Sevinc İntiqamqızı

Sevinc İntiqamqızı pedaqoq.edu.az və YUVAM nəşriyyatı qurucusu. Pedaqoq, psixoloq, naşir

"Təhsil və Liderlik Məktəbi" proqramının 3 aylıq kursu başa çatdı. I qrupla 21, ikinci qrupla 10 nəfərlə başladığımız bu...
04/08/2026

"Təhsil və Liderlik Məktəbi" proqramının 3 aylıq kursu başa çatdı. I qrupla 21, ikinci qrupla 10 nəfərlə başladığımız bu proqramdan xüsusi fəallığı və yüksək müvəffəqiyyəti ilə məzun olan müdavim sayımız isə cəmi 5 nəfər oldu.

Müdavimlər

🧠 1-Cİ AY - "ŞƏXSİ İNKİŞAF VƏ BACARIQLARI AYI - Komandada işləmək, vaxtın idarəedilməsi, liderlik, ünsiyyət, natiqlik təlimləri,

🌟 2-Cİ AY - "PEŞƏKAR BACARIQLAR AYI" - Müəllimlik bacarıqları, mentorluq, təlim planları qurmaq, interaktiv metodlar təlimləri,

🍀 3-CÜ AY - "EVENT+LAYİHƏ+REAL TƏCRÜBƏ AYI" - Sıfırdan böyük tədbir hazırlığı, planlamalar, marketinq və PR, Layihə yazılışı və praktikaya çevirmə təlimləri aldılar.

📢 FİNALDA isə praktik tapşırıqların təhvili, test imtahanı, ümumi dəyərləndirmə nəticəsində 90 bal üzərində nəticə əldə edənlərlə görüş keçirildi. Nəticəsi yüksək olan müdavimlər komandamızın üzvü olmaq şansı əldə etdilər, sertifikat və hədiyyələrlə mükafandırıldılar.

"Təhsil və Liderlik Məktəbi" layihəsinin ikinci qrupundan seçilən yeganə müdavim isə Şəbnur Əsədova oldu. O, ilk dəfə komandamıza üzvlük əldə etdi. Artıq onu kollektivimizin üzvü kimi bütün tədbirlərimizdə təşkilat komitəmizin aparıcı qüvvələrindən biri olaraq görə biləcəksiniz.

Müvəffəq olan bütün tələbələrimi təbrik edir, birlikdə böyük işlərə imza atmağı diləyirəm!🌸

📌"TƏHSİL VƏ LİDERLİK MƏKTƏBİ-3"ün qeydiyyatına qısa müddətdə start verəcəyik.

️ 🔻Proqramın məqsədi
- Pedaqoji bacarıqlar
- Mentorluq və təlimçilik bacarıqları
- Tədbir təşkilatçılığı(Event Management)bacarıqları
- Kommunikasiya və liderlik bacarıqları
- Layihə hazırlamaq və idarə etmək bacarıqlarını
öyrənmək və onları real praktikaya çıxarmaq.

♻️ Proqramın üstünlüyü
- 2 ay davam edəcək ödənişsiz peşəkar təlimlər
- Güclü şəxsi və peşəkar inkişaf və praktika
- Sertifikat və Tövsiyə məktubu
- Tələbələr və məzunlar üçün əyani və onlayn qoşulma imkanı
- Digər layihələrdə iştirak və moderatorluq imkanı
- Yeni əlaqələr, mütəxəssislərlə tanışlıq

Növbəti qrupda iştirak üçün elanı gözləmədən qeydiyyata müraciət edə bilərsiniz.⤵️

📲 0554980221(votsap)
🌍 www.tehsilvepsixologiya.az

🦋BU YAZINI OXUYAN GÖZƏL XANIM, İŞIĞINI ARXANA, ƏZMİNİN GÜCÜNÜ ÜRƏYİNƏ ALIB, İRƏLİLƏ. HƏR ŞEYƏ RƏĞMƏN İRƏLİLƏ🥰Bəzən insan...
03/08/2026

🦋BU YAZINI OXUYAN GÖZƏL XANIM, İŞIĞINI ARXANA, ƏZMİNİN GÜCÜNÜ ÜRƏYİNƏ ALIB, İRƏLİLƏ. HƏR ŞEYƏ RƏĞMƏN İRƏLİLƏ🥰

Bəzən insanın ən böyük uğuru diplomu, vəzifəsi və ya aldığı mükafatlar olmur. Ən böyük uğur, dəfələrlə "bacarmayacaqsan" sözünü eşidib yenə də öyrənməyə davam etməkdir.

