16/05/2026
15 may tarixində şagirdlərlə birlikdə Saatlı Gənclər Evində olduq. Ekskursiya zamanı şagirdlər üçün maarifləndirici və maraqlı fəaliyyətlər təşkil edildi. Görüş uşaqların asudə vaxtının səmərəli təşkili və sosial inkişafı baxımından faydalı oldu.
Ekskursiyanın yüksək səviyyədə təşkili və şagirdlərə göstərilən diqqətə görə Saatlı Gənclər Evi rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirik.