coway.az

coway.az

Share

İnkişafınıza aparan yol

17/03/2026

Əziz Coway kollektivi və tələbələri!

Bayram ilə əlqədar olaraq kursumuzda 19,20,21,22 mart tarixlərində qeyri-iş günü olacaqdır. Martın 23-ü dərs günüdür.

Coway Academy rəhbərliyi olaraq qarşıdan gələn Ramazan və Novruz bayramlarınızı ürəkdən təbrik edir, hər birinizə bolluq, bərəkət və firavanlıq arzu edirik✨

26/12/2025

Əziz Coway kollektivi və tələbələri!

Yeni il ilə əlqədar olaraq kursumuzda 29, 30, 31 dekabr, 1 yanvar tarixlərində qeyri-iş günü olacaqdır. Yanvarın 2-si dərs günüdür.

Yeni iliniz və Dünya Azərbaycanlılarının Həmrəklik günü mübarək!

22/10/2025

🇬🇧 Coway Academy MMC komandamıza İngilis dili müəllimi axtarır!

İngilis dilinə həvəsli, motivasiyalı və kommunikativ müəllimsənsə səni komandamızda görmək istəyirik!
Coway Academy MMC Sumqayıtın mərkəzində fəaliyyət göstərən, müasir və dinamik tədris mühitinə malik akademiyadır.
💼 Vəzifə: İngilis dili müəllimi
📍 İş yeri: Sumqayıt, Mərkəz Plaza
⏰ İş rejimi və əməkhaqqı: Tam və ya yarımştat (razılaşma əsasında)
Namizəddən tələblər:

1. Minimum 2 il iş təcrübəsi
2. Sırf danışıq dərslərini (Speaking classes) keçə bilmək bacarığı
3.Müasir və kommunikativ tədris metodikalarına bələdlik
4. Pozitiv, məsuliyyətli və tələbələrə motivasiya verə bilən şəxs olmaq
5.Beynəlxalq sertifikata (IELTS, CELTA, TESOL, TEFL və s.) sahib olmaq və Sumqayıtda yaşamaq üstünlük sayılır ✅

Biz təklif edirik:
✨ Rəqabətədavamlı əməkhaqqı
📈 Peşəkar inkişaf və təlim imkanları
🤝 Dəstəkləyici və pozitiv kollektiv
📞 Əlaqə: 070 555 72 02
📧 E-mail: [email protected]
🕓 Son müraciət tarixi: 15.11.2025

💬 Coway Academy MMC -Gələcəyin müəllimlərini və liderlərini yetişdirən müasir akademiya.
Əgər sən də tələbələrin ingilis dilində sərbəst danışmasını təmin edən peşəkar müəllimsənsə, elə indi müraciət et!

05/10/2025

🎉👩‍🏫👨‍🏫 5 Oktyabr – Müəllimlər Günü

Bu gün gələcəyimizi formalaşdıran, bizə yalnız bilik deyil, həm də həyat dərsi verən əziz müəllimlərimizin bayramıdır. 💐

olaraq bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edir, zəhmətinizə, səbrinizə və böyük fədakarlığınıza görə minnətdarlığımızı bildiririk.
Sizin sayənizdə gələcəyin savadlı, uğurlu və vətəninə faydalı gəncləri yetişir. 🌟
Əziz müəllimlər, bayramınız mübarək! ❤️

Photos from coway.az's post 01/08/2025

Növbəti HTT qrupumuzun məzun şəkillərini sizə təqdim edirik. Burada, bu diplom alanların içərisində sizin də imzanız ola bilər. İndi isə seçim sizindir!

23/06/2025

Tələbəmiz Muradın Feedback-ni sizlərlə bölüşürük👇

“Salam
Sizə dərin təşəkkürümü bildirmək istəyirəm, əsas da Orxan müəllimə. Onun peşəkar dərsləri, dəstəyi sayəsində IELTS imtahanını uğurla verdim. Səbrli və həvəsləndirici yanaşması, eləcə də strukturlaşdırılmış proqram mənə özümü inamlı hiss etməyə və yüksək nəticə əldə etməyə kömək etdi.

