Siyəzən şəhər 6 nömrəli məktəb-lisey

Siyəzən şəhər 6 nömrəli məktəb-lisey Elmi beşikdən qəbrədək öyrənin. Hz. Məhəmməd (s)

01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

https://www.facebook.com/share/p/19KRrE1DJs/
22/07/2026

https://www.facebook.com/share/p/19KRrE1DJs/

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.

Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

https://www.facebook.com/share/p/1BejJBi3kn/?mibextid=wwXIfr
16/07/2026

https://www.facebook.com/share/p/1BejJBi3kn/?mibextid=wwXIfr

Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik.
Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar.

https://www.facebook.com/share/p/1BXYz2n39o/?mibextid=wwXIfr
16/07/2026

https://www.facebook.com/share/p/1BXYz2n39o/?mibextid=wwXIfr

Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək.
Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.
Onu da bildirməliyəm ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir.

https://www.facebook.com/share/p/18yquoJjhz/?mibextid=wwXIfr
16/07/2026

https://www.facebook.com/share/p/18yquoJjhz/?mibextid=wwXIfr

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

https://www.facebook.com/share/p/1EkNGEk1m4/?mibextid=wwXIfr
16/07/2026

https://www.facebook.com/share/p/1EkNGEk1m4/?mibextid=wwXIfr

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.
Prezidentin səfəri sabah Bakıda davam edəcək. Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir.

https://www.facebook.com/share/p/14mcwEhiqMW/?mibextid=wwXIfr
16/07/2026

https://www.facebook.com/share/p/14mcwEhiqMW/?mibextid=wwXIfr

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir.
Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm.
Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.

https://www.facebook.com/share/p/18g4LNDC4s/
15/07/2026

https://www.facebook.com/share/p/18g4LNDC4s/

Prezident İlham Əliyev: "Azərbaycanın artan nüfuzu etibarlı tərəfdaşlıq, güclü iqtisadiyyat və müstəqil siyasətin nəticəsidir"
IV Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyi, regional proseslər, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, xarici siyasət və qlobal çağırışlarla bağlı geniş fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq platformaya çevrilib. Bu il 53 ölkədən 160 nümayəndənin iştirak etdiyi forum son dörd ildə 81 ölkədən 600-ə yaxın media təmsilçisini bir araya gətirib. Prezident forumun əsas məqsədinin qlobal media nümayəndələri arasında dialoqu təşviq etmək, Qarabağda aparılan bərpa və quruculuq işlərini yerində nümayiş etdirmək olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini qeyd edərək bildirib ki, bu uğurun əsasında müasir infrastrukturun yaradılması və qonşu ölkələrlə qarşılıqlı etimada söykənən əməkdaşlıq dayanır. Onun sözlərinə görə, Orta Dəhlizə marağın artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldib.
Enerji təhlükəsizliyi məsələlərinə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda 16 ölkəyə boru kəmərləri vasitəsilə təbii qaz ixrac edir. Bu ildən Almaniya və Avstriyaya qaz tədarükünə başlanıldığını, bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdiyini və 2032-ci ilədək bu sahədə 8 giqavat güc yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
Türkiyə ilə münasibətlərdən danışan Prezident İlham Əliyev iki ölkənin təkcə dost və qardaş deyil, həm də müttəfiq olduğunu vurğulayaraq, Şuşa Bəyannaməsinin bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini bildirib.
Dövlət başçısı Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələnin başlandığını qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini qərəzli adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın səsvermə hüququnun bərpası bu münasibətlərin normallaşmasının əsas şərtidir.
ABŞ ilə əlaqələrə toxunan Prezident İlham Əliyev bildirib ki, Tramp Administrasiyası dövründə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu çərçivədə ticarət, enerji, süni intellekt, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq dərinləşir.
Prezident çıxışında Azərbaycanın artıq "orta güc" kimi qiymətləndirilməsinin təsadüfi olmadığını bildirərək qeyd edib ki, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə etməsi, regional proseslərə təsir imkanları və döyüş meydanında sübut olunmuş müdafiə qabiliyyəti bu statusu şərtləndirən əsas amillərdəndir.
Regional təhlükəsizlikdən danışan dövlət başçısı vurğulayıb ki, Azərbaycan müharibələrin əhatəsində yerləşən mürəkkəb coğrafiyada sülh və sabitliyin tərəfdarıdır. Onun sözlərinə görə, beynəlxalq hüquq istənilən sülh prosesinin əsas platforması olmalı, dövlətlərin suverenliyi və ərazi bütövlüyü mübahisə predmeti olmamalıdır.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vasitəçilik təşəbbüslərində etibarlı tərəfdaş kimi tanındığını, Qoşulmama Hərəkatı, COP29 və digər beynəlxalq platformalarda nümayiş etdirilən konstruktiv siyasətin ölkənin nüfuzunu daha da artırdığını bildirib. O vurğulayıb ki, Azərbaycanın əsas məqsədi müdafiə potensialını gücləndirmək, milli maraqları qorumaq və qarşılıqlı faydaya əsaslanan beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

https://www.facebook.com/share/p/17jxn4GxVD/
15/07/2026

https://www.facebook.com/share/p/17jxn4GxVD/

Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.
Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Address

Siazan'
AZ5300

Alerts

Be the first to know and let us send you an email when Siyəzən şəhər 6 nömrəli məktəb-lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category