Qusar şəhər 3 saylı tam orta məktəb

Qusar şəhər 3 saylı tam orta məktəb 3 nömrəli tam orta məktəb

Rəsmi İrəvanın cinayətləri.Rəsmi İrəvanın hərbi cinayətləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam ya...
25/08/2026

Rəsmi İrəvanın cinayətləri.
Rəsmi İrəvanın hərbi cinayətləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralandı, 30 ildən artıq zaman kəsiyində Azərbaycan .öz doğma yurd, yuvasından aralı düşdü, həsrət qaldı.

Budur, erməni faşizminin siması. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.

Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi və tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslə rhədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir.

Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaqdır.

Son günlər rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində süni şəkildə gərginlik yaradır. Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşməsinə və bu proseslərin adi rejimdə, sistematik qaydada icra olunmasına baxmayaraq, qarşı tərəf məsələni siyasiləşdirərək təxribatçı mövqe sərgiləyir. “Ümumiyyətlə, ermənilərin sərhədlərin bərpası məsələsində təxribat yolunu seçməsi onların milli xislətindən, xarakterlərindən irəli gəlir. “Biz artıq öz həqiqətlərimizi dünyaya dərk etdirmiş, düşməni ağır şəkildə məğlub etmişik. Bu gün rəsmi Bakıda böyük üstünlüklər var. Hətta son vaxtlar müşahidə edirik ki, lazım gəldikcə Azərbaycan Ordusu hərbi dronlarını belə havaya qaldırır, aktiv təlimlərlə siyasi mesajlarını vermiş olur. Bu baxımdan hazırda Ermənistan nə edir-etsin, sonda biz deyən olacaq.

Prezident İlham Əliyev bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində vuruşur və işğal altında olan ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparacaq, müstəqil tariximizin ən yeni salnaməsini yazacaq.

Bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağım...
25/08/2026

Bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması və mühüm birgə layihələrin təməlinin qoyulması iki ölkə arasında strateji müttəfiqliyin iqtisadi arxitekturasında yeni mərhələnin başlanğıcıdır. Dövlət, hökumət, sənaye qurumları və regionlar səviyyəsində formalaşan bu fəal inteqrasiya modeli təkcə iki ölkənin deyil, bütövlükdə geniş regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir.

Mövzununu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal təchizat zəncirində olduqca mürəkkəb bir mənzərənin yəni Şimal marşrutlarında ənənəvi xətlərin qırılması və Cənub istiqamətindəki geosiyasi həssaslığın davam etdiyi bir dövrdə Azərbaycanın yaratdığı etibarlı infrastruktur həlledici əhəmiyyətə malikdir: “Belə ki, Şərqlə Qərb arasında təhlükəsiz yükdaşımalar üçün imkanların daraldığı mövcud reallıqda Azərbaycan beynəlxalq ticarət üçün etibarlı və davamlı “geoiqtisadi sabitlik dəhlizi”nə çevrilib. Özbəkistan kimi inkişaf edən, lakin açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətlər üçün Azərbaycanın təqdim etdiyi bu institusional, nəqliyyat və tranzit sabitliyi müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, yaradılan bu dəhliz Azərbaycan ixracatçıları üçün də Mərkəzi Asiyanın ən böyük istehlak bazarına maneəsiz və sürətli giriş qapısıdır”.

O deyib ki, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Proqram” və “Praktiki Fəaliyyət Planı (Yol Xəritəsi)” tərəfdaşlığın miqyasını müəyyən edən ən mühüm sənədlərdir. Bu sənədlər biznes dairələri, ixracatçılar və logistika şirkətləri üçün konkret hərəkət təlimatıdır. Gözləntilər ondan ibarətdir ki, Yol Xəritəsinin icrası gömrük və tranzit prosedurlarının optimallaşdırılmasını, qarşılıqlı investisiyaların təşviqini, logistika xərclərinin tənzimlənməsini və sənaye kooperasiyası çərçivəsində birgə əlavə dəyər zəncirinin yaradılmasını təmin edəcək”.

Portal rəhbəri 1 milyard dollarlıq hədəfə çatmaqda rəqəmsallaşmanın roluna xüsusi diqqət çəkib: “Bu həcmdə dövriyyəyə ənənəvi alqı-satqı metodları ilə nail olmaq zaman tələb edir. Buna görə də elektron kommersiyanın genişləndirilməsi, “B2B” platformalarının inteqrasiyası qaçılmazdır. “Azexport.az” portalı artıq bu istiqamətdə aktiv fəaliyyət göstərir. Portal Özbəkistan və Azərbaycan bazarlarında məhsulların qarşılıqlı tanıdılması, ixrac proseslərində tərəfdaşların tapılması və etibarlı ticarət əlaqələrinin qurulmasında rəqəmsal bələdçi rolunu oynayır. Yeni Yol Xəritəsi bizə bu fəaliyyəti daha da miqyaslandırmaq, sertifikatların elektron mübadiləsi və e-ticarət xətləri ilə mal dövriyyəsini sürətləndirmək üçün geniş imkanlar yaradır".