Peşəkar həyatda elə günlər olur ki, zəhmətin görünmür, səyin qiymətləndirilmir, qapılar üzünə bağlanır. Təhsildə elə anlar gəlir ki, qərar səndən asılı olmur, o andakı vəziyyətə görə davranmağa məcbur qalırsan, kənardan gələn səslər uğurlarından daha çox eşidilir, təslim olmalı olursan. Amma məhz o anlar insanın kim olduğunu formalaşdırır, irəlidəki "SƏN" daha məqsədyönlü davranmalı olur. Həyatının sükanından möhkəm yapışır və öz yoluna həmin o kənardakı səslərin, maneələrin heç birini daxil etmirsən. Yenilərini də həmçinin.

Küllərindən doğulan insanlar uğuru təsadüf hesab etmirlər. Onlar bilirlər ki, hər uğurun arxasında yorğun gecələr, bitməyən öyrənmə həvəsi, saysız-hesabsız uğursuz cəhdlər və özünə olan inam dayanır. Küllərinə ağlama, gülümsə😊

Heç vaxt gec deyil. Yeni bir ixtisas öyrənmək, yeni bir yol seçmək, yenidən tələbə olmaq, yenidən başlamaq heç vaxt gec deyil. Azca ləngimək gecikmək hesab edilməməlidir. Bu, əksinə, insanın öz gələcəyinə verdiyi ən böyük dəyərdir.

Özünü heç kimlə müqayisə etmə. Sənin yarışın başqaları ilə deyil, dünənki halınladır.
Oxumaq səni dəyişdirər. Öyrənmək səni böyüdər. Əzm isə səni heç vaxt təsadüfi olmayan uğurlara aparar.

Bəlkə bu gün yolun çətindir. Amma unutma: ən möhkəm insanlar rahatlıqda deyil, çətinliklərdə yetişirlər. Hər öyrəndiyin bilik, hər qazandığın təcrübə səni arzularına bir addım da yaxınlaşdırır.

Sən sadəcə karyera qurmursan. Sən sadəcə təhsil almırsan. Sən öz gələcəyini inşa edirsən. Sən sadəcə yenidən doğulursan. ✨

Hörmətlə,
Psixoloq Sevinc İntiqamqızı

Bizimlə irəliləmək istəyən hər kəsi aramıza dəvət edirəm⤵️

📲 0554980221
🌍 Təhsil və Psixologiya Platforması

"ÖyrətMƏN İnkişafı Marafonu" layihəmizin növbəti proqramında "İnklüziv təhsil" mövzusunu ələ alacağıq.  İnklüziv təhsil ...
03/08/2026

"ÖyrətMƏN İnkişafı Marafonu" layihəmizin növbəti proqramında "İnklüziv təhsil" mövzusunu ələ alacağıq.

İnklüziv təhsil yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış bir sistem deyil. Bu yanaşma bütün uşaqlara fərqliliklərə hörmət etməyi, empatiya qurmağı və birlikdə inkişaf etməyi öyrədir.

Hər bir uşağın öyrənmə tempi, maraqları və ehtiyacları fərqlidir. İnklüziv mühit bu fərqləri problem kimi deyil, zənginlik kimi qəbul edir. Uşaq özünü qəbul edilmiş hiss etdikdə, öyrənməyə motivasiyası artır, özünə inamı möhkəmlənir və sosial bacarıqları inkişaf edir.

Unutmayaq ki, inklüziv təhsil təkcə məktəbdə deyil, cəmiyyətin hər sahəsində bərabər imkanların və qarşılıqlı hörmətin təməlini qoyur. Hər bir uşağın potensialını üzə çıxarmaq üçün ona uyğun şərait yaratmaq bizim ortaq məsuliyyətimizdir.

Hər birinizi layihəmizin növbəti proqramına dəvət edirik!

Hörmətlə,
Psixoloq Sevinc İntiqamqızı 🌿

Daxili hüzurun ünvanıBəzən elə düşünürük ki, xoşbəxt olarıq... İstədiyimiz işi tapanda. İstədiyimiz insan həyatımıza gir...
30/07/2026

Daxili hüzurun ünvanı

Bəzən elə düşünürük ki, xoşbəxt olarıq... İstədiyimiz işi tapanda. İstədiyimiz insan həyatımıza girəndə. Daha çox qazandıqda. Hər şey yoluna düşəndə.

