Cəfərabad kənd tam orta ümumtəhsil məktəbi

Cəfərabad kənd tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cəfərabad kənd tam orta ümumtəhsil məktəbi, School, Şəki rayonu Cəfərabad kəndi, Sheki.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Son Zəng tədbiri keçirilib.Cəfərabad kənd tam orta ümumtəhsil ...
13/06/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Son Zəng tədbiri keçirilib.

Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində ənənəvi Son Zəng tədbiri böyük sevinc və həyəcanla qeyd olunub. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
Məzunlar məktəb illərinin unudulmaz xatirələrini yada salaraq müəllimlərinə göstərdikləri zəhmət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Tədbir zamanı şagirdlərin hazırladığı şeirlər, musiqi nömrələri və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Son zəngin sədaları altında məzunlar məktəb həyatına vida edərək gələcəyə doğru ilk addımlarını atıblar. Bu əlamətdar gün hər bir məzun üçün yeni ümidlərin, böyük hədəflərin və uğurlu gələcəyin başlanğıcı kimi yadda qalıb.
Məzunlarımıza gələcək həyatlarında uğurlar, sağlamlıq və yeni nailiyyətlər arzulayırıq. Qoy onların yolu daim işıqlı, arzuları isə gerçək olsun.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində şagirdlər arasında sağlam ruhun yüksəldilməsi və idman vərdişl...
09/06/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində şagirdlər arasında sağlam ruhun yüksəldilməsi və idman vərdişlərinin artırılması məqsədi ilə Fiziki tərbiyə müəllimi Tehran Məsimovun təşkilatçılığı ilə voleybol yarışı keçirilmişdir.

Milli-mənəvi dəyərlərimiz və Şəhərsalma-Memarlıq İlinə həsr olunmuş ekskursiya təşkil olunubCəfərabad kənd tam orta ümum...
09/06/2026

Milli-mənəvi dəyərlərimiz və Şəhərsalma-Memarlıq İlinə həsr olunmuş ekskursiya təşkil olunub
Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, tariximizi və mədəni irsimizi daha yaxından tanımaları məqsədilə maarifləndirici ekskursiya təşkil olunmuşdur. Tədbir məktəbin müəllimləri Tərlan müəllim, Könül müəllimə və Nargül müəllimənin təşkilatçılığı ilə həyata keçirilmiş, ekskursiyada 5–6-cı sinif şagirdləri iştirak etmişlər.
Ekskursiya çərçivəsində şagirdlər xalqımızın zəngin tarixi, milli-mənəvi dəyərləri, adət-ənənələri və mədəni irsi haqqında ətraflı məlumat əldə etmiş, bu dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə maarifləndirilmişlər. Eyni zamanda, ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar olaraq Azərbaycan memarlığının inkişaf mərhələləri, tarixi abidələrimiz və müasir şəhərsalma layihələri haqqında məlumatlar təqdim edilmişdir.
Şagirdlər ekskursiya zamanı gördükləri tarixi və memarlıq nümunələri ilə yaxından tanış olmuş, ölkəmizin mədəni irsinin zənginliyini bir daha hiss etmişlər. Tədbir onların dünyagörüşünün genişlənməsinə, vətənpərvərlik ruhunun möhkəmlənməsinə və milli dəyərlərimizə maraqlarının artmasına müsbət təsir göstərmişdir.
Belə maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərin həm tarixi-mədəni irsimizi dərindən öyrənməsinə, həm də ölkəmizin müasir inkişafı haqqında daha dolğun təsəvvür formalaşdırmasına xidmət edir. Cəfərabad kənd tam orta ümumtəhsil məktəbi bundan sonra da şagirdlərin hərtərəfli inkişafına yönəlmiş tədbirlərin təşkilini davam etdirəcəkdir.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Psixoloq Aynur Əhmədovanın  təşkilatçılığı  ,fənn müəllimləri ...
03/06/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Psixoloq Aynur Əhmədovanın təşkilatçılığı ,fənn müəllimləri Sadıqov Səbuhi,İgəndərov Tərlan müəllimin və Uşaq Birliyi Təşkilatı Rəhbəri K.iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə maarifləndirici söhbətlər aparılmış ,videorolik nümayiş etdirildi və şagirdlər tərəfindən maraqla izlənildi.
Tədbirin əsas məqsədi şagirdlərdə insan hüquq və azadlıqları haqqında biliklərin artırılması idi.Çıxışlar zamanı hər bir insanın bərabər hüquqlara malik olduğu vurğulandı.
Şagirdlər hüquq və vəzifələr barədə məlumatlandırıldılar.
Mövzu ilə şagirdlərlə müzakirələr təşkil edildi.
Tədbirdə qarşılıqlı hörmət və ədalət prinsiplərinin əhəmiyyəti qeyd oıundu.
İnsan hüquqlarının qorunmasının cəmiyyətin əsas inkişafında mühüm rol oynadığı bildirildi.
Sonda şagirdlərə hüquqlarını bilməyin və başqalarının hüquqlarına hörmət etməyin vacibliyi tövsüyə olundu.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində "Şəhərsalma və  Memarlıq ili" çərçivəsində maarifləndirici təd...
03/06/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində maarifləndirici tədbir keçirildi.
Məktəbin VIII sinfində "Şəhərsalma və Memarlıq ilinə həsr olunmuş tədbirdə şagirdlərə şəhərsalmanın əhəmiyyəti,müasir şəhərlərin planlaşdırılması,yaşıllıq sahələrinin qorunması,tarixi mədəni irsin mühafizəsi və memarlığın cəmiyyətin inkişafındakı rolu haqqında məlumat verildi.Məqsəd şagirdlərdə Azərbaycanın qədim şəhərsalma və memarlıq irsi haqqında məlumat formalaşdırmaq,milli memarlıq nümunələrinin tarixi əhəmiyyətini diqqətə çatdırmaq olmuşdur.
Tədbirdə məktəbinTəlim tərbiyə işləri üzrə müavini S.Sadıqov,uşaqlarla sinifdənxaric tərbiyə işləri üzrə müavin R.Qurbanov,Uşaq Birliyi Təşkilatı Rəhbəri K.Süleymanova və psixoloq A.Əhmədova iştirak etdi.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir...
02/06/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib,rəqslər edərək bayram sevinclərini bölüşdülər.Uşaqların xoşbəxt gülüşləri və yüksək əhval-ruhiyyəsi tədbirə xüsusi rəng qatırdı.
Uşaq olmaq yaşla deyil,qəlblə ölçülür.Bu gün-saf düşüncələrin,təmiz niyyətlərin,səmimi gülüşlərin bayramıdır.Uşaqların sevinci heç vaxt solmasın,dünyamız onların gözündəki kimi rəngli və ümidli qalsın.Hər bir körpəyə sağlam,xoşbəxt gələcək və içində uşaq qalan hər kəsə gülüş dolu həyat arzu edirik.

Şəki rayonu  Cəfərabad  kənd  tam orta  ümumtəhsil  məktəbində "İnsan hüquqları aylığı"çərçivəsində  "Uşaqların hüquqlar...
27/05/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində "İnsan hüquqları aylığı"çərçivəsində "Uşaqların hüquqlarına" həsr olunmuş seminar təşkil olundu.
Seminarda uşaqların əsas hüquqları bərasində ətraflı məlumat verildi.
Seminar çərçivəsində uşaqların hüquqlarını əks etdirən videoçarx nümayiş etdirildi.
Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı və maraqlandırılan suallar cavablandırıldı.
Seminar iştiralçıları təlim-tərbiyə işləri üzrə direktor müavini Sadıqov Səbuhi müəllim və UBTR Süleymanova Könül müəllim uşaqların hüquqlarının qorunmasının hər bir insanın borcu olduğunu bildirdilər.

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində 28 may-Müstəqillik Günü münasibətilə Uşaq Birliyi Təşkilatı Rə...
26/05/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində 28 may-Müstəqillik Günü münasibətilə Uşaq Birliyi Təşkilatı Rəhbəri Könül Süleymanovanın təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirdə məktəbin direktor müavini S.Sadıqov çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyəti,xalqımızın dövlətçilik tarixindəki rolu və müstəqilliyimizin əhəmiyyətindən bəhs etdi.Sonra məktəbin şagirdləri tərəfindən 28 maya həsr olunmuş şeirlər səsləndirildi,musiqilər ifa edildi.Həmçinin müstəqilliyimizə həsr olunmuş videoçarx nümayiş etdirildi.Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun,milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılıq hissinin gücləndirilməsi olmuşdur.

25/05/2026
Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombu...
25/05/2026

Şəki rayonu Cəfərabad kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) tərəfindən 18 may-18 iyun 2026-cı il tarixlərinin ölkəmizdə ənənəvi olaraq "İnsan Hüquqları Aylığı" elan edilməsi ilə əlaqədar olaraq Uşaq Birliyi Təşkilatı Rəhbəri Könül Süleymanovanın təşkilatçılığı ilə "Bərabərlik və ədalət" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə iştirak edən şagirdlərə bildirilmişdir ki,"İnsan Hüquqları Aylığı"nın əsas məqsədi insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, hüquq düşüncə və hüquq mədəniyyətinin inkişaf etdirilməsi,eləcə də cəmiyyətin bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.Şagirdlər mövzu ətrafında öz fikirlərini bölüşmüş,hüquq və vəzifələri barədə məlumatlarını genişləndirmişlər. Həmçinin tədbirdə iştirak edən təlim tərbiyə işləri üzrə direktor müavini S.Sadıqov və psixoloq A.Əhmədova da şagirdlərə lazımi məlumatlar vermiş,tədbir qarşılıqlı müzakirələr şəraitində maraqlı və fəal şəkildə davam etmişdir.

Address

Şəki Rayonu Cəfərabad Kəndi
Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Cəfərabad kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category