SDU - Filologiya fakultesi

  • Home
  • SDU - Filologiya fakultesi

SDU - Filologiya fakultesi 2024 Fakültədə 103 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 8 f.e.d., professor, 32 f.e.d., dosent, 41 baş müəllim, 23 müəllim çalışır.

Filologiya fakültəsi 2000-ci ildə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix-filologiya fakültəsinə çevrilmiş, 2003-cü ilin may ayından müstəqil Filologiya fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır. Hazırda fakültədə 16 nəfər elmlər doktoru proqramı, 16 nəfər fəlsəfə doktoru proqramı üzrə elmi işlə məşğul olur. Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 1142 nəfər bakalavriat (978 əyani, 164 qiyabi) və 24 nəfər (əyani) magistratura pilləsində təhsil alır. Bakalavriat pillə üzrə ixtisaslar:
-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
-Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
-Psixologiya
-Məktəbəqədər təhsil
-İbtidai sinif müəllimliyi
-Xarici dil müəllimliyi (dillər üzrə)
-Təhsildə sosial-psixoloji xidmət
Magistratura pilləsi üzrə ixtisaslar və ixtisaslaşmalar
Filologiya ixtisasının
-Azərbaycan dili
- Azərbaycan ədəbiyyatı
Ədəbiyyatşünaslıq ( Avropa ölkələri ədəbiyyatı)
-Dilşünaslıq (ingilis dili üzrə) ixtisaslaşmaları
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının
-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması
Psixologiya ixtisasının
-Uşaq və yaş psixologiyası
-Ümumi psixologiya ixtisaslaşmaları
-Məktəbəqədər təlim və tərbiyə ixtisasının
Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası ixtisaslaşması
Pedaqogika ixtisasının
Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması
Doktorantura (fəlsəfə doktoru üzrə) pillə üzrə ixtisaslar:
-Azərbaycan dilçiliyi
-Azərbaycan ədəbiyyatı
-Dünya ədəbiyyatı
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-Müasir Azərbaycan dilinin və ədəbiyyatının qaynaqları, təşəkkül və inkişaf qanunauyğunluqları;
-Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətləri;
-Azərbaycan dilinin onomologiyası və nitq mədəniyyətinin inkişafı;
-Xarici dillərin (ingilis və alman) tədrisi problemləri, müqayisəli dilçilik, dünya ədəbiyyatı;
-Rus dilinin tədrisi məsələləri, müqayisəli tipoloji dilçilik, rus ədəbiyyatı.

SDU-nun Filologiya fakültəsinin müəllimləri - Jalə Məmmədova, İlhamə Məmməd, Lamiyə Heydərova rəhbərliyin “Mövcud heyəti...
24/01/2024

SDU-nun Filologiya fakültəsinin müəllimləri - Jalə Məmmədova, İlhamə Məmməd, Lamiyə Heydərova rəhbərliyin “Mövcud heyətin peşəkar inkişafını yüksəltməyə əsaslanan davamlı peşəkar inkişaf sistemi qurmaq və tətbiq etmək” hədəfini əsas tutaraq 11-23 dekabr 2023-cü il tarixlərində “British Council Researchers Connect” proqramında iştirak etmişlər. Təlimi uğurla başa vuran əməkdaşlarımıza 18 yanvar 2024-cü ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auldun və Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva tərəfindən sertifikatlar təqdim olunmuşdur.

📌 Sumqayıt şəh. 16-cı məh. SDU-nun III tədris korpusu

☎️ +994 18 655 36 66

📩 [email protected]

Address

Sumqayıt 16-cı Məh. SDU-nun III Tədris Korpusu

AZ5008

Alerts

Be the first to know and let us send you an email when SDU - Filologiya fakultesi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share