Məni özün bil

Məni özün bil Layihə rəhbəri: Elnarə Güləliyeva

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi üzrə qalib olmuş "Məni özün bil!" adlı layihənin rəsmi səhifəsi.

05/04/2025
05/04/2025

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qarant Müsabiqəsində qalib olan "Məni özün bil" layihəsinin bağlanış-hesabat tədbiri keçirildi.
Layihə rəhbəri: Elnarə Güləliyeva

“Məni özün bil” qrant layihəsinin ilk təlimi keçirildi!Salyan rayonu Qaraçala qəsəbə tam orta məktəbində “Məni özün bil!...
15/01/2025

“Məni özün bil” qrant layihəsinin ilk təlimi keçirildi!
Salyan rayonu Qaraçala qəsəbə tam orta məktəbində “Məni özün bil!” qrant layihəsi çərçivəsində ilk təlim keçirilib.
Təlimin ilk günü 11 yanvar 2025-ci il tarixində fərqli saatlarda olmaqla iki qrupla baş tutmuşdur. Eyni tarixdə 1-ci qrupla təşkil olunan təlimdə 20 nəfər şagird, 2 nəfər Uşaq Birliyi Rəhbəri, 1 nəfər məktəb psixoloqu, 2-ci qrupla təşkil olunan təlimdə isə 22 nəfər şagird, 1 nəfər Uşaq Birliyi Rəhbəri, 2 nəfər məktəb psixoloqu olmaqla cəmi 48 nəfər iştirak etmişdir.
Xatırladırıq ki, "Məni özün bil!" qrant layihəsi Salyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Güləliyeva Elnarə tərəfindən icra olunur. Layihə çərçivəsində hər qrupda 4 təlim olmaqla, ümumilikdə 8 təlimin keçirilməsi nəzərdə tutulub.

01/12/2024

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan
“Məni özün bil!” qrant layihəsinin açılış-təqdimat tədbiri keçirilib.
“Məni özün bil!” layihəsinin açılş-təqdimat tədbirində Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan rayonu üzrə Təhsil sektoru nümayəndələri, layihəyə cəlb olunacaq məktəblərin direkorları, psixoloq və Uşaq Birliyi Təşkilatının rəhbərləri, şagirdlər və digər dəvətlilər iştirak etmişdir.
Layihənin əsas məqsədi 12-15 yaşlı şagirdlərə bullinq haqqında məlumat vermək, şagirdlərin özgüvənini inkişaf etdirmək , empatiya hissini gücləndirməklə zorakılıq halında başqalarına necə dəstək ola biləcəklərini öyrətməkdir.

Layihənin rəhbəri : Elnarə Güləliyeva
Layihənin eksperti: Zeynəb Məmmədli
Layihənin təlimçisi: Araz Babayev





-
C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbi

“Məni özün bil!” qrant layihəsinin açılış-təqdimat tədbiri keçirilib. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant ...
29/11/2024

“Məni özün bil!” qrant layihəsinin açılış-təqdimat tədbiri keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş “Məni özün bil!” layihəsinin açılışında Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Salyan rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, layihəyə cəlb olunacaq məktəblərinin direkorları, psixoloq və Uşaq Birliyi Təşkilatının rəhbərləri, şagirdlər və digər dəvətlilər iştirak etmişdir.
Xatırladırıq ki, layihə Elnarə Güləliyeva tərəfindən icra olunur. Layihənin əsas məqsədi 12-15 yaşlı şagirdlərə bullinq haqqında məlumat vermək, şagirdlərin özgüvənini inkişaf etdirmək , empatiya hissini gücləndirməklə zorakılıq halında başqalarına necə dəstək ola biləcəklərini öyrətməkdir.
“Məni özün bil!” layihəsi çərçivəsində hər qrupa dörd gün, gündə 2 saat olmaqla, ümumilikdə 8 saatlıq təlim keçiriləcək. Təlimlər hər qrupda 15 nəfər - 6, 7 və 8-ci siniflərdə təhsil alan şagird və 3 psixoloq (digər qrupda 3 UBTR) olmaqla 2 qrupla təşkil olunacaqdır.

Address

Azərbaycan
Ssaljany

Website

Alerts

Be the first to know and let us send you an email when Məni özün bil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Məni özün bil:

Shortcuts

Share