Amma bir sualı özümüzə çox az veririk:
Bəs mən bu gün olduğum halımla barışmışammı?
Çünki insanın ən böyük mübarizəsi həyatla deyil... Öz içində apardığı mübarizədir.

Biz çox vaxt keçmişi dəyişməyə çalışırıq, gələcəyi isə tam nəzarətdə saxlamaq istəyirik.
Halbuki həyat ikisinin arasında axıb gedir.

Daxili hüzur hər şeyin mükəmməl olduğu an deyil. O, hər şey mükəmməl olmasa da, özünü qəbul edə bildiyin andır.

🌸Özünü başqaları ilə müqayisə etmədiyin...
🌸Keçmişə görə özünü cəzalandırmadığın...
🌸Gələcəyin qorxusu ilə bu günü itirmədiyin an...

Ən böyük azadlıq budur. Unutma.
Sən öz həyatının tamaşaçısı olmaq üçün yox, onu yaşamaq üçün buradasan. Və bəlkə də bu gün eşitməyə ehtiyacın olan tək cümlə budur:

🦋Sən olduğun yerdən başlaya bilərsən. Olduğun halınla kifayətsən demirəm... Amma olduğun halınla dəyərlisən. Və dəyişmək üçün əvvəlcə bunu qəbul etməlisən. Çünki daxili hüzurun ünvanı heç vaxt kənarda olmayıb. O, həmişə sənin özünə qayıtdığın yerdə olub. 🤍

Özünüzün qeydinə qalın🥰

Hörmətlə, Sevinc İntiqamqızı
Ailə və təhsil sosioloqu, psixoloq

Şəkil: qızım Səna sayəsində 🌸

İnsanlar öz içində həll edə bilmədiyi qorxularını, qəzəbini, keçmişdən daşıdığı yaralarını fərqində olmadan qarşısındakı...
29/07/2026

İnsanlar öz içində həll edə bilmədiyi qorxularını, qəzəbini, keçmişdən daşıdığı yaralarını fərqində olmadan qarşısındakı insanlara yönəldirlər. Siz sadəcə onun içində davam edən savaşın görünən tərəfinə çevrilirsiniz.

Hər reaksiyanı şəxsi qəbul etməyin. Çünki hər davranışın arxasında görünməyən bir hekayə, sağalmamış bir yara və ifadə olunmamış bir ağrı ola bilər. Onları danışdıran travmalarıdır.

Empatiya göstərmək gözəldir, amma öz sərhədlərinizi qorumağı da unutmayın.

Hörmətlə, Sevinc İntiqamqızı
Ailə və təhsil sosioloqu, psixoloq🌿

Gəldik çatdıq həmin o günə. Günlərdir, "gözünüz səhifəmdə olsun, xəbərim olacaq" dediyim və sizlərin də təlaşla əlaqə sa...
13/07/2026

Gəldik çatdıq həmin o günə.

Günlərdir, "gözünüz səhifəmdə olsun, xəbərim olacaq" dediyim və sizlərin də təlaşla əlaqə saxlayıb soruşduğunuz həmin o xəbəri sizinlə bölüşürəm. Yeni dövrün başlanğıcı bu xəbərdir, fikrimcə🥰

🌟NƏŞRİYYATLAR VƏ NAŞİR DOSTLAR ÜÇÜN ƏMƏKDAŞLIQ TƏKLİFİ🌟

Hörmətli nəşriyyat rəhbərləri və nəşriyyat nümayəndələri!

Müəllifi olduğum, son 5 il ərzində oxucu auditoriyası tərəfindən maraqla qarşılanan və satışda olan kitablarımın ölkə daxilində və beynəlxalq bazarda daha geniş yayımının təmin edilməsi məqsədilə yeni əməkdaşlıqlara qərar verdim.

Müəllif hüquqları qorunmaqla, müqavilə əsasında nəşr, distribusiya və satış sahəsində peşəkar nəşriyyatlar ilə qarşılıqlı etimada əsaslanan, uzunmüddətli əməkdaşlıq qurmaq qərarındayam.

Əməkdaşlıq istiqamətləri:
• Müqavilə əsasında nəşr və satış
• Topdansatış və distribusiya
• Kitab mağazaları və satış şəbəkələrində təqdimat
• Elektron və beynəlxalq satış platformalarına çıxış
• Birgə marketinq və tanıtım layihələri

Ciddi və peşəkar əməkdaşlıqda maraqlı olan nəşriyyat və təşkilatları əlaqə saxlamağa dəvət edirəm.

