Şəki 12 nömrəli tam orta məktəb

Şəki 12 nömrəli tam orta məktəb Şəki şəhər 12 nömrəli tam orta məktəbin rəsmi " Facebook " səhifəsi.

Hörmətli valideynlər və şagirdlər! Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 17 mart 2022- ci il tarixli "Dövlət ümu...
11/08/2026

Hörmətli valideynlər və şagirdlər!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022- ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən 2026/2027-ci tədris ilində də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində 2 nömrəli geyim forması öz qüvvəsində qalır.

Geyim forması aşağıdakı formada təsvir edilir:
✅oğlanlar- ağ köynək, tünd göy rəngli klassik şalvar.
✅qızlar- ağ köynək, tünd göy rəngli ətək və ya tünd göy rəngli klassik şalvar.

Aşağıda qeyd olunan geyim forması və görünüş qəti qadağandır‼️
❌Cins şalvar , cins ətək, idman üslubunda şalvar, rəngli və üzərində müxtəlif printlər əks olunan köynək;
❌Uzun və rəngli dırnaqlar, bəzək əşyaları, kosmetikadan istifadə, açıq , dağınıq yaxud rənglənmiş saçlar(qızlar üçün);
❌Uzun saç və saqqal(oğlanlar üçün);
Qaydalara əməl olunmadığı təqdirdə məktəbin daxili nizam-intizam qaydalarına əsasən müvafiq tədbirlər görüləcək.

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini...
01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi2026–2027-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına  şagird qəbulu ...
26/07/2026

Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbi
2026–2027-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına şagird qəbulu elan edir!

Hörmətli valideynlər!
Övladlarınızın keyfiyyətli təhsil alması üçün sizi Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinə dəvət edirik.

Məktəbimizdə:
Təcrübəli və peşəkar pedaqoji kollektiv;
Müasir tədris şəraiti;
Rahat və təhlükəsiz təhsil mühiti;
Şagirdyönümlü və keyfiyyətli təlim prosesi təmin olunur.

📰 22 iyul Milli Mətbuat Günüdür.“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür...
22/07/2026

📰 22 iyul Milli Mətbuat Günüdür.

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Bu əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿

Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

"Layihə əsaslı öyrənmə" mövzusunda metodiki görüş keçirilib------İyunun 22-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil ...
22/06/2026

"Layihə əsaslı öyrənmə" mövzusunda metodiki görüş keçirilib
------
İyunun 22-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində metodist Samir Hacıyevin təşkilatçılığı ilə "Layihə əsaslı öyrənmə" mövzusunda metodiki görüş keçirilib. Görüşdə aparıcı metodist Gülnar Əliheydərova iştirak edib.

Görüş zamanı layihə əsaslı öyrənmənin mahiyyəti, tədris prosesində tətbiqi yolları, şagirdlərdə tədqiqatçılıq, əməkdaşlıq, problem həll etmə və yaradıcı düşünmə bacarıqlarının formalaşdırılmasındakı rolu haqqında ətraflı məlumat verilib. Müasir təhsil yanaşmalarından biri olan layihə əsaslı öyrənmənin təlimin keyfiyyətinin artırılmasına və şagirdlərin fəal öyrənən kimi formalaşmasına verdiyi töhfələr müzakirə olunub.

Metodiki görüş iştirakçılar arasında fikir mübadiləsi və qarşılıqlı müzakirələrlə davam edib. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyələr verilib.

Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Məmmədova Dürdanə Məmmədemin qızı təhsil...
19/06/2026

Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Məmmədova Dürdanə Məmmədemin qızı təhsilverənlərin sertifikasiyası prosesində təsviri incəsənət fənnindən 56 bal toplayıb.

Müəllimimizi bu uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

“Son Zəng” tədbiri keçirilib--------İyunun 13-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədri...
13/06/2026

“Son Zəng” tədbiri keçirilib
--------

İyunun 13-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması və XI sinif şagirdlərinin məktəb həyatı ilə vidalaşması münasibətilə “Son Zəng” tədbiri keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rasim Həsənov, Şəki Təhsil sektorunun nümayəndəsi Fidan Paşazadə iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Çıxış edənlər məzunları məktəb həyatını uğurla başa çatması münasibətilə təbrik edib, onlara qarşıdakı imtahanlarda və müstəqil həyat yollarında uğurlar arzulayıblar. Son Zəng tədbiri şagirdlərin bədii çıxışları, musiqi nömrələri və 11-ci sinif məzunlarının hazırladıqları təqdimatlarla davam edib.

Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun!

Pedaqoji Şura iclası keçirilib. İyunun 11-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində, tədris ilinin yekunla...
12/06/2026

Pedaqoji Şura iclası keçirilib.

İyunun 11-də Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində, tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.

İclası giriş sözü ilə açan məktəbin direktoru İntizar Abdullayeva tədris ili ərzində görülmüş işlər, cari tədris ilində şagirdlərin təlim naliyyətlərinə görə sinifdən- sinifə keçirilməsi, məktəbin Keyfiyyət Planının icra vəziyyəti, aparılmış monitorinqlər, BSQ və KSQ-lərin nəticələri barədə ətraflı məlumat vermişdir. Tədris ili üzrə tədrisin keyfiyyət göstəriciləri təhlil olunmuş, müsbət nəticələr və inkişaf etdirilməsi zəruri olan istiqamətlər diqqətə çatdırılmışdır.

Daha sonra məkəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhruz Musayev tərəfindən tədris ili ərzində keçirilmiş monitorinqlərin nəticələri təqdim edilmiş, əldə olunan göstəricilər əsasında müəllimlər qarşısında konkret hədəflər və inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Sonda Pedaqoji Şura tərəfindən müvafiq qərarlar qəbul edilmiş, növbəti tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilərək müəllimlərə konkret tapşırıqlar verilmişdir.


Address

Sheki

Telephone

2447563

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki 12 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəki 12 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category