25/04/2023
24.04.2024-cü il tarixdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olmuş "Mikro:bit-balaca mühəndislər" adlı fərdi layihənin yekun dərs və bağlanış mərasimi keçirildi. Tədbirdə layihə rəhbəri 18 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı və tarix müəllimi Anar İlyas oğlu Məmmədov, məktəbin psixoloqu Arzu Məmməd qızı Məmmədova, təlimçi müəllim Aysel İman Qızı Həşimzadə və təlimdə iştirak edən şagirdlər iştirak etmişlər. Layihə rəhbəri şagirdlərə layihənin nəticələri haqqında məlumat vermiş, məktəb psixoloqu Arzu müəllim və təlimçi müəllim Aysel müəllimdə təlimlə bağlı əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir. Sonda layihədə iştirak edən şagirdlərə Sertifikatlar verildi.
Layihənin 8 ay ərzində uğurlu fəaliyyətinə görə layihənin eksperti Etiram Sadıqzadə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm.