Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbi

Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbi, Education, Separadi.

2025-ci ili müəllim və texniki heyətimizlə birlikdə keçirilən son iclasla uğurla yekunlaşdırdıq. Hər birinə peşə fəaliyy...
30/12/2025

2025-ci ili müəllim və texniki heyətimizlə birlikdə keçirilən son iclasla uğurla yekunlaşdırdıq. Hər birinə peşə fəaliyyətində yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Lənkəranda “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” keçirilibDekabrın 24-də Lənkəran şəhər Mədəniyyət ...
24/12/2025

Lənkəranda “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” keçirilib
Dekabrın 24-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Region gənclərinin və idmançılarının II həmrəylik forumu” təşkil olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, eləcə də region gəncləri, idmançılar və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində bir sıra gənc və idmançılar uğurlarına görə təltif olunublar. Təltif edilənlər arasında məktəbimizin müəllimi, əməkdar məşqçi Baba Rzayev, məktəbimizin ötən tədris ilinin məzunu, U17 Avropa çempionu Ruslan Əlizadə, məktəbin 8-ci sinif şagirdi, U15 Avropa çempionu Elgün Kərimli, eləcə də 11-ci sinif şagirdi, “Əlaçı” televiziya verilişinin qalibi Hüseyn Kazımov yer alıblar.
Məktəb kollektivi olaraq bütün təltif olunanları təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Separadi kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi K.Məhəbbət tərəfindən Azərbaycan təsviri incəsən...
15/12/2025

Separadi kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi K.Məhəbbət tərəfindən Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş
“Azərbaycan rəngkarlığında Səttar Bəhlulzadənin yeri” mövzusunda maarifləndirici təqdimat keçirilmişdir.

Tədbir çərçivəsində şagirdlərə rəssamın həyat yolu, yaradıcılıq üslubu, Azərbaycan təbiətinə və milli ruhuna verdiyi bənzərsiz töhfələr barədə ətraflı məlumat verilmiş, əsərlərindən seçmələr nümayiş etdirilmişdir. Təqdimatın əsas məqsədi şagirdlərin milli təsviri incəsənətə marağını artırmaq, onları Səttar Bəhlulzadənin zəngin yaradıcılığı ilə yaxından tanış etmək olmuşdur.

“Səttar Bəhlulzadə ilə tanışlıq” mövzusu şagirdlərdə böyük maraq doğurmuş, müzakirələr zamanı onun rəngkarlıq məktəbində tutduğu xüsusi yer və sənətkarlıq xüsusiyyətləri vurğulanmışdır. Təqdimat şagirdlərin estetik zövqünün formalaşmasına və milli-mədəni irsimizin təbliğinə xidmət etmişdir.



11/12/2025

12 dekabr — Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Onun dövlətçilik irsi və xalqımıza xidmətləri hər zaman böyük hörmətlə xatırlanır.

Separadi kənd tam orta ümumtəhsil məktəbində “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi davam edir.Elm və Təhsil Nazirli...
09/12/2025

Separadi kənd tam orta ümumtəhsil məktəbində “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi davam edir.

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin dekabr ayına düşən “Yarış” mərhələsi hazırda Separadi kənd tam orta ümumtəhsil məktəbində aktiv şəkildə icra olunur.

Bu mərhələ cari tədris ilində ümumilikdə 4 dəfə olmaqla məktəb üzrə koordinator Ülviyyə Əliyevanın rəhbərliyi və nəzarəti ilə həyata keçirilir. Mərhələ tamamlandıqdan sonra nəticələr respublika, regional təhsil idarələri və məktəb üzrə ayrıca açıqlanacaq.

Müsabiqə bu il 3 və 4-cü sinif şagirdlərini əhatə edir. Onlar topladıqları ballar əsasında sıralanacaq və ən yüksək nəticə göstərən 450 şagird 2026-cı ilin iyun ayında təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Bu layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu vərdişlərini gücləndirmək və şagirdləri kompüter əsaslı qiymətləndirmə mühiti ilə tanış etməkdir.