Qoyulan hədəflərin artıq real əməli işlərdə və iqtisadi göstəricilərdə öz əksini tapdığını vurğulayan A.Qədəşov xatırladıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir milyardlıq ticarət dövriyyəsi uzaq bir xəyal deyil, bir neçə ildən sonra çatacağımız nəticədir.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə son beş ildə qarşılıqlı ticarətin həcminin 3 dəfə artdığını və birgə layihələrin ümumi portfelinin artıq 5 milyard dolları ötdüyünü bəyan etməklə inkişafın dinamikasını diqqətə çatdırıb. Bu ilin yanvar-iyun aylarının yekunlarına əsasən, altı ay ərzində Özbəkistandan idxal 102,3 milyon dollar, bu ölkəyə ixracımız isə 73,3 milyon dollar təşkil edib. Burada diqqətçəkən əsas məqam dinamikadakı fərq və bazardakı mövqeyimizin sürətlə güclənməsidir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli məhsullarımızın qardaş ölkəyə ixracı 259,2 faiz artım göstərib. Məhz bu sıçrayış sayəsində Özbəkistan hazırda MDB ölkələri sırasında Rusiya və Ukraynadan sonra Azərbaycanın ən çox məhsul ixrac etdiyi 3-cü əsas tərəfdaşına çevrilib.

Daşkənddə hər iki ölkə liderinin iştirakı ilə reallaşan açılış və təməlqoyma mərasimləri bu sözlərin əyani göstəricisidir. Belə ki, “Davr Bank” layihəsinin reallaşdırılması, “Matanat-A” gips zavodunun işə düşməsi, “Landau” STEAM məktəblərinin fəaliyyətə başlaması, habelə SOCAR-ın yanacaqdoldurma məntəqələrinin, “Sea Breeze Uzbekistan” və “Baku City” yaşayış komplekslərinin, “Sur Gold and Silver” zənginləşdirmə fabrikinin və “Gold Fresh Fruits” intensiv meyvə bağlarının təməlinin qoyulması ölkələrimiz arasında mütləq iqtisadi etimadın və yüksək kooperasiyanın göstəricisidir”,- deyə A.Qədəşov qeyd edib.

O bildirib ki, Daşkənd, Buxara və Namanqan kimi mühüm regionların da iqtisadi proseslərə bilavasitə cəlb olunması ikitərəfli əlaqələrin artıq ən dərin qatlara nüfuz etdiyini göstərir: “Mövcud müştərək investisiya fondu, formalaşan “Geoiqtisadi Sabitlik Dəhlizi” və 1 milyardlıq hədəfi özündə əks etdirən yeni Yol Xəritəsi yerli ixracatçılarımız üçün qardaş Özbəkistan bazarında möhkəmlənmək, eləcə də qlobal ticarət şəbəkəsində mövqelərini daha da gücləndirmək baxımından geniş üfüqlər açır”.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformay...
22/08/2026

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.
Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəyan edən ziddiyyətli proseslər və mövcud geosiyasi reallıqlar fonunda bu, böyük əhəmiyyət daşıyır. Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Onun sözlərinə görə, respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv inkişaf edir: “Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”.

Samir Vəliyev təmasların möhkəmlənməsində liderlərin dostluq münasibətlərinin və onların mütəmadi xarakter alan qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib. “Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025–2029-cu illər üçün Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Bu qarşılıqlı səfərlər Azərbaycan–Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”, - deyə o diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir: “Müsahibədə də qeyd olunduğu kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda Özbəkistan investisiyalı kommersiya təşkilatları qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi də sürətli templə inkişaf edir. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Şirkət ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib”.

Samir Vəliyevin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir: “Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir”, - deyə o bildirib.

Deputat, həmçinin deyib ki, Azərbaycan və Özbəkistan üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Bütün bunlar isə dostluq və qardaşlığın göstəricisidir.

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
21/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Qusar şəhər 3 nömrəli məktəbin müəllimi Ramiz Zərbəliyev.
Azərbaycan dili və ədəbiyyat
Sertifikasiya balı 53/60
Sertifikasiyada ixtisas üzrə maksimum nəticə (50/50)
🔹Azərbaycan Müəllimlır İnstitutu Quba filialı
🔹 -
🔹Azərbaycan dili və ədəbiyyat
🔹Nəticə: Sertifikasiya imtahanında [53] bal
🔹Nailiyyət: Son 3 ildə 30-dan çox şagirdim fənn üzrə yüksək bal toplayaraq tələbə adını qazanıb.
Yeni təmayül tədris modeli çərçivəsində məktəblərimizə innovativ və nəticəyönümlü müəllimlər cəlb olunub.
Yeni təmayül təhsil modelinin tətbiq edilməsində əsas məqsəd ...

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
20/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Qusar şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Davudova Telli.
🔹 Bakalavr təhsili: İngilis dili ixtisası üzrə və Filologiya ixtisası üzrə ali təhsil
🔹 Magistr təhsili: Filologiya üzrə magistr hazırlığı
🔹 Əlavə peşəkar göstəricisi: 15 illik pedaqoji fəaliyyət təcrübəsi, müxtəlif təlim və peşəkar inkişaf proqramlarının iştirakçısı
🔹 Fənn: İngilis dili
🔹 Nəticə: Sertifikasiya imtahanında 53 bal
🔹 Nailiyyət: Son 3 il ərzində 35dən çox şagirdi yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunub.
✅Məqsədimiz – keyfiyyətli təhsil, uğurlu gələcək!

