Salyan şəh,R.Xudaverdiyev adına 9 saylı uşaq bağçası

Salyan şəh,R.Xudaverdiyev adına 9 saylı uşaq bağçası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salyan şəh,R.Xudaverdiyev adına 9 saylı uşaq bağçası, Day Care, Ssaljany.

23/04/2026
23/04/2026

Azərbaycan-Latviya əməkdaşlığı



Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında formalaşan siyasi və iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla davamlı inkişaf xətti üzrə irəliləyir. Hər iki ölkə fərqli coğrafi regionlarda yerləşməsinə baxmayaraq, strateji baxımdan bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir.

Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərini, bu baxımdan beynəlxalq əhə­miy­yət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə ge­niş şəkildə mü­za­kirə edildiyini, bu əməkdaşlığın çox güclü arealı olduğunu, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haq­qın­da Bəyannamənin hüquqi mühit yaratdığını, münasi­bət­ləri daha geniş siyasi müstəvidə forma­laş­dırdığını xatırladaraq bildirdi ki, “...bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qu­rul­masında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə isteh­salın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən ki­fayət qədər bö­yük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticə­lə­nəcək”.

Hazırda Azərbaycan və Latviya arasında siyasi dialoq yüksək səviyyədə irəliləyir. Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çoxşaxəli münasibətlərimizin inkişafında yeni dövrün əsasının qoyulması kimi dəyərləndirilir.. Dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik".

Perspektiv baxımından Azərbaycan və Latviya arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün hüquqi baza daha da təkmilləşdirilməli, investisiya mühiti təşviq edilməli və biznes dairələri arasında birbaşa əlaqələr genişləndirilməlidir. Eyni zamanda, rəqəmsal iqtisadiyyat və “yaşıl enerji” sahələrində əməkdaşlıq yeni imkanlar açacaqdır.

Səfər zamanı əldə olunan ən praktik və vətəndaşyönümlü razılaşmalardan biri hava uçuşlarının sayının artırılması ilə bağlıdır. Bu addım sadəcə turizmin inkişafına deyil, həm də iş adamlarının gediş-gəlişinin asanlaşmasına, dolayısı ilə iqtisadiyyatın canlanmasına birbaşa təsir göstərəcəkdir.

Azərbaycan ilə Latviya arasında siyasi-iqtisadi münasibətlər müsbət dinamika ilə inkişaf edir və gələcəkdə daha da genişlənmək potensialına malikdir. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə sabitlik və inkişafın möhkəmlənməsinə töhfə verəcəkdir.

Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar yaradacaqdır.



Nəbi İbrahimov,

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri

Şirinlər piknikdə☺️🤗
18/08/2025

Şirinlər piknikdə☺️🤗

18/08/2025
11/07/2025
11iyul 2025_ci il tarixində Salyan Rayonu İcra Hakimiyyətinin, Şirvan - Salyan Regional Təhsil idarəsinin Salyan rayonu ...
11/07/2025

11iyul 2025_ci il tarixində Salyan Rayonu İcra Hakimiyyətinin, Şirvan - Salyan Regional Təhsil idarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, rayon Polis şöbəsinin, Şirvan -Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun və Salyan rayonu Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Salyan şəhər 9 saylı uşaq bağçasında "Konstitusiya və Suverenlik ili" çərçivəsində"Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında "Uşaq hüquqlarının müdafiəsi üzrə" komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan Rayon Polis şöbəsinin Dövlət Yol Polis şöbəsinin baş inspektoru, polis kapitanı İlkin Əhmədov, Şirvan -Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əlişir Əliyev, Mərkəzi Kitabxana Sisteminin müdiri Səidə Əliyeva, 9 saylı uşaq bağcanın müdiri Püstə Hacıyeva, valideynlər, bağçanın tərbiyəçiləri ve uşaqlar iştirak etmişlər. Tədbirdən əvvəl himn oxundu. Sonra çıxışlarda yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulandi, həmçinin yol hərəkəti nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib. Tədbirin gedişatında uşaqlar öz bacarıqlarını nümayiş etdirib, "Yaşlılara yolu keçməkdə necə kömək edək" adlı səhnəcik göstərib, yol nişanları, svetafor barədə şeir və mahnılar səsləndiriblər.

Address

Ssaljany

Website

Alerts

Be the first to know and let us send you an email when Salyan şəh,R.Xudaverdiyev adına 9 saylı uşaq bağçası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category