Parça Xələc tam orta məktəb

Parça Xələc tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Parça Xələc tam orta məktəb, School, Salyan.

Məktəbimizin VIIIa sinif şagirdi Bünyətli Ömər Arif oğlu 24.08.2026-cı il tarixində keçirilmiş cüdo idman növü üzrə Saly...
25/08/2026

Məktəbimizin VIIIa sinif şagirdi Bünyətli Ömər Arif oğlu 24.08.2026-cı il tarixində keçirilmiş cüdo idman növü üzrə Salyan rayon turnirində yüksək nəticə göstərərək I yerə layiq görülmüşdür. Şagirdimizi bu nailiyyət münasibətilə təbrik edir,gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

24/08/2026

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir
------
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu müsabiqəsi elan edilir.
Müsabiqə iki mərhələdən (seçim və müsahibə) ibarət olacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 avqust 2026-cı il saat 15:00 - 27 avqust 2026-cı il saat 15:00 tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
https://forms.gle/76ArdnDzaTpLYFgw5
Müsabiqədə iştirak etmək üçün namizəd paylaşılmış elanda qeyd edilən məlumat linkinə daxil olaraq vakant müəssisələrlə tanış olur, daha sonra müraciət linkinə keçid edərək işə qəbul üzrə vakant yerləri seçməklə qeydiyyatdan keçir. Müraciət zamanı aşağıdakı sənədlər müvafiq rayonlar üzrə təhsil sektorlarına təqdim edilməlidir:
- namizədin ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- namizədin əmək kitabçasının surəti.
Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
https://docs.google.com/spreadsheets/d/1ZZWJXahL-55Cgsa_isiGlLvRO5wfX6T-/edit?gid=1571933316 =1571933316
Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
• pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
• 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
• təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
• digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.
Namizədin məlumatları yoxlanılır və namizədin əlaqə nömrəsinə ərizəsinin qəbul edilib-edilməməsinə dair mesajlar göndərilir. Ərizəsi müsbət qəbul edilmiş namizədlərlə müsahibə həyata keçirilir.
Namizədlərin müsahibə mərhələsinə dəvəti aşağıdakı ardıcıllıq əsasında aparılır:
• vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;
• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimləri;
• müvafiq tələblərə cavab verən digər şəxslər.
Bir vakant yer üzrə iki və daha artıq sayda eyni nəticə göstərmiş namizəd seçildikdə aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
• təhsilverənlərin sertifikatlaşdırılmasının və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində daha yüksək nəticə göstərən;
• pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsinə malik olan;
• pedaqoji staj müddəti daha çox olan;
• daha əvvəl rəhbər vəzifədə işləyən və ya rəhbər vəzifədə stajı daha çox olan.
Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

14/08/2026
11/08/2026
11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

11/08/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-kargüzar, laborant, internat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi və digər) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. KİTABXANA MÜDİRİ - https://forms.gle/EGCrkHmBKWZ2N2vg8
2. TƏSƏRRÜFAT MÜDİRİ - https://forms.gle/2evmZeqVGfAHWuHq7
3. TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ - https://forms.gle/e7SMitXZjXWLupYy5
4. LABORANT - https://forms.gle/ZNYiE4tf6qadrzem7
5. PSİXOLOQ - https://forms.gle/DMBVKdn29Wsdw5oi9
6. GƏNCLƏRİN ÇAĞRIŞAQƏDƏRKİ HAZIRLIĞI RƏHBƏR - https://forms.gle/4mZNhEio71MtwK718
7. UŞAQ BİRLİYİ TƏŞKİLATI RƏHBƏRİ - https://forms.gle/ujKTcpyLsxYdQ57D9
8. KİTABXANAÇI - https://forms.gle/ZPwSyLRWo85jGhxY7
9. KATİBƏ-KARGÜZAR - https://forms.gle/jpzdgi7x96F6dTbY7
10. İNTERNAT TİPLİ ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏRBİYƏÇİ - https://forms.gle/vDdZjjyVq5rC7RUa9

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz:
https://docs.google.com/presentation/d/1SDdb-cihLDfRsiPi0dIOasXrXsUbyHml/edit?slide=id.p4 =id.p4

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.:
https://docs.google.com/spreadsheets/d/1TF-gpzZfrisuw1HPGS2dJ76XUTIpFgrs/edit?gid=1263001859 =1263001859

Namizədlər qeydiyyatdan keçdikdən sonra daxil etdikləri məlumatları təsdiq edən sənədləri (şəxsiyyəti təsdiq edən sənədin surəti, təhsil haqqında sənədin surəti, şəhid ailəsi üzvü olduqda müvafiq vəsiqənin surəti, əmək fəaliyyəti olduqda əmək kitabçasının surəti və s.) rayon təhsil sektorlarında yaradılmış müvafiq komissiyaya 14 avqust 2026-cı il, saat 18:00-dək təqdim etməlidirlər. Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv edilir.

Qeydiyyat və sənədlərin qəbulu 08–14 avqust 2026-cı il, saat 18:00-dək aparılacaq.

İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələrə SMS vasitəsilə göndəriləcək, həmçinin İdarənin rəsmi “Facebook” səhifəsində məlumat veriləcəkdir.

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:

vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.

Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.

Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.

Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:

müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.

Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

10/08/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə 10 avqust 2026-cı il tarixindən müsahibə mərhələsinə start verilir.

Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
- Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
- Biləsuvar rayonu Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi;
- Neftçala şəhəri humanitar fənlər təmayüllü “Muğan” liseyi;
- Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi;
- Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi.

Qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və innovativ yanaşmaya sahib pedaqoji heyət tərəfindən həyata keçiriləcəkdir.

Müsahibədə iştirak üçün əsas tələblər:
- minimum 3 il pedaqoji təcrübə;
- ali pedaqoji təhsil;
- MİQ və ya sertifikatlaşdırma imtahanı üzrə minimum 85 faiz nəticə.

Təmayül məktəblərində (TOM) təhsil alacaq şagirdlərin daha çox müraciət etdiyi məktəblərdən müraciət edən müəllimlərə üstünlük veriləcəkdir.

Müraciət edən müəllimlərlə qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrələri vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

Bütün namizədlərə uğurlar arzulayırıq!

08/08/2026

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başladı

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başladı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

Address

Salyan

Website

Alerts

Be the first to know and let us send you an email when Parça Xələc tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share