19/12/2023
Sumqayıt Dövlət Universitetinin Eko-Klub ( Eco-Club ) tələbələri Etilen-polietilen zavoduna təşkil olunan ekskursiyada iştirak edib. Məqsəd Etilen-polietilen zavoduna ekskursiya, ərazidəki avadanlıqlar, istehsalat və müasir laboratoriyalarla tələbələri tanış etmək idi. İlk öncə girişdə təhlükəsizlik təlimatı ilə bağlı təlim keçirildi, daha sonra kaska və eynəklərlə təchiz olunub zavod ərazisi ilə tanış olundu.
Salmanova Banuçiçək ( Tələbə ):
Səfər zamanı istehsalat cihazlarinan daha yaxinan tanış oldum. Labarotoriyaya getdikdə isə orada olan cihazların iş prinsipini, harda istifadə etməli olduğumuzu, zavod daxili hansı təhlükəsizlik qaydalarina riyaət etməli olduğumuzu öyrəndik.
Çirkab sularin təmizlənmə mexanikası və s. digər məsələrlə bağlı istehsalat rəhbərinin tövsiyə və fikirlərini öyrənmiş olduq. Hərşey çox heyrətamiz idi!
Səlimzadə Nilgün ( Tələbə ):
Etdiyimiz səfər bizə bir sıra məlumatlar qazandırdı. İlk öncə keçdiyimiz təlimdən bir sıra təhlükəsizlik qaydalarını, xüsusi nişanları və s. bu kimi qaydalar izah edildi. Daha sonra qurğularla ümumi tanışlıq, laboratoriya şəraitində gedən proseslərin izahı verildi. Zavodun kollektiv heyəti bizə çox kömək oldu. Azadə müəllimə və Tünzalə müəlliməyə və istehsalat zavodunun kollektivinə təşəkkürlər!
Zamanov Əli ( Tələbə ):
İlk öncə əməyi keçən hər bir müəllimə və dəyərli 345-346 qrupuna təşəkkürlərimi bildirirəm.Səfər zamanı ilk öncə təlimlə bizi tanış etdilər burada zavodda edilməli olan ve edilməməli olunan bir çox qaydanı öyrətdilər.Daha sonra isə qurğularla tanış olduq , laboratoriyada gedən proseslərin aydın izahın verdiler.Bunun üçün zavodun kollektivinə dərin minnetdarlığımı bildirirəm ve işlərində onlara müvəfəqiyyətlər arzu edirəm.