Sabirabad STEAM Mərkəzi

Sabirabad STEAM Mərkəzi Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Sabirabad STEAM Mərkəzi

🚀 Sabirabadda “İnnovasiya və Gənclik” intellektual yarışı keçirilib!“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad ...
04/09/2026

🚀 Sabirabadda “İnnovasiya və Gənclik” intellektual yarışı keçirilib!

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad STEAM Mərkəzi, Sabirabad Gənclər Evinin sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İnnovasiya və Gənclik” adlı intellektual yarış keçirilib. 🧠

Tədbirin əvvəlində təşkilatçı qurumların nümayəndələri çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Daha sonra intellektual yarışa start verilib. ⚡

Yarış zamanı gənclər bilik və məntiq bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət və komanda ruhu şəraitində mübarizə aparıblar.

🏆 Yarışın sonunda qalib komandalar hədiyyələrlə, iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

STEAM Azerbaijan

🚀 Sabirabadda “İnnovasiya və Gənclik” intellektual yarışı keçiriləcək!“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabiraba...
29/08/2026

🚀 Sabirabadda “İnnovasiya və Gənclik” intellektual yarışı keçiriləcək!

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad STEAM Mərkəzi, Sabirabad Gənclər Evinin sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İnnovasiya və Gənclik” adlı intellektual yarış keçiriləcək. 🧠

📅 Tarix: 1 sentyabr 2026-cı il
⏰ Saat: 11:00
📍 Məkan: Sabirabad STEAM Mərkəzi

Gəncləri bilik və məntiq, sağlam rəqabət və komanda ruhunun bir araya gələcəyi intellektual yarışda iştirak etməyə dəvət edirik! ⚡

Qeyd edək ki, yarışın sonunda qalib komandalar hədiyyələrlə, iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər. 🏆📜

💡 Bilik, yaradıcılıq və innovasiya ilə gələcəyi birlikdə quraq!

Öyrənirik, əməkdaşlıq edirik, birlikdə inkişaf edirik! 🚀Sabirabad STEAM Mərkəzində hər bir dərs şagirdlər üçün yeni bili...
14/08/2026

Öyrənirik, əməkdaşlıq edirik, birlikdə inkişaf edirik! 🚀

Sabirabad STEAM Mərkəzində hər bir dərs şagirdlər üçün yeni biliklər öyrənməkdən daha çoxunu ifadə edir. Burada onlar araşdırır, düşünür, yaradır, problemləri birlikdə həll edir və komanda şəklində çalışmağı öyrənirlər.

STEAM yanaşması şagirdlərə yalnız texnologiyadan istifadə etməyi deyil, eyni zamanda yaradıcı düşünməyi, bir-birini dinləməyi, məsuliyyət paylaşmağı və komanda olaraq uğura çatmağı öyrədir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

STEAM Azerbaijan

📍 Sabirabad STEAM Mərkəzi

GİKM-in Mil-Muğan regional nümayəndəliyi - nin əməkdaş və gəncləri  Sabirabad STEAM Mərkəzi - nin qonağı oldular. 🚀Eksku...
12/08/2026

GİKM-in Mil-Muğan regional nümayəndəliyi - nin əməkdaş və gəncləri Sabirabad STEAM Mərkəzi - nin qonağı oldular. 🚀

Ekskursiya zamanı gənclər innovativ təhsil mühiti, STEAM əsaslı layihələr, robototexnika, proqramlaşdırma, 3D modelləşdirmə və mühəndislik guşələri ilə yaxından tanış oldular. 🤩

Eyni zamanda ekskursiyanın sonunda keçirilən görüşdə gələcək planlar müzakirə edildi və gənclərin sualları cavablandırıldı. ✅

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühən...
10/08/2026

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!

Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühəndislik bacarıqlarını inkişaf etdirmək istəyən şagirdlər üçün yeni imkan! 🚀

STEAM Mərkəzlərində keçirilən təlim proqramları vasitəsilə məktəblilər real layihələr üzərində işləyərək praktiki bilik və bacarıqlar əldə edirlər.

👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün:
🌐 https://steam.edu.az/az/registration
📞 Əlaqə: +994 51 226 72 27

🗓 Son qeydiyyat tarixi: 31 avqust

Sabirabad STEAM Mərkəzinin şagirdləri bu gün təkcə bilikləri ilə deyil, həm də yüksək komanda ruhu ilə seçilirlər. 🚀Onla...
29/07/2026

Sabirabad STEAM Mərkəzinin şagirdləri bu gün təkcə bilikləri ilə deyil, həm də yüksək komanda ruhu ilə seçilirlər. 🚀

Onlar bir-birinə dəstək olaraq, ideyalarını paylaşaraq və birlikdə çalışaraq daha böyük uğurlara imza atırlar. Hər bir layihə onların əməkdaşlıq bacarığının, yaradıcılığının və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir.

Komanda ruhu isə uğurun əsas açarıdır!
Sabirabad STEAM Mərkəzinin şagirdləri isə bu ruhu ən yüksək səviyyədə nümayiş etdirirlər. 💡

Sabirabad STEAM Mərkəzi və GİKM-in Mil-Muğan regional nümayəndəliyi -ninbirgə təşkilatçılığı ilə   üçün "Rəqəmsal Gəncli...
17/07/2026

Sabirabad STEAM Mərkəzi və GİKM-in Mil-Muğan regional nümayəndəliyi -nin
birgə təşkilatçılığı ilə üçün "Rəqəmsal Gənclik" layihəsi çərçivəsində növbəti təlim keçirilib. ✨

🧠 Bu dəfə gənclər üçün “Süni İntellekt və Gələcəyin Bacarıqları” mövzusunda təlim təşkil olunub.

Təlimçi Subra Yahyayevanın təqdimatında baş tutan təlim aşağıdakı mövzuları əhatə edib: ⤵️

🔹 Süni intellekt anlayışı və iş prinsipləri;
🔸 Müasir süni intellekt alətlərinin istifadəsi;
🔹 Təhsil, karyera və gündəlik həyatda AI tətbiqləri;
🔸 Gələcəyin peşələri, rəqəmsal bacarıqlar və AI-dan təhlükəsiz istifadə qaydaları və s.

📝 Müzakirə formatında keçirilən təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
STEAM Azerbaijan
Mil - Muğan Regional Təhsil İdarəsi

Sabirabad STEAM Mərkəzində təşkil olunan təlimlər uğurla başa çatdı. 📢 🚀Şagirdlərimiz mexatronika və robototexnika, proq...
10/07/2026

Sabirabad STEAM Mərkəzində təşkil olunan təlimlər uğurla başa çatdı. 📢 🚀

Şagirdlərimiz mexatronika və robototexnika, proqramlaşdırma, süni intellekt, dron texnologiyaları kodlaşdırma, robotlarla öyrən və digər STEAM istiqamətləri üzrə bilik və bacarıqlar əldə edərək təlimləri uğurla başa vurdular! 😊

STEAM Azerbaijan
Mil - Muğan Regional Təhsil İdarəsi

22/06/2026
22/06/2026

Address

Sabirabad

Website

Alerts

Be the first to know and let us send you an email when Sabirabad STEAM Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share