19/03/2025
“Gənc müəllimlər üçün Türkiyədə təcrübə imkanı” qrant layihəsinin bağlanış tədbiri keçirilib.
Layihə rəhbəri Elçin Salmanovun açılış nitqindən sonra Urva kənd icra nümayəndəsi Anar Ağayev, Aşağı İmamqulukənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Ruslan Eldarov, Aşağı Ləyər tam orta ümumtəhsil məktəbinin direktoru Murad Həsənov və Quxuroba kənd tam orta ümumtəhsil məktəbinin direktoru Rasid Tahirov rəsmi çıxış ediblər. Layihə iştirakçıları layihə ilə bağlı təəssüratlarını bölüşüblər, həmçinin, layihə rəhbəri tərəfindən layihədə uğurlu iştirakları səbəbilə mükafatlandırıblar.
Xatırladırıq ki, “Gənc müəllimlər üçün Türkiyədə təcrübə imkanı” qrant layihəsi Elçin Salmanov tərəfindən Qusar rayon Urva kənd tam orta məktəbdə həyata keçirilir. Layihə çərçivəsində müəllimlərin beynəlxalq təcrübə əldə edərək, tədris prosesini müasir metodlara həyata keçirmələri, məktəbdən 3 müəllimin Türkiyədə 1 həftəlik təcrübə proqamında iştirak etməsi və təcrübənin paylaşılması məqsədilə seminar və təcrübə paylaşımı forumunun keçirilməsi nəzərdə tutulub.