Şagirdlərimizə uğurlar arzulayırıq!

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə məktəb kitabxanasında ...
05/12/2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə məktəb kitabxanasında tədbir keçirildi. Məktəbin psixoloqu T. Səlimova və kitabxana müdiri A. Qurbanovanın təşkilatçılığı ilə baş tutan tədbirdə 6a, 7a və 7b sinif şagirdləri iştirak ediblər.
Şagirdlər şeirlər, mahnılar, şüarlar və könüllülük dəyərlərini əks etdirən çıxışlarla həm Konstitusiyamızın mahiyyətini, həm də gənclərin cəmiyyətdə fəal vətəndaş kimi rolunu vurğulayıblar.

ℹ️Reproduktiv sağlamlıqSinif: 8bMövzu: Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır Müəllim: M.Nuranə
04/12/2025

ℹ️Reproduktiv sağlamlıq

Sinif: 8b

Mövzu: Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır

Müəllim: M.Nuranə


Bəxtiyar Vahabzadə – 100Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və...
01/12/2025

Bəxtiyar Vahabzadə – 100

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə məktəbimizin kitabxanasında onun yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. Tədbirdə məktəbin təşkilatçısı Ş.Əzimova, kitabxana müdiri A.Qurbanova, Azərbaycan dili və ədəbiyyat müəllimləri C.Fətullayev və R.Davudova iştirak ediblər.

Gecədə şagirdlər Bəxtiyar Vahabzadənin seçilmiş əsərlərini səsləndirərək onun həyat və yaradıcılığı ilə bağlı biliklərini paylaşdılar. Şeirlərin təsirli ifası, şagirdlərin maraqlı çıxışları və tədbirin səmimi atmosferi gecəyə xüsusi ruh qatdı.

Belə tədbirlər şagirdlərin ədəbiyyata olan marağını artırır, milli-mənəvi dəyərlərimizlə bağlı biliklərini zənginləşdirir və məktəb həyatını daha rəngarəng edir.


Separadi kənd tam orta ümumtəhsil məktəbində “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin açılışı...
25/11/2025

Separadi kənd tam orta ümumtəhsil məktəbində “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin açılışı keçirilib.

24 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi olan, məktəbimizin musiqi müəllimi Seyranə Dosduzadənin rəhbərlik etdiyi “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin açılış tədbiri yüksək səviyyədə təşkil olunub.

Açılış mərasimi Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində baş tutub. Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Ağamməd Şənmədov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi Anaxanım Bağırzadə, Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Rəqsanə Abdullayeva, eləcə də digər ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllim və şagirdləri, mətbuat nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbir layihənin məqsədləri, gözlənilən nəticələr və məktəblilər arasında milli rəqslərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətində məktəbimizdə maariflə...
21/11/2025

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətində məktəbimizdə maarifləndirici görüş təşkil olundu. Görüş məktəbin psixoloqu Tamila Səlimova tərəfindən yuxarı sinif şagirdləri ilə aparılıb.
Söhbət zamanı təhsildən yayınmanın səbəbləri, bu halların erkən aşkar olunmasının əhəmiyyəti və davamiyyətin şagirdin gələcək inkişafındakı rolu geniş şəkildə izah edilib. Psixoloq şagirdlərə tədrisdən geri qalmamağın, şəxsi məsuliyyət və intizamın gündəlik həyatdakı təsiri, həmçinin sosial mühitin təhsil motivasiyasına olan rolu barədə məlumat verib.
Şagirdlər mövzuyla bağlı öz düşüncələrini bölüşərək qarşılaşdıqları çətinliklər barədə danışıb, müvafiq psixoloji və motivasiyaedici tövsiyələr alıblar. Söhbət həm nəzəri, həm də praktik istiqamətdə aparılaraq şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Address

Separadi

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran rayonu Separadi kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category