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
20/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Qusar şəhər 3 nömrəli tam orta məktəbin rus dili fənni üzrə müəllimi Məmmədova Ellada
Bakalavr təhsili :Bakı Slavyan Universiteti- Filologiya (rus dili və ədəbiyyatı)
Fənn:Rus dili
Peşəkar göstəricisi :Şagirdlərin fərdi bacarıqlarını nəzərə alaraq onların bilik və potensialının inkişafına yönəlmiş müasir təlim metodlarından istifadə edir.
Nəticə :Sertifikasiya imtahanı- 57/60bal
Nailiyyət :Son 3 il ərzində 20-ə yaxın şagirdi yüksək nəticə göstərərək buraxılış imtahanlarında uğur qazanıb.
Pedagoji yanaşma :Şagirdlərdə rus dilinə marağı n artırılmasına, onların kommunikativ və analitik bacarıqlarının inkişafına xüsusi diqqət yetirir.

Məqsəd:Hər bir şagirdin potensialını üzə çıxarmaq və yüksək nəticələr əldə etməsinə dəstək olmaq.

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
20/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Qusar şəhər 3nömrəli məktəbin müəllimi Şahin Zalov .
Fənn: İnformatika
Sertifikasiya balı : 56bal
DİM Marker müəllim.
Son 3 il ərzində informatika fənni üzrə 300dən çox şagird im olub hamısı tələbə adını qazanıb .Ən yüksək nəticə 100baldan-98 bal olub .
Ümumi 80% şagirdlərin balı 70+ olub.

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
20/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Qusar şəhər 3 nömrəli məktəbin məllimi Təhran İsabalayev.
1. Bakalavr təhsili -BDU riyaziyyat müəllimi
2. Magistr təhsili - Yoxdur
3. Əlavə peşəkar göstərici -Elm və Təhsil nazirliyi Fəxri Fərmanı, Sertifikatlar.
4. Fənn -Riyaziyyat
5. Nəticə - DQ 58bal,
Sertifikasiya 53 bal
6. Nailiyyət -Son 3 ildə +20 bal toplamış şagirdlərim

Yeni təmayül tədris modelinin tətbiq olunduğu Qusar şəhər 3 saylı tam orta  məktəbin fizika müəllimi – Ağamətova Akina. ...
20/08/2026

Yeni təmayül tədris modelinin tətbiq olunduğu Qusar şəhər 3 saylı tam orta məktəbin fizika müəllimi – Ağamətova Akina.
📌Sumqayıt Dövlət Universitetinin fizika müəllimliyi ixtisası üzrə məzunudur.
📌 Sertifikasiya imtahanından 57/60 müsahibə mərhələsində isə 38/40 bal toplayıb.
📌2021-ci il MİQ nəticəsi 53/60
📌Microsoft Certified Educator (MCE) beynəlxalq sertifikatına sahibdir.
📌2024-cü ildə Regional Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.
📌Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) üzvüdür.2023-cü ildə AGMA-nın regionlarda olimpiadalara hazırlıq istiqamətində təşkil etdiyi imtahan və təlim proqramını başa vurub.Eyni zamanda olimpiadalara hazırlıq layihəsində region şagirdlərinə təşkil olunan ödənişsiz dərslərdə könüllü olaraq iştirak etmişdir.
📌2026-cı ildə “Müasir metodist” təlimini uğurla başa vurub.
📌Şagirdləri Respublika Fənn Müsabiqələri və Fənn Olimpiadalarının rayon və yarımfinal mərhələsində uğurlu nəticələr göstərir.
📌Son üç ildə 100ə yaxın şagirdi qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanıb.
📌Tədris prosesində real və virtual praktik işlərə üstünlük verir.Müasir elektron resurslardan və rəqəmsal təhsil texnologiyalarından fəal istifadə edir.Fizika fənninin daha praktik, anlaşıqlı və nəticəyönümlü tədrisinə üstünlük verir.Şagirdlərin fənnə marağının artırılması, praktiki bacarıqlarının və fərdi potensialının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaqYeni təmayül tədris modeli tam orta təhsil s...
20/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
Tanış olun: Qusar şəhər 3 nömrəli tam orta məktəbin tarix fənni üzrə müəllimi Bahaddin Osmanov
🔹Bakalavr təhsili-ADPU Tarix-coğrafiya müəllimliyi
🔹Fənn-Tarix
🔹Nəticə: MİQ (2022) imtahanında 87.5 bal
🔹Nailiyyət: Son 3 ildə 25-ə yaxın şagirdi yüksək bal toplayaraq tələbə adını qazanıb.

Address

Asəf Mehman, 57
Qusar

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994233852375

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar şəhər 3 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar şəhər 3 saylı tam orta məktəb:

Shortcuts

Share