Sabirabad rayonƏlicanlı kənd N.İsmayılov adına tam orta ümumtəhsil məktəbi

Sabirabad rayonƏlicanlı kənd N.İsmayılov adına tam orta ümumtəhsil məktəbi Bu səhifə Sabirabad rayonu N. İsmayılov adına Əlicanlı kənd tam orta ümumtəhsil məktəbinin rəsmi səhifəsidir.

Məktəbimizə aid xəbərlər, tədbirlər və təhsil fəaliyyəti burada paylaşılır.

18 May – Beynəlxalq Muzeylər Günü
18/05/2026

18 May – Beynəlxalq Muzeylər Günü

Azərbaycan Respublikasının Prezidenti,möhtərəm cənab İlham Əliyevə Ilham Aliyev Hörmətli cənab Prezident!Sabirabad rayon...
16/05/2026

Azərbaycan Respublikasının Prezidenti,
möhtərəm cənab İlham Əliyevə Ilham Aliyev

Hörmətli cənab Prezident!
Sabirabad rayonu Əlicanlı kənd N. İsmayılov adına tam orta ümumtəhsil məktəbinin kollektivi adından Sizə ürəkdən müraciət edir və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün — Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Bu möhtəşəm beynəlxalq forum Azərbaycanın dünya ictimaiyyəti arasında qazandığı yüksək nüfuzun, Sizin uzaqgörən rəhbərliyinizin və ölkəmizin inkişaf yolunda ardıcıl atdığı möhkəm addımların parlaq təcəssümüdür. BMT-Habitat tərəfindən hər iki ildən bir keçirilən bu foruma Bakının ev sahibliyi etməsi bizi — sadə bir kənd məktəbinin kollektivini — dərin qürur hissi ilə doldurmaqdadır.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan son illərdə beynəlxalq arenada bir-birinin ardınca uğurlu missiyalar həyata keçirmiş, dünya birliyinin etimadını qazanmış bir dövlət kimi tanınmışdır. COP29-dan sonra WUF13 də bu şərəfli silsiləyə yeni bir həlqə əlavə edir.
Biz — müəllimlər, şagirdlər və bütün məktəb kollektivi — bu tarixi hadisəni böyük həyəcan və fəxrlə izləyirik. Şagirdlərimizə bu hadisəni Azərbaycanın dünya miqyasında tanınmasının canlı nümunəsi kimi çatdırırıq.
WUF13-ün uğurla keçməsini, forumun Azərbaycan üçün yeni tərəfdaşlıqlara, uğurlara və beynəlxalq nüfuzun daha da möhkəmlənməsinə zəmin yaratmasını ürəkdən arzu edirik.
Sağlığınız möhkəm, fəaliyyətiniz uğurlu olsun!

Hörmətlə,

Sabirabad rayonu Əlicanlı kənd
N. İsmayılov adına tam orta ümumtəhsil məktəbinin kollektivi

Hər bir müəllimlərmizə, uğurlar arzulayırıq!
16/05/2026

Hər bir müəllimlərmizə, uğurlar arzulayırıq!

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

15/05/2026

Birincilər

15 May – Beynəlxalq Ailə GünüAilə cəmiyyətin təməli, sevginin, hörmətin və birliyin ən müqəddəs ünvanıdır. Sağlam ailə s...
15/05/2026

15 May – Beynəlxalq Ailə Günü
Ailə cəmiyyətin təməli, sevginin, hörmətin və birliyin ən müqəddəs ünvanıdır. Sağlam ailə sağlam gələcəyin təminatıdır.
Bu əlamətdar gün münasibətilə bütün ailələri təbrik edir, hər evə sevinc, xoşbəxtlik və firavanlıq arzulayırıq. Uşaqların sevgi ilə böyüdüyü, valideynlərin hörmət gördüyü ailələr daim var olsun!

Məktəbimizdə "Tanınmış şəxsiyyətlər təqvimi" layihəsi çərçivəsində dünyaşöhrətli bəstəkar, görkəmli sənətkar Fikrət Əmir...
14/05/2026

Məktəbimizdə "Tanınmış şəxsiyyətlər təqvimi" layihəsi çərçivəsində dünyaşöhrətli bəstəkar, görkəmli sənətkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş "Fikrət Əmirov — Azərbaycan musiqisinin incisi" adlı ədəbi-bədii tədbir keçirilmişdir.

​Tədbir zamanı bəstəkarın zəngin yaradıcılıq yolu, onun musiqi tariximizə qazandırdığı "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları, eləcə də ölməz əsərləri barədə ətraflı məlumat verilib. Şagirdlərimizin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilib və hazırladıqları təqdimatlar nümayiş olunub.
​Məqsədimiz gənc nəslə milli mədəniyyətimizin sütunlarını tanıtmaq və dahi şəxsiyyətlərimizin irsini yaşatmaqdır.

🏆 Fəxrimizdir! 🏆Sabirabad rayonu Əlicanlı kənd N. İsmayılov adına tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Əli İ...
13/05/2026

🏆 Fəxrimizdir! 🏆

Sabirabad rayonu Əlicanlı kənd N. İsmayılov adına tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Əli İsmayılov Abşeron kikboksinq klubunun təşkil etdiyi “Heydər Əliyevin Doğum Günü”nə həsr olunmuş yoldaşlıq görüşündə 37 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. 🥇

Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, gələcək yarışlarda ona yeni-yeni qələbələr arzulayırıq!

10 may xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Müasir müstəqil Azərbaycanın quru...
09/05/2026

10 may xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Müasir müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin siyasi irsi, dövlətçilik ideyaları və xalqımıza bəxş etdiyi inkişaf yolu daim böyük ehtiramla yad edilir. Ulu Öndərin təhsil, gənclər və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü misilsiz xidmətlər hər zaman örnək olaraq qalır.
N. İsmayılov adına Əlicanlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi olaraq əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq.

“Xalqını, Vətənini sevən insan ən yüksək zirvəyə qalxa bilər.”
— Heydər Əliyev

Bu gün biz həm qələm tutan, həm də silah sarılaraq Vətən torpağını qoruyan fədakar müəllimlərimizi dərin ehtiramla anırı...
09/05/2026

Bu gün biz həm qələm tutan, həm də silah sarılaraq Vətən torpağını qoruyan fədakar müəllimlərimizi dərin ehtiramla anırıq. Onlar təkcə sinif otaqlarında deyil, döyüş meydanlarında da əsl rəşadət dərsi keçiblər.

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə xalqımızın İkinci Dünya müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq v...
08/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə xalqımızın İkinci Dünya müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq dərin ehtiramla yad edilir.

Azərbaycan oğul və qızları cəbhədə böyük şücaət göstərmiş, arxa cəbhədə isə gecə-gündüz çalışaraq qələbənin əldə olunmasına mühüm töhfələr vermişlər. Müharibə illərində Bakı nefti Sovet ordusunun əsas yanacaq mənbələrindən biri olmuş, qələbənin qazanılmasında strateji rol oynamışdır.

Bu əlamətdar gündə müharibədə həyatını itirən soydaşlarımızın əziz xatirəsini hörmət və minnətdarlıqla anır, veteranlara dərin təşəkkürümüzü bildiririk.

9 May – Qələbə Günü münasibətilə hər kəsi təbrik edirik. 🇦🇿

Address

Sabirabad Rayon Əlicanlı Kənd
Sabirabad
AZ5400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sabirabad rayonƏlicanlı kənd N.İsmayılov adına tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category