Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq

  • Home
  • Azerbaijan
  • Sheki
  • Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq

Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq 14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!Şəki ...
24/03/2025

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!

Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbində Anar Məmmədov tərəfindən icra olunan və Təhsildə inkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə çərçivəsində ümumillikdə 120 nəfər V-VII sinif şagirdləri Azərbaycan dili və ingilis dili biliklərini interaktiv şəkildə inkişaf etdirmək imkanı qazanıblar.

Layihə müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetin 10 tələbəsi tərəfindən təşkil olunan 14 həftə 28 dərs saatənda şagirdlər universitet tələbələri tərəfindən mətnləri anlama və analiz etmə, öz fikirlərini yazılı və şifahi şəkildə ifadə etmə kimi bacarıqları inkişaf etdirdilər. Onlar həmçinin məqalə yazma, təqdimat hazırlama, tənqidi oxu və mətn təhlili kimi sahədə mühüm olan vərdişlərə yiyələndilər.
Bundan əlavə, şagirdlər nitqi anlama, müxtəlif aksentlərə uyğunlaşma və sürətli məlumat emal etmə bacarıqlarını inkişaf etdiriblər. Sürətli oxu və effektiv qeyd aparma metodları isə onların böyük həcmli akademik materialları daha tez və səmərəli mənimsəməsinə kömək edib.
Bağlanış tədbirində layihə çərçivəsində iştirak edən universitet tələbələrinə sertifikat təqdim olunu.

"14 həftə – Təlim Nəticələri Zəif Olan Təhsilalanlarla Xüsusi Proqram Əsasında Hazırlıq" layihəsinin növbəti mərhələsi i...
21/03/2025

"14 həftə – Təlim Nəticələri Zəif Olan Təhsilalanlarla Xüsusi Proqram Əsasında Hazırlıq" layihəsinin növbəti mərhələsi icra olunub

Müsabiqə və müsahibə mərhələsi vasitəsilə seçilmiş 10 nəfər tələbə layihənin təlimatlandırma görüşünə cəlb olunmuşdur. Təcrübə müddətində tələbələrə pedaqoji işin təşkilində peşəkar mentorlar (hər 5 tələbə üçün 1 mentor) yaxından dəstək olmuşdur.

Xatırladaq ki, "14 həftə – Təlim Nəticələri Zəif Olan Təhsilalanlarla Xüsusi Proqram Əsasında Hazırlıq" qrant layihəsi Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Anar Məmmədov tərəfindən həmin məktəbdə icra olunur.

“14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq” layihəsinin açılış mərasimi keç...
20/11/2024

“14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq” layihəsinin açılış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq” layihəsinin açılış mərasimi keçirilib.

Layihənin məqsədi akademik nəticələri aşağı olan məktəbimizin 5-10 cu siniflərində könüllü sonuncu kurs tələbələrinin təcrübə keçmələrini təmin etməklə, pedaqoji ixtisaslı məzunların gələcəkdə rayon və kənd yerlərində yerləşən məktəblərdə çalışmalarına motivasiya vermək və maraq artırmaqla, həm müəllimlər, həm də şagirdlər üçün dəyər yaradaraq, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Xatırladaq ki, “14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq” qrant layihəsi Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbin Təliım -tərbiyə işləri üzrə direktor müavini Anar Məmmədov tərəfindən həmin məktəbdə icra olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsiLayihənin ad...
15/09/2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
Layihənin adı: 14 həftə – təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq
Məktəb: Şəki şəhəri 8 nömrəli beynəlmilər tam orta məktəb
Tarixlər: 01.10.2024 – 01.03.2025

Address

Şəki şəhəri 8 Nömrəli Beynəlmilər Tam Orta Məktəb
Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share