Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi

Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi

Share

Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi

12/01/2022

Məktəbimizin Saz Müəllimi Elməddin Müəllimin dərs prosesindən.

Photos from Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi's post 10/12/2021

10.12.2021 ci il tarixdə Qubadlı şəhər Ə.Mehdiyev adına U.M.M -nin Saz Müəllimi Məmmədli Elməddin Müəllimin,Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Sinif Konserti keçirilmişdir.

19/11/2021

Ağdam tezliklə dünyanın ən gözəl şəhərlərindən biri olacaq!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin, habelə Ağdərə, Murovdağ, Zəngilan istiqamətlərində bir neçə strateji yüksəklik işğalçılardan təmizləndi. Rəşdadətli ordumuzun ardıcıl qələbələri düşməni ağ bayraq qaldırıb təslim olmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonları heç bir döyüş əməliyyatı aparılmadan azad olundu, bununla da ərazi ərazi bütövlüyümüz təmin olundu.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da insan tələfatının qarşısı alındı. Bu həm də onu göstərir ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldi.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırıblar. Yalnız ağdam deyil, işğaldan azad olunmuş bütün ərazilərdə hər şey dağıdılıb. Ermənistan mədəni və dini abidələrimzi qəsdən vandalizmə məruz qoyub, təhqir və qarət edib.İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, əmlakın talan edilməsi və ərazilərin yandırılması kimi qanunsuz hərəkətlərə yol verib.Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlarda azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğalçılıq olduğunu əyani şəkildə nümayiş etdirir.

Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdu. 42 gün davam edən döyüşlər 1993-cü il iyulun 23-də Ağdamın 73 faizinin işğalı ilə başa çatmışdı. 1094 kvadrat kilometr ərazisi olan Ağdamın 882 kvadrat kilometr ərazisi, rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal edilmiş, işğal nəticəsində 128 min nəfər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye müəssisəsi, 74 məktəb, 271 mədəniyyət evi, unikal Çörək Muzeyi, 67 idarə və 99 klub düşmənin əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz yurd-yuvasından didərgin salınaraq köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.

Dünya ictimaiyyəti Ağdamın işğalı ilə bağlı yekdil mövqe bildirib. ATƏT-in Minsk Qrupunun doqquz ölkəsi adından hücum qətiyyətlə pislənilib və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması tələb edilib. 29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etdi. Qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin buna baxmayaraq Ermənistan 30 ilə yaxın müddətdə beynəlxalq qanunlara tabe olmadı.

Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Düşmənə vurulmuş ağır zərbə, döyüş meydanında qazanılmış Zəfər nəticəsində düşmən Ağdam rayonunu tərk etmək məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azadərbaycanın rəşadətli ordusu düşməni təslim olmağa məcbur etdi. Nəticədə 2020-ci il noyabrın 20-də düşmən Ağdam rayonunun ərazisini tərk etdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.

Qeyd edək ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Burada XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazilərin bərpası prosesinə start verdi. Bu gün bütün işğaldan azad olunmuş ərazilərdə kompleks yenidənqurma işləri həyata keçirilir. Ağdam şəhərinin də bərpası prosesinə başlanılın. Ağdam şəhərinin Baş Planı əsasında yenidən qurulur. 2021-ci 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olundu. 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsin dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin,140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi.

Beləliklə, Ağdam artıq yenidən qurulur, burada həyat bərpa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış məskənləri, sosial, yol infrastrukturu sürətlə yenidən qurulur. Şübhəsiz ki, yaxın gələcəkdə Qarabağın, Ağdamın, bütövlükdə işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişinin, inkişafının şahidi olacağıq! Ağdam şəhəri qısa müddət ərzində dünyanın ən gözəl bişəhərlərindən birinə çevriləcək.
Rüfət Mahmudzadə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini

Photos from Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi's post 15/11/2021

15.11.2021 tarixdə Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş uşaq və
gənclər arasında saz ifaçılarının “Sazım mənim, sözüm mənim” adlı regional müsabiqəsində yüksək səviyyəli şagird hazırladığına görə Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin Saz müəllimi Məmmədov Elməddin Mahir oğlu Fəxri Fərmanla Təltif edilmişdir.
Həmçinin Elməddin müəllimin şagirdləri Ağahüseynli Fidan Fərid qızı, və Cəfərli Kənan Rəhman oğlu yüksək səviyyəli çıxışına görə , Fəxri Fərmanla təltif edilmişlər.

Photos from Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi's post 13/11/2021

13.11.2021 tarixdə Qubadlı Şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin Forte-piano şöbəsinin müəlliməsi Atakişiyeva Raisa müəllimənin, və xor dirijoru müəlliməsi Səfərəliyeva Gülnar müəllimənin sinfində açıq dərslər təşkil olunub. Dərslərdə pedaqoji təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb, tədris metodları, repertuar seçimi, texniki hazırlıq məsələləri müzakirə olunub.

02/11/2021
Photos from Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbi's post 22/10/2021

Qubadlının azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı

İşğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər günü kimi yazıldı. Çünki bu torpaqların hər qarışı uğrunda Azərbaycan ordusu döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa edib. Qubadlı rayonunun işğaldan azad olunduğu gün – 25 oktyabr tariximizdə daim böyük qürurla xatırlanacaq. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu oldu. Qubadlı rayonunun düşmənlərdən azad edilməsi bir neçə gün çəkdi. Qubadlı şəhərində və ətraf kəndlərdə ermənilər güclü istehkamlar qurmuşdular. Şəhərin ətrafındakı yüksəkliklərdə hərbi birləşmələr cəmləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə ətrafdakı yüksəklikləri götürmək lazım idi. Çünki düşmən yerləşdiyi yüksəkliklərdən davamlı olaraq hərbçilərimizə atəş açırdı. Buna görə də Qubadlıdakı əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan ordusu peşəkarlıq və fədakarlıq nümayiş etdirərək ilk növbədə şəhərin ətrafındakı yüksəklikləri, ətraf kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Beləliklə, bu əməliyyatlardan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə təmizlədi.
Qubadlının azad olunması ilə Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yarandı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdan idi. Qubadlının azad olunması ilə Ermənistanla aramızdaki rəsmi dövlət sərhədinin bərpası prosesi paşladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.
26 Noyabr 2020 -ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 30 minə yaxın Qubadlı sakini məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşıb. Rayon ərazisində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə məhv edilib.
Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri çayları mövcuddur. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub.
Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Torpaqlarımız azad olunduqdan sonra məlum oldu ki, Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulub. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılıb. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdiriliblər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.
2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Samir Şəfiyev, Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Sumqayıt şəhər 9 Mkr Zülfi Hacıyev 53
Sumqayıt
5000