Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci

  • Home
  • Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci

Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

12/11/2025
09/11/2025

🇦🇿 Səhiyyə Nazirliyi Saatlı Tibb Kollecində 8 Noyabr – Zəfər Günü qeyd olundu!

Tədbir şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Direktor Kamal Mürsəlov xalqımızı və tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib, Zəfər Gününün tarixi önəmini və ordumuzun qəhrəmanlığını vurğuladı.

Daha sonra kollecimizin müəllimi Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan tibb xidməti zabiti, baş leytenant Azər Abbasov çıxışında döyüş xatirələrini bölüşərək, xalqımızın göstərdiyi igidlikdən danışdı.

Tədbirdə tələbələr “Tərəkəmə”, “Şuşanın dağları” rəqsləri, “Qarabağ” mahnısı və vətənpərvərlik ruhunda şeirlərlə çıxış etdilər. 🎶📖
Dərslərdə fərqlənən tələbələr Fəxri Fərmanlarla təltif olundular.

🇦🇿 Zəfər Günü – xalqımızın birliyi və ordumuzun qəhrəmanlığının rəmzidir!

09/11/2025

🇦🇿 Zəfər Gününə dərin hörmətlə…
8 Noyabr – Zəfər Günündən öncə Səhiyyə Nazirliyi Saatlı Tibb Kollecinin rəhbərliyi, müəllim və tələbə kollektivi Saatlı rayon Şəhidlər Abidə-Xatirə Kompleksini ziyarət etdi.

🕯️ Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, abidə önünə gül dəstələri qoyuldu.

Bizlərə qələbə və azadlıq hissini bəxş edən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Onların igidliyi, vətən sevgisi və fədakarlığı daim qəlbimizdə yaşayacaq! ❤️🇦🇿

09/11/2025

🎉 Zəfər Günü münasibətilə intellektual yarış! 🇦🇿

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru, Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci Tələbə Gənclər Təşkilatı və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zəfər tarixi – Qürur tariximizdir” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib.

🕯️ Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Saatlı Tibb Kollecinin tələbələri arasında maraqlı və gərgin keçən bilik yarışında:
🥇 “Mil-Muğan” komandası – I yer
🥈 “Aypara” komandası – II yer
🥉 “Qarabağ” komandası – III yerin qalibi olub.

Yarışın sonunda qalib komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər. 🇦🇿

Address

Saatlı

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Saatlı Tibb Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share