P4P - PIRLS ibtidai siniflərdə

P4P - PIRLS ibtidai siniflərdə Təhsildə inkişaf və innovasiyar üzrə IX qrant müsabiqəsinin qalib layihəsi

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində valideyn modulu üzrə 2-ci seminarLayihə çərçivəsində valideyn...
09/05/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində valideyn modulu üzrə 2-ci seminar

Layihə çərçivəsində valideynlər üçün təşkil olunan 2-ci seminar “Oxuduğunu başa düşməyə dəstək yolları” mövzusuna həsr olundu. Seminar zamanı valideynlər uşaqların mətnləri daha yaxşı anlamasına və oxuyub-anlama bacarıqlarının inkişafına dəstək olan praktik üsullarla tanış oldular.

Görüş zamanı:
🔹 Oxudan əvvəl, oxu zamanı və oxudan sonra tətbiq edilən dəstək strategiyaları,
🔹 Uşağın mətn üzrə fikir bildirməsi və nəticə çıxarmasına kömək edən suallar,
🔹 Mətn daxilində hadisə, personaj və ideyalar arasında əlaqə qurma yolları,
🔹 Oxuduğunu danışmaq, müzakirə etmək və şəxsi fikirlə əlaqələndirmək üsulları,
🔹 Valideyn və müəllimin birgə rolunun əhəmiyyəti haqqında müzakirələr aparıldı.

Seminar valideynlərə uşaqlarda düşünərək oxuma, analiz etmə və mətnin mənasını dərk etmə bacarıqlarını inkişaf etdirmək üçün faydalı yanaşmalar təqdim etdi.

📖 Oxumaq sadəcə sözləri tanımaq deyil, dünyanı anlamaqdır.

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 8-ci təlim günüLayihə çərçivəsində keçirilən 8...
09/05/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 8-ci təlim günü

Layihə çərçivəsində keçirilən 8-ci təlim günü qrafiklər, şəkillər və başlıqlardan istifadə edərək mətnin mənasını anlama mövzusuna həsr olundu. Təlim zamanı şagirdlər müxtəlif vizual materiallar əsasında məlumat toplama və nəticə çıxarma bacarıqları üzərində çalışdılar.

Dərs zamanı şagirdlər:
🔹 Başlıq və altbaşlıqlardan istifadə edərək mətnin mövzusunu müəyyən etməyi,
🔹 Qrafik və cədvəllərdən əsas məlumatları seçməyi,
🔹 Mətn, şəkil və vizual məlumatlar arasında əlaqə qurmağı,
🔹 Oxuduqları məlumat əsasında nəticə çıxarma və fikir yürütməyi öyrəndilər.

Praktik tapşırıqlar və interaktiv fəaliyyətlər şagirdlərin vizual savadlılıq, diqqətli oxu və məlumatı analiz etmə bacarıqlarının inkişafına mühüm dəstək oldu.

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 7-ci təlim günüLayihə çərçivəsində keçirilən 7...
09/05/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 7-ci təlim günü

Layihə çərçivəsində keçirilən 7-ci təlim günü mətnə münasibət bildirmək və şəxsi fikri əsaslandırmaq mövzusuna həsr olundu. Təlim zamanı şagirdlər oxuduqları mətnə münasibət bildirməyi, fikirlərini mətnə əsaslanaraq ifadə etməyi və arqumentlərlə əsaslandırmağı öyrəndilər.

Dərs zamanı şagirdlər:
🔹 Mətnin əsas ideyasını müəyyən etməyi,
🔹 Oxuduqları hadisə və obrazlara münasibət bildirməyi,
🔹 “Niyə belə düşünürəm?” sualı əsasında fikirlərini əsaslandırmağı,
🔹 Mətnə uyğun nümunələr gətirərək öz fikirlərini ifadə etməyi məşq etdilər.

İnteraktiv müzakirələr və praktik tapşırıqlar şagirdlərin tənqidi düşünmə, öz fikrini sərbəst ifadə etmə və mətnlə əlaqəli arqument qurma bacarıqlarının inkişafına kömək etdi.

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 6-cı təlim günüLayihə çərçivəsində keçirilən 6...
09/05/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 6-cı təlim günü

Layihə çərçivəsində keçirilən 6-cı təlim günü yeni sözlərin mənasını mətndən təxmin etmək mövzusuna həsr olundu. Təlim zamanı şagirdlər mətn daxilindəki ipuclarından istifadə edərək tanımadıqları sözlərin mənasını anlama bacarıqları üzərində çalışdılar.

