Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi

Sübhan  Cəbrayılov adına Salyan Peşə Liseyi Peşə Təhsili üzrə Dövlət Agentliyi. "Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi" Publik hüquqi şəxs

14/07/2026
13/07/2026

Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir

10/07/2026
🏫Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də yeni təyinat – kollektivə yeni direktor təqdim olundu.08 iyul 2026-cı...
09/07/2026

🏫Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də yeni təyinat – kollektivə yeni direktor təqdim olundu.

08 iyul 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də yeni rəhbərliyin kollektivə təqdimatı ilə bağlı görüş keçirildi.
Təqdimat mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı iştirak edərək liseyin yeni direktoru Arzu Əliyevanı kollektivə təqdim etdi. İlqar Bayramlı çıxışında yeni rəhbərliyə məsul vəzifəsində uğurlar arzuladı, peşə təhsilinin inkişafı istiqamətində həyata keçiriləcək işlərdən bəhs etdi və kollektivin sual və təkliflərini dinləyərək onları ətraflı cavablandırdı.
Görüşdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədov, Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Gültac Rəsulova və İnsan resursları və hüquq sektorunun müdiri Murad Məmmədov da iştirak edərək yeni rəhbərliyə fəaliyyətində uğurlar arzuladılar.
Görüş səmimi və konstruktiv mühitdə keçdi. Tədbir zamanı kollektivlə açıq fikir mübadiləsi aparıldı, gələcək fəaliyyət istiqamətləri və peşə təhsilinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr keçirildi.
▪️Sonda Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-nin kollektivi adından Arzu Əliyevanı yeni təyinatı münasibətilə səmimi qəlbdən təbrik edir, məsul vəzifəsində uğurlar, möhkəm cansağlığı, fəaliyyətində yüksək nailiyyətlər və kollektivimizlə birlikdə yeni uğurlar qazanmasını arzulayırıq.

09/07/2026

📌 Salyan Peşə Liseyində yeni təyinat

Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.

Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.

Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.
2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

Yeni vəzifəsində Arzu Əliyevaya uğurlar arzulayırıq.

30/06/2026

30 İyun 2026 ci il Sübhan Cəbrayılov adına Salyan Peşə liseyi PHŞ
Son zeng

🎓 30 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də "Son Zəng" tədbiri yüksək əhval-ruhiyyə...
30/06/2026

🎓 30 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də "Son Zəng" tədbiri yüksək əhval-ruhiyyə və yaddaqalan anlarla keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə liseyin direktor Əvəzi Elşad Xəlilov açaraq məzunlara gələcək həyatlarında uğurlar arzuladı, onlara dəyərli tövsiyələrini və səmimi ürək sözlərini çatdırdı.
Daha sonra söz liseyimizin adını daşıdığı Vətən Müharibəsi qəhramanı Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılovaya verildi. O, çıxışında tələbələrə xoş arzularını bildirərək onların gələcək uğurlarına inandığını vurğuladı.
Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının aparatının məsləhətçisi Vüqar Ağayev də çıxış edərək məzunları təbrik etdi, onlara təhsil və əmək fəaliyyətlərində uğurlar arzuladı.
Liseyin müəllim və istehsalat təlim ustaları çıxış edərək məzunlarla bağlı xoş xatirələrini bölüşdülər, onlara gələcək həyat yollarında müvəffəqiyyətlər arzuladılar.
Tədbir tələbələrin hazırladıqları rəngarəng səhnəciklərlə davam etdi. Tələbə və müəllimlərin birgə yaratdığı xoş ovqat tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.
Tədbirin sonunda lisey rəhbərliyi tərəfindən ixtisas müəllimi Ağamirzə Əbilov və istehsalat təlim ustası Şahinə Dadaşova 65 illik yubileyləri münasibətilə təltif olunaraq onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Həmçinin, tədris və ictimai fəaliyyətdə fərqlənən bir sıra müəllim və tələbələr müxtəlif fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırıldılar.

✨ Məzunlarımıza həyatlarının yeni mərhələsində bol uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayırıq!
Son zəng bir vida deyil, yeni uğurların başlanğıcıdır! 🌹🎓

🏫 29 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində növbəti Dövlət buraxılış–ixtisas imtahanı u...
29/06/2026

🏫 29 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində növbəti Dövlət buraxılış–ixtisas imtahanı uğurla keçirilmişdir.

"Sistem və şəbəkə xidməti üzrə texnik" ixtisası üzrə təhsil alan 1 illik qrupun tələbələri Dövlət buraxılış–ixtisas imtahanını müvəffəqiyyətlə başa vurmuşlar.

İmtahan Dövlət Attestasiya Komissiyasının iştirakı ilə təşkil olunmuş, proses şəffaf, obyektiv və yüksək məsuliyyətlə həyata keçirilmişdir. Tələbələrimiz imtahan zamanı həm nəzəri biliklərini, həm də ixtisas üzrə qazandıqları praktiki bacarıqları yüksək səviyyədə nümayiş etdirmişlər.

Məzunlarımızı bu mühüm mərhələni uğurla başa vurduqlarına görə təbrik edir, onlara gələcək iş və təhsil həyatlarında yeni uğurlar arzulayırıq.

Beləliklə, liseyimizdə 2025–2026-cı tədris ili üzrə Dövlət buraxılış–ixtisas imtahanları uğurla yekunlaşmışdır.

📚 29 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində növbəti dövlət buraxılış–ixtisas imtahanı u...
29/06/2026

📚 29 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyində növbəti dövlət buraxılış–ixtisas imtahanı uğurla keçirildi.

"3 illik Aqroservis mütəxəssisi" ixtisası üzrə təhsil alan tələbələrimiz Dövlət buraxılış–ixtisas imtahanını müvəffəqiyyətlə başa vurdular.

İmtahan Dövlət Attestasiya Komissiyasının iştirakı ilə şəffaf, obyektiv və yüksək məsuliyyət prinsiplərinə uyğun şəkildə təşkil olundu. Tələbələrimiz imtahan zamanı həm nəzəri biliklərini, həm də aqroservis sahəsində əldə etdikləri praktiki bacarıqları uğurla nümayiş etdirdilər.

Məzunlarımızı bu əlamətdar mərhələni uğurla başa vurduqlarına görə ürəkdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində və təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq!

Address

Salyan şəh. , H. Əliyev 96
Salyan
5200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994552924090

Website

Alerts

Be the first to know and let us send you an email when Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi:

Shortcuts

Share

Category