05/06/2026
📢 Bank sektorunda karyerana uğurlu başlanğıc etmək istəyirsən?
Bu fürsət məhz sənin üçündür!
🚀 “ABB Rəqəmsal Maarifləndirmə” Təcrübə Proqramı gənclərə bank sektorunda real iş təcrübəsi qazanmaq, korporativ mühiti yaxından tanımaq və peşəkar inkişaf imkanlarından yararlanmaq şansı yaradır.
🔹 Proqrama müraciət etmək üçün:
• Ali təhsilli olmalısan;
• Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalısan (rus dili biliyi üstünlük hesab olunur);
• Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqlarına sahib olmalısan.
💼 Təcrübə proqramı çərçivəsində peşəkar komanda ilə çalışacaq, yeni bilik və bacarıqlar əldə edəcək, gələcək karyeran üçün möhkəm təməl formalaşdıracaqsan.
✨ Gələcəyinə dəyər qatmaq və uğurlu karyera yoluna addım atmaq istəyirsənsə, bu imkanı qaçırma!
🔗Müraciət üçün link: https://careers.abb-bank.az/tecrube-proqramlari
Karyera və Məzunlarla İş Mərkəzi
📧 [email protected]
🌐 karyera.sdu.edu.az