14/12/2020
Onlayn İngilis dili dərsləri cəmi 30 manat👍🏻
Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. Birləşmiş Millətlər Təşkilatında istifadə olunan 5 əsas dildən ən işlək olam məhz ingilis dilidir. İndi ingilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur.
İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir. İndi ingilis dili özünəməxsus gözəlliyi və xüsusi ahəngi olan sabit və zəngin fonetik sistemə malikdir.
Siz də ingilis dilini bizim peşəkar müəllimlərlə öyrənin.