Bu yolda mənə göstərdiyiniz dəstəyə görə çox minnətdaram. Sizin sayənizdə hədəflərimə bir addım daha yaxınlaşdım. Gələcəkdə də uğurlarınızın davamını arzulayıram.

Hörmətlə,
Murad Yusifov”

19/03/2025

Əziz tələbələr!

Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində Coway Academy-də qeyri-iş günüdür. Bu günlərə təsadüf edən dərslərinizin əvəz olunmasını tələb edə bilərsiniz.

Baharın gəlişini birlikdə qarşılayaraq, sizə bolluq, bərəkət və uğurlar arzulayırıq! Novruz bayramınız mübarək! 🌿✨

24/04/2023

Siz hələ bizim 45 günlük proqramımızdan xəbərdar deyilsiniz?

Gəlin sizi tanış edək.

-Bu 45 gün-hər gün olan ingilis dili proqramıdır.

45 günlük rəsmi zəmanətli ingilis dili proqramı ilə sizin ümumi dil səviyyənizi 45 gün içərisində, yəni 45 dərsə minimal 2 səviyyə artırırıq.
( Qeyd edək ki, hətta 3 səviyyə artan tələbələrimiz də olub )

Misal üçün, a2 səviyyəsindəsinizsə b2 yə,
b1 dil səviyyəsindəsinizsə c1 səviyyəyə çatdırırıq.

45 gün, hər gün !

Göstərilən müddət ərzində vəd edilən səviyyəyə çatmasanız ödənişiniz heç bir komissiya tutulmadan tam olaraq geri qaytarılır.

Həmçinin bu proqram ingilis dili müəllimləri üçün də əvəzolunmazdır.

Bu proqramın necə tədris olunmasını da öyrənərək və sertifikat əldə edərək proqramı özünüz də tədris edə bilirsiniz.

Qeyd edək ki, proqram tələbənin qavrama səviyyəsindən asılı olaraq 3 fərqli formatda təklif olunur.

Sağlıqla qalın.

coway.az

Əlaqə : 070 555 72 02

23/04/2023

İngilis dilindən danışıq dərsləri axtarırsınız?
O zaman bizim " Only Speaking" dərslərimiz sizin üçündür.
Dərslərdə;
✅ Bütün vəsaitlər bizim tərəfimizdən təmin edilir
✅ IELTS daxil bütün prosedurları professional şəkildə öyrənirsiniz
✅ 7 Score zəmanəti veririk
✅ Xüsusi intensiv proqramla tədris edirik.

Əlaqə: 0705557202

Photos from coway.az's post 17/04/2023

Çoxsaylı müraciətləri nəzərə alaraq Coway Academy tərəfindən uşaqlar, ibtidai siniflər və V-VIII sinif şagirdləri üçün " I Yay İnkişaf Məktəbi" təşkil ediləcək.

Proqram 3 ay, həftənin 3 günü, hərəsi 2 saat olmaqla peşəkar müəllimlər tərəfindən tədris olunacaq.

Proqramı əhatə edir:
• Yeni dil öyrənmə psixologiyası istiqamətində müxtəlif təlimlər;
• Qrup işləri;
• Xaricdə təhsil məsləhəti - konsultasiya;
• Real danışıq mühitində dili öyrənmə imkanı ( Mərkəzimizdə hər kəs ingilis və ya rus dilində ünsiyyətdə olur )
• Rəsm, Şahmat, MS Office komputer proqramları ilə övladlarınızın surətli və hər tərəfli inkişafını təmin edəcəyik.

YAY MƏKTƏBİ 5 İyun - 5 Avqust tarixlərində fəaliyyət göstərəcək.

Övladınız nə əldə edəcək?
- Praktiki əsaslı xarici dil
- Sıxılmadan gələcəyi və yeni tələbələrlə ünsiyyət quracağı mühit;
- Xaricdə təhsil üçün ilk addımlar;
- Düzgün ixtisas seçimi;
- RƏSMİ SERTİFİKAT.

Ən əsası məktəbin qiymət üçün yox, savadlı olmaq üçün vacib olduğuna əsaslı əmin olacaqlar.

Qeydiyyat üçün whatsapp nömrəmizə yazın.

Yerlər məhduddur!
+ 994 70 555 72 02

Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Mərkəz Plaza 5 Ci Mərtəbə
Sumqayıt