📞 Votsapla əlaqə: 0554980221
📧 E-poçt: [email protected]

Dəyərli kitablar daha çox oxucu ilə görüşəndə öz həqiqi missiyasını yerinə yetirir. Keyfiyyətli işlərə imza atanların əməkdaşlığının uğurlu olacağından əminəm.

Qərar verməkdə tələsməyəcəyəm, əlbəttə. Standartlarımı qarşılayan təklifi incə əyirib, sıx toxuyaraq dəyərləndirmək fikrindəyəm🥰

Təkliflərinizi yuxarıda qeyd etdiyim votsap nömrəsinə yazılı olaraq göndərməyinizi öncədən rica edirəm.

Anın içində qalmaq bacarığıGündəlik həyatda zehnimiz daim keçmişlə gələcək arasında gəzir – "nə etməli idim" ilə "sabah ...
12/07/2026

Anın içində qalmaq bacarığı

Gündəlik həyatda zehnimiz daim keçmişlə gələcək arasında gəzir – "nə etməli idim" ilə "sabah nə olacaq" arasında sıxılıb qalırıq. Amma əslində sakitlik yalnız bir yerdə tapılır: indiki anda.

Psixologiyada buna "mövcudluq" (presence) deyirlər – zehnin tam olaraq burada, bu saniyədə olması. Əlində fincan, üzündə gün işığı... bunların hər biri sənə bir şey pıçıldayır: "Tələsmə. Bu an sənindir."

Özünə qarşı sərt olmaq, daim daha çox etmək istəyi, daim "kifayət deyiləm" hissi – bunlar hamısı öyrənilmiş vərdişlərdir. Amma eyni şəkildə hüzur da öyrənilə bilər. Gündə bir neçə dəqiqə heç nə etməmək, sadəcə nəfəs almaq, ətrafını hiss etmək – bu, tənbəllik deyil, öz-özünə qayğı göstərməkdir.

Unutma: sən məhsuldarlığınla deyil, mövcudluğunla dəyərlisən. Bəzən ən cəsarətli addım – dayanıb, "indi buradayam" deməkdir.

Sakitlik zəiflik deyil – o, özünlə barışığın səsidir. 🌅

Qeyd: Bugün dəniz+dəniz havası+günəş və qumsal "terapiya"mla bu düşündüklərimi sizinlə də paylaşmaq istədim.

Əlbəttə ki, dənizə şəkildəki rəsmiyyətdə getmirik. Çünki hər kəsin rahat geyimə, yalın ayaqla gəzməyə, küləyə təslim olan dağınıq saçlara, öyrəşilmiş görüntüdə yox, gündəlik, sıradan bir insan kimi görünməyə, dincəlməyə ehtiyacı var. Özümüzə qarşı səmimi olmalıyıq. Məni hər an, hər yerdə peşə imicində görən Aİ sağ olsun, günün abu-havasına uyğun belə məsləhət bildi. Sevdim. Çünki günün qısa xülasəsi kimi oldu.😊

10/07/2026

Son on il ərzində 8 irihəcmli forum təşkil etmişəm. Bu forumların hər birində ən azı 200, ən çoxu isə 400-dən çox iştirakçı olub.

Bu tədbirlər təkcə yeni mütəxəssislərlə tanış olmağa, yeni biliklər qazanmağa, sosiallaşmağa və peşəkar şəbəkə qurmağa xidmət etmədi. Ən böyük qazancım özüm oldum.

Bir vaxtlar lövhə qarşısında danışarkən həyəcanından əl-ayağı bir-birinə dolaşan o balaca qız bu gün yüzlərlə insanın qarşısına əminliklə çıxır, auditoriya ilə göz təması qurur, intonasiyası və enerjisi ilə təsirli çıxış edir. Bu dönüşü öz üzərimdə çalışaraq yaratmışam.

Mən dinləməyi, öyrənməyi, öyrətməyi, yazmağı, danışmağı və təşkilatçılığı sevən biriyəm. Sevdiyim, dəyər verdiyim insanları bir-biri ilə tanış etməyi, faydalı körpülər qurmağı xoşlayıram. Elə buna görə də idarəetmə, jurnalistika və ədəbiyyata olan marağımı pedaqogika, sosiologiya və psixologiya təhsilimlə birləşdirməyi bacarmışam.

