Afət Hacıyev adına Mahmudoba kənd tam orta məktəbi

Afət Hacıyev adına Mahmudoba kənd tam orta məktəbi tesil mekteb

ℹ️ Respublika Fənn Olimpiadasında qalib olan məktəblimiz müsabiqədənkənar ADA Universitetinə qəbul olub📢 Respublika Fənn...
04/09/2025

ℹ️ Respublika Fənn Olimpiadasında qalib olan məktəblimiz müsabiqədənkənar ADA Universitetinə qəbul olub

📢 Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə ııı yerin qalibi olan Naxçıvan şəhər Afiyyəddin Cəliov adına 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov ADA Universitetinin tədrisi ingilis dilində olan kompüter elmləri ixtisasına müsabiqədənkənar qəbul olub.

✅ ️Qeyd edək ki, Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında 281,2, qəbul imtahanında isə 384.5 olmaqla ümumilikdə 665.7 bal toplamışdır.

🎉 Oruc Heydərovu təbrik edir, ona təhsilində uğurlar arzulayırıq!

🔗 Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri istənilən (dövlət və özəl) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.

29/08/2025
29/08/2025
29/08/2025

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Ruzi İbrahimovun tələbə adını qazanan qızı Gülay İbrahimova və onun ailə üzvləri ilə görüşüb.

Ətraflı: muallim.edu.az/news/68b15197f94672164c30f50d

ℹ️ Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təlim keçirilib🔷 ️Naxçıvan Muxtar Respublikası Təhsil ...
27/08/2025

ℹ️ Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təlim keçirilib

🔷 ️Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim Tədris Mərkəzində Nazirliyin tabeliyində fəaliyyət göstərən məkətəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün “Kiçik yaşlarda böyük kəşflər: Məktəbəqədər STEAM təcrübəsi” adlı təlim təşkil olunub.

📢 Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Zeynəb Mehdiyeva tərəfindən təşkil olunan təlimdə tərbiyəçi müəllimlərə uşaq bağçalarında STEAM təliminin tətbiqinin əhəmiyyəti, bu təlimin uşaqların gələcək inkişafında rolu ilə bağlı geniş məlumatlar verib, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

🔗 Sonda təlim iştirakçıları mərkəzdə yaradılan “STEAM kids” otağı ilə tanış olublar.

27/08/2025

🎓Mahmudoba kənd tam orta məktəbinin məzunu Həmzəyeva Lalə Hikmət qızı 660.70 bal toplayaraq uğurlu nəticə göstərib.

🧑‍⚖️O, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olub.

👏Məzunumuzu təbrik edir,gələcək təhsil fəaliyyətində uğurlar arzulayırıq!

27/08/2025
26/08/2025

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi adından təbrik edirik.

23/08/2025

ℹ️ Naxçıvanda ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən məzunlarımızın qəbul olduğu universitetlər və ixtisaslar.

ℹ️ Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin müsahibə mərhələsi yekunlaşıb📢 Avqustun 21 və 22-si Naxçıvanda  mü...
22/08/2025

ℹ️ Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin müsahibə mərhələsi yekunlaşıb

📢 Avqustun 21 və 22-si Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.Müsahibə mərhələsində ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanan 152 namizəddən 139-u iştirak edib.

❗️Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb.Şəffaflığın təmin olunması üçün müsahibə mərhələsində namizədlərin videoçəkilişi aparılıb, səs yazısı qeydə alınıb.

🔷 ️Müsabiqənin nəticələri ilə bağlı məlumatlar yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə göndəriləcək və uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

ℹ️ Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib📢 Avqustun 21-dən Naxçıvanda  m...
21/08/2025

ℹ️ Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

📢 Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.Müsahibə mərhələsinə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanan 152 namizəd dəvət olunub. Müsahibələr 2 gün davam edəcək.

✅ ️Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

🔗 Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınır və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmur.

🎉 Müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədlərə uğurlar arzulayırıq❗️

19/08/2025

ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

📢 Avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.

📍Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.


Address

Mahmudoba Kendi
Sahbuz
7000

Alerts

Be the first to know and let us send you an email when Afət Hacıyev adına Mahmudoba kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Afət Hacıyev adına Mahmudoba kənd tam orta məktəbi:

Shortcuts

Share

Category