F.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbi

F.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbi Məktəbin direktoru: Hilal Paşayev

26 fevral 2026-cı il tarixində məktəbimizdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirdik. Şag...
27/02/2026

26 fevral 2026-cı il tarixində məktəbimizdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirdik. Şagirdlərimiz faciənin ağrısını və qisas hissini ifadə edən təsirli şeirlər səsləndirdilər. 🥀 Tədbirin sonunda faciənin dəhşətlərini və tarixi həqiqətləri əks etdirən filmə baxdıq. Bu görüntülər hər birimizin yaddaşına bir daha həkk olundu. Unutmadıq, unutdurmayacağıq!

"14 fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür! 📖🎁​Ən gözəl hədiyyə, oxunarkən bitməyən, hər vərəqində yeni dünyalar gi...
24/02/2026

"14 fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür! 📖🎁
​Ən gözəl hədiyyə, oxunarkən bitməyən, hər vərəqində yeni dünyalar gizlədən kitabdır. Bu gün şagirdlərimiz də kitab bağışlayaraq bu gözəl ənənəyə qoşuldular. Siz də bir kitab bağışlayın, bilik paylaşıldıqca çoxalsın! 🌟

09 fevral 2026-cı il tarixdə məktəbimizdə Azərbaycanın qədim dövlətçilik mərkəzi, ulu öndərimiz Heydər Əliyevin vətəni o...
24/02/2026

09 fevral 2026-cı il tarixdə məktəbimizdə Azərbaycanın qədim dövlətçilik mərkəzi, ulu öndərimiz Heydər Əliyevin vətəni olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümünü şagirdlərimizlə birlikdə qeyd etdik​.Şagirdlərimiz doğma yurdumuza həsr olunmuş şeirlərlə çıxış etdilər.SondaŞagirdlər Naxçıvan Muxtar Respublikasının inkişafına həsr olunmuş videoçarxı izlədilər.​Məqsədimiz gənc nəslə tariximizi sevdirmək və onlara bu müqəddəs torpağın hər qarışının nə qədər dəyərli olduğunu aşılamaqdır.

06 fevral 2026-cı il tarixdə Badamlı qəsəbə tam orta məktəbində IV və VI siniflər üçün növbəti monitorinq sınaq imtahanı...
24/02/2026

06 fevral 2026-cı il tarixdə Badamlı qəsəbə tam orta məktəbində IV və VI siniflər üçün növbəti monitorinq sınaq imtahanı təşkil olundu. Məqsəd şagirdlərin təlim nəticələrini təhlil etmək və hazırlıq səviyyəsini artırmaqdır.

05 fevral 2026-cı il tarixdə Badamlı qəsəbə tam orta  məktəbində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 5-ci sin...
24/02/2026

05 fevral 2026-cı il tarixdə Badamlı qəsəbə tam orta məktəbində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 5-ci sinif şagirdləri üçün Azərbaycan dili fənnindən "Əsas nitq hissələri" mövzusunda maraqlı açıq dərs təşkil olundu.
​Dərs zamanı müasir təlim metodlarından istifadə edilərək şagirdlər arasında qrup işi aparıldı. Şagirdlərimiz həm nəzəri biliklərini nümayiş etdirdilər, həm də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirdilər. İnteraktiv lövhə və əyani vəsaitlərlə zəngin olan dərs prosesi şagirdlərin böyük marağına səbəb oldu.

27/01/2026

"Biologiya əyaniliyi sevən fəndir, fənni həyatda "canlı" gostərməyi bacarsınlar. Şagirdlərə "kitab biologiyasi" yox, ətraflarında gördükləri biologiyani öyrətsinlər. Kənd məktəblərində bunu həyata keçirmək asandır. Özünüzü daim yeniləyin, öz üzərinizdə çalışın, yaradıcı olun. Biologiyanı həyatla bağlı tədris edərək sağlam qidalanma, erkən nikaha, sağlamlıq, təbiəti qoruma, ekoloji problemlər kimi mövzuları diqqət mərkəzində saxlamaq olar. Bir müəllim üçün vacib nüans səbirli və vicdanlı olmaqdır. Şagirdlər üzərində nəticə tez görünməyə bilər, torpağa əkilən toxum cücərən gündən bar vermədiyi kimi".

Kənd məktəbinin biologiya müəllimi Xırda Nəcəfova təcrübəsindən danışdı.

Ətraflı: https://muallim.edu.az/biologiyaya-maragi-olmayan-sagirdim-fenni-sevib-tibb-tehsili-aldi-kend-muellimi-tecrubesinden-danisir

20 Yanvar — Unutmadıq, Unutmarıq! 🇦🇿​Bu gün məktəbimizdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keç...
19/01/2026

20 Yanvar — Unutmadıq, Unutmarıq! 🇦🇿
​Bu gün məktəbimizdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Şagirdlərimiz vətənpərvərlik ruhunda şeirlər səsləndirdi, tarixi süjetlər izlənildi və müstəqillik yolundakı qəhrəmanlığımız bir daha yad edildi.
​Gənc nəslin öz tarixini dərindən öyrənməsi və şəhidlərimizin əziz xatirəsini uca tutması bizim ən böyük borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

09 yanvar 2025-ci il tarixində Badamlı qəsəbə tam orta məktəbində "Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış üzrə...
09/01/2026

09 yanvar 2025-ci il tarixində Badamlı qəsəbə tam orta məktəbində "Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış üzrə məşqin keçirilməsi" barədə imzalanmış əmrə əsasən məktəbimizdə maarifləndirici təlim keçirildi. Təlim zamanı şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları, təhlükəsizlik tədbirləri və yanğınsöndürmə cihazlarından istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi. Məqsədimiz hər bir şagirdin təhlükəsizliyini təmin etmək və onları hər hansı bir riskə qarşı hazırlıqlı etməkdir.

30 dekabr 2025-ci il tarixdə məktəbimizdə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramı m...
30/12/2025

30 dekabr 2025-ci il tarixdə məktəbimizdə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramı münasibətilə möhtəşəm tədbir keçirildi. Şagirdlərimizin hazırladığı rəngarəng çıxışlar, milli rəqslər və şeirlər bayramımıza xüsusi rəng qatdı. Birliyimiz daimi, yeni ilimiz uğurlu olsun! 🇦🇿✨

24 dekabr 2025-ci il tarixdə Badamlı qəsəbə tam orta məktəbində "Konstitusiya və Suverenlik" ilinə həsr olunan inşa yazı...
24/12/2025

24 dekabr 2025-ci il tarixdə Badamlı qəsəbə tam orta məktəbində "Konstitusiya və Suverenlik" ilinə həsr olunan inşa yazı müsabiqəsi keçirildi.Müsabiqənin qalibləri məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırıldılar.

15 dekabr 2025-ci tarixdə Badamlı qəsəbə tam orta məktəbində ​Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, fır...
24/12/2025

15 dekabr 2025-ci tarixdə Badamlı qəsəbə tam orta məktəbində ​Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının ildönümü münasibətilə məktəbimizdə tədbir keçirildi. 🎨✨
​Tədbir zamanı şagirdlərə dahi sənətkarın həyatı və yaradıcılığı haqqında geniş məlumat verildi, onun bənzərsiz mənzərə janrındakı əsərləri nümayiş etdirildi. Şagirdlərimiz rəssamın yaradıcılığından ilhamlanaraq öz əl işlərini təqdim etdilər. Bu cür tədbirlərin keçirilməsində məqsəd gənc nəsli milli mədəniyyətimizin inciləri ilə tanış etmək və onlarda incəsənətə sevgi aşılamaqdır.

22/12/2025

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Ətraflı: muallim.edu.az/2026-ci-il-sehersalma-ve-memarliq-ili-elan-edilib-serencam

Address

Şahbuz Rayon, Badamlı Qəsəbəsi
Sahbuz
AZ7100

Telephone

+994365432596

Website

Alerts

Be the first to know and let us send you an email when F.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to F.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbi:

Shortcuts

Share

Category