Inam tədris mərkəzi

Inam tədris mərkəzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inam tədris mərkəzi, School, Sumqayıt, Sumqayıt, 5000, Sumqayıt.

Photos 18/06/2018

Tualet verdişinin korreksiyasi
Uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər.

Tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Türkiyəli uşaq həkimi Cem Akbal tualet vərdişi haqqında diqqət edilməsi lazım olan məqamlardan bəhs edib.

Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir. Bunu anlamaq üçün uşağın bəzi hərəkətləri sizə ipucları verə bilərəcək:

1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü endirib-çəkə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq
üçün bəzi davranışları varmı?

4. Güvəcə oturmaq kimi hərəkət davranışı edə bilirmi?

5. “Bəli” və “xeyr” anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özünü qeyri-kafi hiss etməsinə və özünə güvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sumqayıt, Sumqayıt, 5000
Sumqayıt