Dərs zamanı şagirdlər:
🔹 Cümlənin ümumi mənasına əsaslanaraq yeni sözlərin mənasını müəyyən etməyi,
🔹 Mətn daxilində verilən sözlər üçün qarşılıq və sinonimlər tapmağı,
🔹 Ətraf sözlər və hadisələrdən istifadə edərək məna çıxarmağı,
🔹 Oxuduqları mətn üzrə suallara cavab vermə və fikir yürütmə bacarıqlarını inkişaf etdirdilər.

Praktik tapşırıqlar, mətn nümunələri və interaktiv fəaliyyətlər şagirdlərin söz ehtiyatının zənginləşməsinə, diqqətli oxu və mətnin mənasını dərindən anlama bacarıqlarının inkişafına dəstək oldu.

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 5-ci təlim günüLayihə çərçivəsində keçirilən 5...
09/05/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 5-ci təlim günü

Layihə çərçivəsində keçirilən 5-ci təlim günü mətnlərdə hadisələrin xronoloji düzülüşünü sıralamaq mövzusuna həsr olundu. Təlim zamanı şagirdlər hadisələrin məntiqi ardıcıllığını müəyyənləşdirmə və mətn üzrə düşünərək nəticə çıxarma bacarıqları üzərində çalışdılar.

Dərs zamanı şagirdlər:
🔹 Mətnlərdə hadisələrin baş vermə ardıcıllığını müəyyən etməyi,
🔹 “Əvvəl nə oldu?”, “Sonra nə baş verdi?” kimi suallar əsasında mətnin məzmununu təhlil etməyi,
🔹 Hadisələri düzgün sıralayaraq mətnin ümumi məntiqini anlamağı,
🔹 Oxuduqları məlumat əsasında suallara cavab vermə və nəticə çıxarma bacarıqlarını inkişaf etdirdilər.

İnteraktiv tapşırıqlar, şəkilli fəaliyyətlər və müzakirələr şagirdlərin diqqətini, analiz etmə və oxuyub-anlama bacarıqlarını daha da gücləndirdi.

20/04/2026
16/03/2026

Layihə çərçivəsində şagird modulu üzrə davam edən təlimlərdən

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 4-cü təlim günüLayihə çərçivəsində şagirdlər ü...
16/03/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 4-cü təlim günü

Layihə çərçivəsində şagirdlər üçün keçirilən 4-cü təlim günü mətnlərdə personajların xüsusiyyətlərini müəyyən etmə mövzusuna həsr olundu. Təlim zamanı şagirdlər mətnlərdəki obrazları daha dərindən anlamaq və onların davranışlarını təhlil etmək üzərində çalışdılar.

Təlim zamanı şagirdlər:
🔹 Personajların davranış və əməllərinə diqqət yetirməyi,
🔹 Obrazların danışıq tərzi və nitqi vasitəsilə xarakterlərini müəyyən etməyi,
🔹 Personajların digər obrazlarla münasibətlərini analiz etməyi,
🔹 Mətn əsasında obrazların xüsusiyyətləri haqqında mülahizə yürütməyi öyrəndilər.

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 3-cü təlim günüLayihə çərçivəsində şagirdlər ü...
16/03/2026

P4P – PIRLS ibtidai siniflərdə qrant layihəsi çərçivəsində şagirdlər üçün 3-cü təlim günü

Layihə çərçivəsində şagirdlər üçün keçirilən 3-cü təlim günü mətn üzrə suallara düzgün cavab vermə bacarıqlarının inkişaf etdirilməsi mövzusuna həsr olundu.

Təlim zamanı şagirdlər:
🔹 Mətnin məzmununu diqqətlə oxuyaraq məlumatları müəyyənləşdirməyi,
🔹 Mətnə əsaslanaraq doğru və yanlış fikirləri ayırd etməyi,
🔹 Hadisələr arasındakı səbəb–nəticə əlaqələrini müəyyən etməyi,
🔹 Mətn əsasında problem və onun həlli yollarını tapmağı,
🔹 Fakt və ehtimalı fərqləndirməyi öyrəndilər.

Address

Abşeron
Saray

Website

Alerts

Be the first to know and let us send you an email when P4P - PIRLS ibtidai siniflərdə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category