəaliyyət Planının 1.3.16-cıbənd...
31/03/2026

31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş dəyirmi masa keçirildi.
Məktəbin Fəaliyyət Planının 1.3.16-cı
bəndində uyğun olaraq şagirdlərdə
xalqımıza qarşı törədilmiş faciələr
haqqında bilgilərin artırılması,tarixi
hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin
təbliği və ümumxalq hüzn günlərinə
həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə"31mart Azərbaycanlıların
soyqırım gününün keçirilməsi" barədə
məktəb üzrə əmrlə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq martın
31-də məktəbin təşkilatçısı Natəvan Məmmədova, tarix müəllimi Yeganə Məmmədova 8"a"sinif şagirdləri ilə
dəyirmi masa keçirdi.
#65 mekteb #

#


Address

Bakı şəhəri, Suraxanı R, Zığ Qəsəbəsi, İ. Süleymanov Küçəsi 1
Suraxanı

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Q. Qəhrəmanov adına 65 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category