"Sevinc İntiqamqızı kimdir?" sualına qısa cavabım belədir:

✨ Uşaqlar və gənclərlə işləməyi sevdiyi üçün müəllim və təlimçidir.
✨ Cəmiyyəti, davranışları və düşüncə tərzini araşdırmağı sevdiyi üçün sosioloqdur.
✨ Empatiya, dinləmə bacarığı və insanlara dəstək olmaq istəyi onu psixologiyaya gətirib. Psixoloq kimi fəaliyyət göstərir.
🌟 Kitab yazarı, naşirdir.
✨ Yaradıcılığı, liderlik və planlama bacarığı sayəsində təhsil forumları və layihələrinin təşkilatçısıdır.
✨ Uzun illər məqalələr yazmış, silsilə yazıların müəllifi və qəzet əməkdaşı olmuş müxbirdir.

Və inanıram ki, Allahın izni ilə bu siyahıya hələ çox gözəl uğurlar əlavə olunacaq.

Əgər mənə etibar etsəniz:

📚 Övladınızın akademik inkişafı, dərsləri, imtahan hazırlığı və psixoloji dəstəyi üçün,

🧠 Özünüzün, ailənizin və münasibətlərinizin psixoloji və mental sağlamlığı üçün,

🎤 Tədbirinizin peşəkar aparıcılığı üçün,

📋 Və ya tədbirinizin planlanması və idarə
olunması üçün yanınızda olmağa hazıram.

Yeni mövsümə yeni layihələr, yeni xidmətlər və illərin qazandırdığı peşəkar təcrübəmlə daxil oluram. Düşünürəm ki, artıq zamanıdır. 🥰

📩 Müraciətlərinizi WhatsApp vasitəsilə 055 498 02 21 nömrəsinə yazılı şəkildə göndərə bilərsiniz.

Hörmətlə, Sevinc İntiqamqızı

YUVAM - öz gücünə ayaqda dayanan bir xanımın sənət əsəri😍 Və bu əsər bütün  sərgilərin gözbəbəyi olmağı bacardı illər ər...
06/07/2026

YUVAM - öz gücünə ayaqda dayanan bir xanımın sənət əsəri😍

Və bu əsər bütün sərgilərin gözbəbəyi olmağı bacardı illər ərzində🌸 Harada səsləndirildisə, həmişə bizi xatırlatdı bu ad. Sevgimizi, sayğımızı, zəhmətimizi və halallığı🥰 Qürurla paylaşıram həmişə.

"YUVAM" NƏŞRİYYATI By İntiqamqızı

Fikrimcə, bir dövrün daha sonuna gəldik. Missiyanı tamamlamış hesab edirəm. Bugünə qədər öhtəsindən gəldiyim bütün işlər...
05/07/2026

Fikrimcə, bir dövrün daha sonuna gəldik. Missiyanı tamamlamış hesab edirəm. Bugünə qədər öhtəsindən gəldiyim bütün işlər üçün özümü təbrik edirəm. Artıq təhsildə və karyerada yeni bir dövrün astanasında hiss edirəm özümü🥰

İki diplomum var. Sayını üç və paralelində dörd etmək üçün yaddaşımla "mübarizədəyəm"🤭Dörddən "o yana" keçərmi, onun qarantisini verə bilmərəm artıq🤭

Səkkiz kitab müəllifiyəm, ardını daha fərqli və daha zövq alaraq etməyi planlayıram.

İndiyədək neçə layihə təşkil və icra etmişəm, sayını deməkdə çətinlik çəkirəm. Bugünə qədər təhsil sahəsində çabalayanlardanam. Artıq üfüqü genişlətmək zamanıdır, məncə.

Bir onu bilirəm. Qapanan hər dövrdə mən əvvəlki Sevinc olaraq davam etmirəm artıq. Bu, münasibətlərdə də belədir, işdə də, təhsildə də. Hər bağlanış gözümdəki pərdələri biraz daha açır. Sevinməliyəmmi, bilmirəm. Amma həmişə dua etmişəm Allaha. Könlümdən və həyatımdan bütün dili, könülü, niyyəti üst-üstə düşməyənləri çıxartsın. Karyeramda da kölgələri, yorğunluqları, mental vampirləri. Deyəsən, Allah arzularımı gerçəyə çevirir. Deyəsən, sevinməliyəm buna😊. Amma seyrəldikcə bulanıqlıq sən də əvvəlki sən olmursan. Bu isə düşündürücüdür😉

Address

Sumqayıt
AZ5001

Alerts

Be the first to know and let us send you an email when Sevinc İntiqamqızı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sevinc İntiqamqızı:

Shortcuts

Share

Category