Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi

Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi, School, Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi, Sheki.

🎉 Təbrik edirik! 🎉Məktəbimizin musiqi müəllimi Adıgözəlzadə Tünzalə, müəllimlərin sertifikatlaşdırma imtahanında yüksək ...
18/06/2026

🎉 Təbrik edirik! 🎉

Məktəbimizin musiqi müəllimi Adıgözəlzadə Tünzalə, müəllimlərin sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 52 bal toplamışdır.

Bu uğur münasibətilə Tünzalə müəllimi ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm cansağlığı və peşəkar uğurlar arzulayırıq. 🌹👏

Qazanılan bu nəticə müəllimin peşəkarlığının, zəhmətinin və öz üzərində daim çalışmasının göstəricisidir. Təbriklər! 🎼🎶✨

🎓 "Son zəng" tədbiri keçirildi 🔔13 iyun 2026-cı il tarixində məktəbimizdə məzunlar üçün "Son zəng" tədbiri böyük coşqu v...
14/06/2026

🎓 "Son zəng" tədbiri keçirildi 🔔

13 iyun 2026-cı il tarixində məktəbimizdə məzunlar üçün "Son zəng" tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər.

Məzunlar öz çıxışları ilə müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdilər, məktəb illərinin unudulmaz xatirələrini bölüşdülər. Sonda çalınan son zəng sədası məzunların həyatında yeni bir mərhələnin başlanğıcını simvolizə etdi.

Məzunlarımıza gələcək həyatlarında uğurlar, yeni zirvələr və parlaq gələcək arzulayırıq! 🌹🎓✨

📜 Şagirdlərə təşəkkürnamələr təqdim olunduMəktəbdə şagird davranış qaydalarına nümunəvi şəkildə əməl edən, nizam-intizam...
13/06/2026

📜 Şagirdlərə təşəkkürnamələr təqdim olundu

Məktəbdə şagird davranış qaydalarına nümunəvi şəkildə əməl edən, nizam-intizamı, məsuliyyətli davranışı və məktəbin ictimai həyatında fəal iştirakı ilə fərqlənən şagirdlər təşəkkürnamələrlə təltif olunublar.

Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında müsbət davranış nümunələrinin təşviqi, məsuliyyət hissinin artırılması və sağlam məktəb mühitinin formalaşdırılmasıdır.

Təltif olunan şagirdləri təbrik edir, onlara gələcək təhsillərində uğurlar arzulayırıq. 👏🎓📚

🏐 Şagirdlər arasında voleybol yarışı təşkil olunduMəktəbdə şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tər...
12/06/2026

🏐 Şagirdlər arasında voleybol yarışı təşkil olundu
Məktəbdə şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə voleybol yarışı keçirildi. Yarış zamanı şagirdlər yüksək fəallıq nümayiş etdirərək komandalar arasında maraqlı və gərgin mübarizə apardılar.
Tədbirin sonunda fərqlənən komandalar təbrik olundu, iştirakçılara uğurlar arzulanaraq idmanın əhəmiyyəti bir daha vurğulandı. 🏐👏🏆

🏃‍♂️ Fiziki tərbiyə fənni üzrə normativlər qəbul edildi.🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 Məktəbimizdə fiziki tərbiyə fənni üzrə şagirdlə...
10/06/2026

🏃‍♂️ Fiziki tərbiyə fənni üzrə normativlər qəbul edildi.
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
Məktəbimizdə fiziki tərbiyə fənni üzrə şagirdlərin fiziki hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə normativlər qəbul edilmişdir. Şagirdlər müxtəlif idman hərəkətləri və tapşırıqları yerinə yetirərək öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirmişlər.
Normativlərin keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq, fiziki inkişafını izləmək və idmana olan həvəsini daha da gücləndirməkdir.

📌 Əmək fəaliyyətinə təşəkkür.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Bu gün məktəbimizin əməkdaşı Əliyeva Dilşad Qədim qızı əmə...
10/06/2026

📌 Əmək fəaliyyətinə təşəkkür.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bu gün məktəbimizin əməkdaşı Əliyeva Dilşad Qədim qızı əmək qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çataraq əmək fəaliyyətini başa vurur.
Uzun illər ərzində məktəbimizin fəaliyyətində göstərdiyi məsuliyyətli əməyə, kollektivə verdiyi töhfələrə və səmimi münasibətinə görə Dilşad xanıma dərin təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, xoşbəxtlik və ailə səadəti arzulayırıq. 🌹

📌 İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirildiİnsan Hüquqları Aylığı ilə əlaqədar 2-ci sinifdə sinif müəllimi Ra...
06/06/2026

📌 İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirildi

İnsan Hüquqları Aylığı ilə əlaqədar 2-ci sinifdə sinif müəllimi Ramazanova Xəyalə tərəfindən maarifləndirici tədbir təşkil olunub. Tədbirdə şagirdlərə insan hüquq və azadlıqları, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsi barədə məlumat verilib.

Şagirdlər mövzu ilə bağlı fikir mübadiləsi aparıb, müxtəlif təqdimatlar və çıxışlar edərək öz biliklərini nümayiş etdiriblər. Tədbirin keçirilməsində məqsəd uşaqlarda hüquqi maarifləndirməni artırmaq, onların hüquq və məsuliyyətləri barədə məlumatlılığını formalaşdırmaq olub.

📢 İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilibİnsan Hüquqları Aylığı çərçivəsində məktəbin psixo...
05/06/2026

📢 İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

İnsan Hüquqları Aylığı çərçivəsində məktəbin psixoloqu Sələmə Salamzadə tərəfindən şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub. Tədbirdə insan hüquq və azadlıqları, uşaqların hüquqları, qarşılıqlı hörmət və tolerantlıq mövzularında məlumat verilib, şagirdlərlə fikir mübadiləsi aparılıb.

Tədbirin məqsədi şagirdlərdə hüquqi biliklərin artırılması, öz hüquq və vəzifələrini daha yaxşı dərk etmələri və vətəndaş məsuliyyətinin formalaşdırılması olub. Şagirdlər mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak ediblər. 📚⚖️✨

🟢 Maarifləndirici təlim keçirildiMəktəbin psixoloqu Sələmə Salamzadə tərəfindən  “Korrupsiya savadlılığı” mövzusunda maa...
04/06/2026

🟢 Maarifləndirici təlim keçirildi

Məktəbin psixoloqu Sələmə Salamzadə tərəfindən “Korrupsiya savadlılığı” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsirləri, şəffaflıq və dürüstlük prinsiplərinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. İştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Address

Şəki Rayonu Aydınbulaq Kənd Tam Orta Məktəbi
Sheki

Telephone

+994242439236

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbi:

Shortcuts

Share

Category