20/08/2026
Leylanur Gülmalıyeva – Vətənə sevgi ilə başlayan yolun uğurlu nəticəsi!
Leylanur məktəbdə oxuduğu illər ərzində vətənə olan sevgisini və hərbi sahəyə dərin marağını daim nümayiş etdirib. O, məktəbdə keçirilən vətənpərvərlik mövzusunda tədbirlərdə fəal iştirak edib, tez-tez hərbi geyimdə çıxış edərək bu sahəyə olan həvəsini göstərib.
Bu gün onun illərlə formalaşan marağı və əzmi öz bəhrəsini verib — Leylanur Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunub! 🇦🇿
Bu uğur münasibətilə Leylanuru səmimi qəlbdən təbrik edir, ona gələcək hərbi xidmətində və təhsilində uğurlar arzulayırıq. Vətənə sevgi ilə başlayan bu yol daim uğurla davam etsin!