28/02/2025
Ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.
------
Qəbələ rayonu tabeliyindəki ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlər məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlərdən bəhs olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları şagirdlərə izah edilib.
Eləcə də fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında şagirdlərə ətraflı məlumatlar verilib,fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məktəblərdə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət və yanğın hadisələri zamanı düzgün təxliyə üsullarını öyrətməkdən ibarətdir.