16/06/2025
🎉 “Kid-Kod” layihəsinin bağlanış mərasimi keçirildi!
Salyan rayonu, Kərimbəyli kənd tam orta məktəbində reallaşan “Kid-Kod” layihəsi uğurla başa çatdı. Layihə çərçivəsində ibtidai sinif şagirdləri kompütersiz kodlaşdırma ilə tanış oldu, məntiqi və alqoritmik düşüncələrini inkişaf etdirdilər.
🤖 “RoboKids” yarışı ilə 55 şagird bilik və bacarıqlarını nümayiş etdirdi, qaliblər mükafatlandırıldı.
📌 Layihə rəhbəri Zeynəb Məmmədli və digər çıxışçılar təşəbbüsün uğurunu, region üçün əhəmiyyətini vurğuladılar.
Bu layihə sübut etdi ki, texnologiya ilə tanışlıq üçün nə kompüter, nə də yaş həddi maneədir! ✨